GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Abid Şərifov kimi və niyə “vurdu”? – “Hər şey ailədə tərbiyədən asılıdır…”

Abid Şərifov kimi və niyə “vurdu”? – “Hər şey ailədə tərbiyədən asılıdır…”

Tarix: 20-01-2018, 14:30 Bölmə :Müsahibə Baxış: 323
Abid Şərifov kimi və niyə “vurdu”? – “Hər şey ailədə tərbiyədən asılıdır…”

Xəbər verdiyimiz kimi, baş nazirin müavini Abid Şərifov “ölkə.az” portalına müsahibə verib. Özünün təşəbbüsü ilə baş tutan müsahibədə Şərifovun bəzi ikibaşlı fikirləri diqqəti cəlb edib.

“Nazir vətənini sevən, partiyasına və dövlətinə sadiq adam, insan olmalıdır. Daha fırıldaq, dələduz olmalı, cızığından çıxmalı deyil. Yoxsa ki, “burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş olmur” – deyə, bəzi komanda yoldaşlarının “bostanına daş atan” baş nazirin müavini, müsahibəsinin sonunda ad çəkmədən övladlarının harınlığı ilə gündəmə gələn yüksək vəzifəli şəxsləri (?!) də hədəfə alıb.
Onun bu zaman səsləndirdiyi bəzi fikirlər isə həmkarı – baş nazirin digər müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənova göndərmə kimi qəbul oluna bilər. Hər halda Abid Şərifovun fikirlərini oxuduqda ilk ağla gələn şəxs nəvəsi milyonluq maşın kolleksiyası ilə harınlıq edən, avtomobili yüksək sürətlə idarə edərkən 2 nəfərin ölümünə səbəb olan Əli Həsənov olur. Sitat: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.
Göründüyü kimi, ad çəkməsə belə Abid Şərifovun kimə mesaj göndərdiyini müəyyən etmək elə də çətin deyil. Hər halda onun “heç kim mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var” deyərkən, hansısa icra başçısını nəzərdə tutmadığı aydındır. İşarə birbaşa yaxın ətrafadır. Ətrafda isə bu “tərifə” nəvəsinin harınlığı ilə uzun müddət ictimaiyyətin qınaq obyektinə çevrilən Əli Həsənovdan daha çox uyğun gələn yoxdur…
Çox güman ki, Abid Şərifovun həmkarına belə ağır və açıq şəkildə mesaj göndərməsi təsadüfi deyil. Xatırladırıq ki, məlum hadisəyə qədər Əli Həsənov baş nazirliyə əsas iddiaçılardan biri sayılırdı. Hətta bu vəzifəni tutacağına o qədər əminmiş ki, xaricdən sifarişlə zirehli maşın da gətizdiribmiş. Ancaq nəvəsinin törətdiyi məlum hadisə 2 nəfərin həyatı ilə yanaşı, Əli Həsənovun baş nazirlik iddialarına da son qoyub.
Əli Həsənovun baş nazirlik iddiası baş tutmasa da, onun belə bir niyyəti hökumətdəki bir çox şəxslərlə münasibətini gərginləşdirib. Xüsusən də baş nazirlikdə gözü olanlarla. Abid Şərifovun müsahibəsində Əli Həsənovu ittiham obyektinə çevirən fikirləri və “son nəfəsimə qədər də dövlətimizin və ölkəmizin inkişafı yolunda getməyə hazıram” sözləri, onun da baş nazirlik iddiasının olduğunu düşünməyə əsas verir. Əgər belədirsə, xeyirli olsun deyirik.
Ancaq onu da yada salmağı lazım bilirik ki, nəvəsi harınlıq edərək 2 nəfərin ölümünə səbəb olmazdan az əvvəl Əli Həsənov da oxşar fikirləri səsləndirmişdi. O, müsahibələrinin birində məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən demişdi: “Mənim də övladlarım var. Sizin xəbəriniz var, o kimdir?” Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”…/azpolitika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər Kabinetindən açıqlama

    Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər ...

    30-11-2015, 18:32

  • 
  • Yanan villa Abid Şərifovun imiş

    Yanan villa Abid Şərifovun imiş ...

    27-12-2012, 18:57

  • 
  • Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə aparıldı

    Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə ...

    4-04-2017, 09:48

  • 
  • “Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov

    “Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov ...

    20-12-2016, 20:06

  • 
  • Rayon maşınları Bakıya buraxılacaq, amma... - Abid Şərifov qaydaları açıqladı

    Rayon maşınları Bakıya buraxılacaq, amma... - ...

    2-07-2015, 18:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu