GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » KXCP sədrindən ilginc açıqlamalar

KXCP sədrindən ilginc açıqlamalar

Tarix: 26-01-2018, 19:50 Bölmə :Müsahibə Baxış: 419
KXCP sədrindən ilginc açıqlamalar


Mirmahmud Mirəlioğlu: “Heydər Əliyev Gülhanəyə zəng edib mənə başsağlığı verdi”

Ölkə müxalifəti bu il də 20 Yanvar şəhidlərini ənənəvi qaydada, pərakəndə şəkildə ziyarət etdi. Hesab olunur ki, əslində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə hazırlaşdığımız ərəfədə nəinki Azərbaycan müxalifətinin, ümumilikdə iqtidarlı-müxalifətli bütün düşərgələrin bir araya gəlməsi arzuolunandır.

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”ın bununla bağlı suallarını cavablandırdı:

- Mirmahmud bəy, bu günlərdə müsbət qarşılanan bir məsələ oldu. Belə ki, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin xəstəxanada yatdığı zaman onun yaxınlarına “keçmiş olsun” dedi. Həmçinin müalicə üçün dövlətin gərəkən addımı atmağa hazır olduğunu açıqladı. Bu isə qardaş Türkiyə nümunəsini xatırlatdı və təqdir olundu. Siz bu faktı necə qarşıladınız? Necə bilirsiniz, iqtidar və müxalifət arasında təmaslara ehtiyac varmı?

- Çox böyük ehtiyac var. Ancaq onu da hakimiyyət görə bilər. Siz soruşmasaydınız - yəni mən konkret olaraq sizi, “Yeni Müsavat”ı yox, Azərbaycan mediasını nəzərdə tuturam - Siyavuş Novruzov bununla bağlı özündən cavab verməzdi ki. Odur ki, sizin gördüyünüz işlər kifayət qədərdir. Bu, təkcə Türkiyə nümunəsi deyil, həm də Azərbaycan nümunəsidir. Xatırladım ki, zamanında rəhmətlik Nəcəf bəyin müalicəsi üçün Azərbaycan hakimiyyəti kifayət qədər və külli miqdarda para xərclədi. Yəni onun müalicəsinin maddi tərəfini təmin etdi, bu işin içində varam, bilirəm. Allah bütün xəstələrə, İsa bəyə də şəfa versin. Siyavuş Novruzovun da məsələyə münasibəti təbii ki, şəxsən özünün münasibəti deyildi. Çox təqdirəlayiqdir, sırf insani münasibətdir, siyasi münasibətdir və çox normaldır. Yəni insan belə olmalıdır. Mən də onu oxuyanda nəyin necə olmasından asılı olmayaraq, Heydər Əliyevin Gülhanəyə zəng edib, Elçibəylə bağlı mənə başsağlığı verməsini xatırladım. Yəni burada sırf insani məsələlərdir və qeyri-adi bir şey yoxdur. Əslində kim olursa-olsun belə də olmalıdır.

- Bəs “Cümhuriyyət ili”ndə iqtidar və müxalifət arasında Qarabağla bağlı, yaxud digər məsələlər ətrafında birgə müzakirələr keçirmək mümkündürmü?

- Bəli. Bu il Cümhuriyyətin 100 illiyi olduğuna görə Azərbaycan hakimiyyətinin o qədər geniş imkanları var ki, indiyəcən sərgilənən münasibətlər, siyasət istiqamətindən bütün məsələlərin hamısının üstündən xətt çəkə bilər, qorxulu bir yuxu kimi bunu unuda bilər və bu işləri görə bilər. İstiqlalçı millət vəkillərinə münasibətdən tutmuş, siyasi məhbuslara qədər... Yəni Cümhuriyyətin 100 illiyinə layiq işlər görməyə qərar verə bilər. Hətta mən deyərdim ki, Azərbaycan hakimiyyəti bir az da irəli gedə bilər, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində Azərbaycan Xalq Cümhuriyyətinin bərpasını tamamlaya bilər.

- Nəyi nəzərdə tutursunuz?

- Biz bərpanı tam etməmişik. 1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bərpa olunanda, Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olunanda - Konstitusiya Aktının müddəlarında bu, var, amma gerçəkləşməyib - təkcə atributlarımızı bərpa etmişik, mahiyyət isə qalıb. Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. O, ayrı məsələdir ki, 25 nəfərlə o adamlar bu respublikanı necə idarə edib və s. Amma parlamentli respublikanı Azərbaycanda bərpa edə bilər. Azərbaycanda haqsızlığı aradan qaldıra bilər. Bakıdan bir neçə km-lik məsafədə qaz yoxdur, amma biz Avropanı, elə bu yaxınlarda bəlli oldu ki, Bolqarıstanın neçə faizinisə qazlaşdıracağıq. Mən inanmıram ki, Azərbaycan hökumətinin yüksək ranqında bu gün 7-8 partiyanın bir arada hərəkət etməsinə mane olmaq tapşırığı verilib ki, 20 Yanvar şəhidlərini birgə ziyarət etməyin, hökumət bundan narahatdır və s. Bu cür siyasətə son qoymaq və normal mühit, şərait yaratmaq üçün addımlar atmaq olar.

- Hakimiyyət sizi Cümhuriyyət tədbirlərinə dəvət etsə, qatılarsınızmı? Yaxud siz tərəfdən analoji dəvət olacaqmı iqtidar partiyasına?

- Biz Qarabağ Forumu keçirəcəyik və medianı, mütəxəssisləri, ziyalıları, siyasətçiləri dəvət edəcəyik. Azərbaycan hökuməti isə bundan böyük və bundan təsirli tədbir keçirə bilər. Çünki bütün rıçaqlar onun əlindədir. Bəli, Qarabağ probleminin həlli ilə də bağlı məsələyə münasibət bildirmək üçün bütün siyasi düşərgəni bir araya gətirə, parlamentdə normal müzakirə təşkil edə bilər. Amma bu müzakirələrin əvvəlkilərdən bir az fərqli cəhəti olmalıdır ki, real iş görülsün, Cümhuriyyətin 100 illiyində Qarabağ probleminin həlli istiqamətində konkret addım atılsın. Onunla da bağlı bizim 2008-ci ildə hakimiyyətə təqdim etdiyimiz paket var. Bu paket Qarabağ probleminin həlli ilə bağlıdır. Bunu daha da təkmilləşdirib hərbi doktrina səviyyəsində qəbul etmək mümkündür. Məncə, hakimiyyət istəsə, bundan yararlana bilər.

Məsələn, hakimiyyət elə 100 illikdə Məhəmməd Əmin Rəsulzadənin Bakıda bir böyük heykəlini qoysun, konkret adın əbədiləşdirilməsi istiqamətində işlər görsün, bu da təqdir olunsun. Tədbirlərə dəvəti əslində ilk olaraq hakimiyyətdən gəlməlidir ki, müxalifət də bunun fərqində olsun və bu addımları atsın./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    5-08-2014, 18:36

  • 
  • Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak edib

    Mirmahmud Mirəlioğlu şəhidimizin dəfnində iştirak ...

    6-08-2014, 00:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu