GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Adımın cinayətkar dəstəylə hallanması məni çox narahat etdi” - diaspor lideri

“Adımın cinayətkar dəstəylə hallanması məni çox narahat etdi” - diaspor lideri

Tarix: 1-02-2018, 12:00 Bölmə :Müsahibə Baxış: 1 234
“Adımın cinayətkar dəstəylə hallanması məni çox narahat etdi” - diaspor lideri


Şahin Şıxlinski: “Daşıdığım familiyanın, mənsub olduğum xalqın məsuliyyətini nəzərə alıb, daim nümunəvi fəaliyyət göstərmişəm”

Bu günlərdə Azərbaycandan kənara xarici valyuta çıxaran dəstənin həbs edildiyi haqda KİV-də xəbərlər yayıldı. Keçirilən əməliyyat zamanı ələ keçən dəstəyə Aqil Kamandar oğlu Məmmədovun rəhbərlik etdiyi müəyyən olunub.

Bu hadisə ilə bağlı “Yeni Müsavat”da Qazaxın 2-ci Şıxlı kənd sakini olan Aqil Məmmədovun rayonda tanınan və Rusiyada yaşayan diaspor lideri Şahin Şıxlinski ilə mütəmadi əlaqə saxladığına dair məlumat dərc olunub. Məlumatda A.Məmmədovla Ş.Şıxlinskinin Qazaxda şərikli avtovağzal sahibi olduqları qeyd olunur.

Redaksiyamıza müraciət edən Ş.Şıxlinski məlumatda yer alan fikirlərlə bağlı mövqeyini bildirməklə yanaşı, “Yeni Müsavat”ın suallarını da cavablandırdı. Ş.Şıxlinski ilə müsahibəni təqdim edirik.

- Şahin bəy, sizin Aqil Məmmədovla işbirliyinizin, daha doğrusu, Qazaxdakı avtovağzalda şərikliyinizin olduğu deyilir. Nə qədər doğrudur bu məlumatlar?

- Ölkə prezidentinin çağırışına uyğun olaraq 6-7 ildir ki, Azərbaycanda bir sıra sahələrə investisiya qoyuram. Bakıda, Qaxda, Qazaxda müxtəlif işimiz var. O cümlədən Qazaxda İkinci Şıxlar kəndi ərazisindəki avtovağzalı alıb tamamən yenidən qurmuşuq. Hazırda orada 150-200 nəfər işləyərək ailəsini saxlayır. Aqil Məmmədov cavan, ali təhsilli, işgüzar oğlandı. Onu avtovağzala baş direktor təyin etdim. Eyni zamanda onun avtovağzalda müəyyən payı da var. A.Məmmədovun kənarda nə işlər gördüyündən xəbərim olmayıb. İstintaq gedir hazırda, A.Məmmədovun o cinayət əməlində iştirakının nə qədər olduğunu istintaq müəyyənləşdirəcək. Bu məsələ məni çox narahat etdi. Çünki inandığım bir adamın belə bir fəaliyyətdə iştirakı mənim üçün yaxşı hal deyil. Özüm ildə 2-3 dəfə Azərbaycana gəlirəm, anam kənddədir, ona baş çəkirəm, buradakı işlərin gedişi ilə maraqlanıram.

Haqqımda gedən böhtan xarakterli məlumatlar məni hədsiz narahat etdi. Başqa ölkədə yaşayıram, orada Azərbaycanı təmsil edirəm. Harada yaşamağımdan asılı olmayaraq, millətimin adını uca tuturam, hər hərəkətimdə onun mənafelərini düşünürəm. Həm Rusiyada, həm Azərbaycanda biznes fəaliyyətim var, indiyədək bir dəfə də olsun bu ölkələrin qanunlarını pozmamışam. Əksinə, daşıdığım familiyanın, mənsub olduğum xalqın məsuliyyətini nəzərə alıb daim nümunəvi fəaliyyət göstərmişəm. Xalqımı həmişə ən yüksək səviyyədə təmsil etmişəm. Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi istiqamətində çalışmalarım olub, indi də davam edir. Son 15 ildə 4 qubernatoru böyük nümayəndə heyəti ilə birgə Azərbaycana gətirmişəm, çoxsaylı kontraktlar imzalanıb. Yekaterinburqda 2 federal telekanalda Azərbaycan haqqında həftədə 2 dəfə verilişimiz gedir. Bakı Slavyan Universitetinin orada filialını yaratmışıq. Rusiya ərazisində yalnız Yekaterinburqda rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan məktəbi fəaliyyət göstərir. Heç Moskvada belə məktəb yoxdur. Azərbaycan Gənclər Təşkilatı var orada – çox aktiv fəaliyyət göstərir. Bütün bunların başa gəlməsində mənim əməyim böyükdür.

- Aqil Məmmədovun qeyd olunan cinayət əməlində iştirakı 2 illik dövrdə baş verib. Bu müddətdə siz onun fəaliyyətində nəsə hiss etmişdinizmi? Deyilənə görə, onun arxasında dayanan qüvvələr də var. Onun kimlərlə əlaqə yaratdığı barədə fikriniz varmı?

“Son 15 ildə 4 qubernatoru böyük nümayəndə heyəti ilə birgə Azərbaycana gətirmişəm, çoxsaylı kontraktlar imzalanıb. Yekaterinburqda 2 federal telekanalda Azərbaycan haqqında həftədə 2 dəfə verilişimiz gedir”
- İstəyərdim ki, Aqil istintaqla əməkdaşlıq edərək, onu bu işə cəlb edənləri, prosesin arxasında dayananları açıqlasın. Bu, dövlətimizə qarşı edilən cinayətin üstünün tam açılması üçün vacibdir. Dövlətimizə qarşı deyirəm, çünki daxildə valyutaya tələb yüksək olduğu bir vaxtda böyük miqdarda vəsaiti ölkədən çıxarmaq dövlət maraqlarına qarşı çıxmaq, dövlətə zərbə vurmaqdır. Özünü dərk edən bir adam üçün bu, böyük cinayətdir. Buna görə də Aqil Məmmədova tövsiyəm budur ki, əgər arxasında kimsə durubsa bunu istintaqa açıqlasın. Bilirsiniz, Aqil Məmmədov kifayət qədər imkanlı ailənin övladıdır, atası uzun müddət restoran sahibi olub, bacısı həkimdir. Yəni tanınan bir ailədə böyüyüb. Bu gün tamah güc gəlib bu işdə iştirak edibsə, cəzasını çəkməlidir. Vəkilin verdiyi məlumata görə, artıq o pulun sahibi, işin təşkilatçıları da istintaqa məlum olub və onlar həbs ediliblər.

- İstintaq orqanından sizə hər hansı müraciət olubmu, ifadə alınmaq və sair? Aqil Məmmədov sizə məxsus müəssisədə çalışırdı...

- Xeyr, mənə hər hansı müraciət olmayıb. Çünki işin bütün iştirakçıları istintaqa məlumdur, mənim bu işlə heç bir bağlılığımın olmadığı da həmçinin. Bilirsiniz, orada pul çıxaranların adı bəyannamələrdə əksini tapıb, onlara pulu verənlər də istintaqa məlumdur.

- Siz indi A.Məmmədovla əməkdaşlığı dayandıracaqsınız?

- O, cinayət törədibsə, qanun qarşısında cavab verəcək. Bu məsələdə son sözü əlbəttə, məhkəmə orqanı deyəcək. Düşünürəm ki, A.Məmmədovun cinayət əməli sübuta yetirilsə, məhkəmənin hökmündən sonra müəssisəyə yeni direktor təyin edəcəm.

- Bura gəlişiniz A.Məmmədovun həbsinə görədir?

- Xeyr, qətiyyən. Mən yerli Vilayət Dumasının deputatlarını gətirmişdim bura. Buradakı görüşləri yekunlaşdıqdan sonra bazar günü onları yola saldım, daha sonra mənə zənglər gəldi ki, haqqında belə məlumat dərc olunub.

- Siz həm də Rusiyadakı Azərbaycan diasporasının liderlərindən birisiniz. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvini necə qiymətləndirirsiniz? Bu hadisənin sizin fəaliyyətinizə təsiri oldumu?

- Mən Konqresin vitse-prezidentiydim. Əlbəttə, onun ləğvini mənfi qarşıladıq. Bu hadisə bizi - Rusiyada yaşayan azərbaycanlıları çox məyus etdi, necə ola bilər ki, hər iki dövlətin prezidentinin tövsiyəsi əsasında yaradılan bir təşkilat ləğv olunsun. Mən Ural dairəsi - Yekaterinburq Çelyanbinsk, Tümen, Xantı-Mansiysk, Kurqan vilayəti – Diaspora Şurasının sədriyəm. Hazırda yeni bir təşkilat yaranır – Rusiya Azərbaycanlıları Konqresi. Biz də onun formalaşmasında fəal iştirak edirik. Yekaterinburq Rusiyanın ən böyük şəhərlərindən biridir. Son illərdə bu şəhərdə çoxsaylı beynəlxalq tədbirlər təşkil olunur, güclü inkişaf gedir. Bizim oradakı diasporumuz Rusiyadakı ən güclü diasporlardan biridir.

“Çalışıram ki, Azərbaycandan Rusiyaya getmək istəyən şəxsləri elə burada işlə təmin edim ki, ailəsinin içində çörəkpulunu qazana bilsin”
- Hansı işlərlə məşğul olursunuz diaspora olaraq? Oradakı soydaşlarımıza hansı yardımları göstərirsiniz?

- Bizim oradakı əsas işlərimizdən biri Yekaterinburqda baş konsulluğumuzun açılmasına nail olmağımızdır. Ural dairəsi üzrə çoxsaylı azərbaycanlılar vardı ki, sovet dövründən ora getmişdilər, sənədlərinin heç biri qaydasında deyildi. Adi bir sənədləşmə üçün Moskvaya getmək isə böyük çətinliklər yaradırdı. Biz bu məsələni cənab prezidentlə görüşdə qaldırdıq, çox minnətdarıq ki, ona müsbət yanaşdı və Yekaterinburqda baş konsulluğumuz açıldı. İkinci problem gediş-gəlişlə bağlıydı. Heç də hamının təyyarə ilə Uraldan, Uzaq Şərqdən Azərbaycana gəlib-getmək imkanı olmurdu. Maddi cəhətdən çoxları buna görə illərlə Azərbaycana gəlib-gedə bilmirdi. Buna görə də bizim təklifimizlə Bakıdan Yekaterinburqa, oradansa Tümenə gedən qatar reysi açıldı. Bu, gediş-gəliş xərclərinin 4-5 dəfə aşağı düşməsi deməkdir. Bunlarla yanaşı, diaspora nəzdində hüquqi yardım mərkəzi açmışıq. Oralara gələn bütün azərbaycanlı miqrantlar üçün iş icazəsinin, sənədlərinin qayda-qanunlara uyğun qeydiyyata alınmasını təşkil edirik.

- Sizdən başqa Ural dairəsindəki azərbaycanlı iş adamlarından gəlib Azərbaycanda biznes quranları varmı?

- Mənim tanıdıqlarım arasında yoxdur. Ola bilər kimsə var, mənim məlumatım yoxdur. Mən özüm 6-7 ildir burada iş qurmuşam.

- Sizcə, harada biznes qurmaq daha rahatdır: Rusiyada, yoxsa Azərbaycanda?

- Düzünü deyim ki, Azərbaycanda iş qurmaq daha rahatdır o baxımdan ki, dəyib-dolaşan olmur. Rusiyada hüquq-mühafizə orqanları hər dəqiqə gəlib işə müdaxilə edə bilərlər. Azərbaycanda isə belə deyil.

- Buradakı biznesinizi genişləndirmək fikriniz varmı?

- Əlbəttə, mövcud müəssisələrimiz gəlirə çıxıb özünü tam doğrultduqca, qoyuluşlarımız da artacaq. Çalışıram ki, Azərbaycandan ora getmək istəyən şəxsləri elə burada işlə təmin edim ki, ailəsinin içində çörəkpulunu qazana bilsin. Bilirsiniz, oralar da daha əvvəlki kimi deyil, miqrasiya qanunvericiliyini getdikcə daha da sərtləşdirirlər. Buradan gedən bir şəxs işləmək üçün patent almalı, ya da hər 3 aydan sonra gəlib, 3 ay da burada qalıb getməlidir. Digər tərəfdən, vətəndaşlıq verilməsi prosedurları çətinləşdirilib. Buna görə də soydaşlarımızın gedib orada əziyyət çəkməsindənsə, burada işlə təmin olunması daha məqsədəuyğundur.

Mənim jurnalistlərdən xahişim budur ki, hər hansı bir məlumatı yayarkən əvvəlcə orada adı keçən şəxslərin də mövqeyini öyrənsinlər. Məncə, bu, həm də jurnalistin peşəkar olduğunun əsas göstəricisidir. Barəmdə yazılanlar mənim nüfuzuma xələl gətirmədi, o məlumatın altında yazılan şərhlərdən də bunu görmək olur. Sadəcə, biz qərib ölkədə Azərbaycanı layiqincə təmsil edirik, burada iş qurub yüzlərlə insana iş yeri yaradırıq, əvəzində əsası olmayan ittihamlar eşitmək insanı ağrıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan valyuta çıxardanların arxasındakı adam bilindi – Şahin Şıxlinski

    Azərbaycandan valyuta çıxardanların arxasındakı ...

    25-01-2018, 19:05

  • 
  • Şıxlinskinin “Azərbaycan evi”nə görə etnik qarşıdurma

    Şıxlinskinin “Azərbaycan evi”nə görə etnik ...

    16-05-2014, 10:21

  • 
  • Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı

    Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar ...

    12-05-2016, 16:42

  • 
  • Ağcabədini talayan ata və oğul kimlərdir?

    Ağcabədini talayan ata və oğul kimlərdir? ...

    24-09-2014, 12:10

  • 
  • Aqil Abbasın səhhətində ciddi problem yaranıb - "Yeriyə, ayaqqabı geyinə bilmirəm"...

    Aqil Abbasın səhhətində ciddi problem yaranıb - ...

    14-01-2016, 21:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu