GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Şıxlinskinin “Azərbaycan evi”nə görə etnik qarşıdurma

Şıxlinskinin “Azərbaycan evi”nə görə etnik qarşıdurma

Tarix: 16-05-2014, 10:21 Bölmə :Maraqlı Baxış: 0
Şıxlinskinin “Azərbaycan evi”nə görə etnik qarşıdurma
Generalın mülkü kimlərə çatacaq?

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan evi”nin tikintisinə görə etnik münaqişə təhlükəsi yaranıb.
Bu barədə yerli agentliklərdən birinə Yekaterinburqun hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Xəbərdə bildirilir ki, Yekaterinburqun Sulimov-Omsk küçəsində “Azərbaycan evi”nin tikintisi başlayıb. Tikinti üçün ayrılan torpaq sahəsi Osnovinsk parkının ərazisidir və 106 nömrəli orta məktəbin yaxınlığında yerləşir. Yerli sakinlər məktəbin yaxınlığında çoxmərtəbəli binanın inşasını eşidən kimi bu layihəyə qarşı kampaniyaya başlayıblar və etiraz aksiyası keçirməyə hazırlaşırlar.
“Bizim uşaqlarımız iki il ərzində səs-küylü tikintinin qonşuluğunda təhsil almalı olacaqlar. Artıq tikintiyə görə məktəbin oyun meydançasının bir hissəsi bağlanıb. Qorxuruq ki, bundan da betəri baş verəcək” - deyə yerli sakinlər bildirib.
Məlumata görə, tikintinin arxasında “Azərbaycan-UAK-Ural” fondunun rəhbəri Şahin Şıxlinski dayanır. “Azərbaycan evi”nin gələcək qonşuları artıq Şıxlinskinin adamlarına öz narazılıqlarını bildiriblər, ancaq iş adamı məsələyə rəsmi izahat verməyib.Üstəlik yaxınlıqdakı evlərin giriş qapılarını idmançı cüssəli adamlar kəsdirib. Şahidlərdən birinin bildirdiyinə görə, azərbaycanlılar yerli sakinlərə hədələyici tonda bildiriblər ki, tikintiyə qarşı çıxmaqla onları kədərli perspektiv gözləyir. Bildirilir ki, “Azərbaycan evi” ikimərtəbıli yeraltı parkinqə malik çoxmərtəbəli bina olacaq, binada milli fitnes-mərkəz də fəaliyyət göstərəcək və iki il sonra istifadəyə veriləcək. İstisna edilmir ki, “Azərbaycan evi”ndə həmçinin Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu və Azərbaycan Beynəlxalq Bankının Rusiya filialının yerli şöbəsi də yerləşəcək.
Yerli mətbuat yazır ki, 18 mərtəbəli binanın inşa ediləcəyi torpaq sahəsi Almaz Şıxlinskayanın adınadır. Yerli sakinlər şəhər meriyasına, prokurorluğa və digər orqanlara şikayət edərək tikintinin dayandırılmasını tələb edirlər. Yekaterinburq meriyasından sakinlərə göndərilən cavabda deyilir ki, onlar parkın ərazisində heç bir tikinti aparılmasına icazə verməyiblər.
Bəs Yekaterinburq sakinlərinin narazılığına səbəb olan tikintinin sahibi Şahin Şıxlinski kimdir?
Söhbət məşhur Şıxlinskilər nəslinin nümayəndəsindən gedir. Belə ki, shixlinski.az saytında göstərilir ki, Şahin Şıxlinski 1966-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Rusiyada qalıb və işləyib. 1995-ci ildə Yekaterinburq şəhərində yerləşən Ural Dövlət Hüquq Akademiyasını bitirib. Sonradan bu təhsil ocağının aspiranturasına daxil olub və oranı bitirib. 1996-cı ildən 1999-cu ilədək “Prestij-Servis” kommersiya-istehsalat firmasının prezidenti olub.
Şahin Şıxlinski hazırda Ural Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinidir. 2004-cü ildə Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Ural Dairə Şurasının sədri seçilib. Bu dairənin tərkibinə Rusiya Federasiyasının Sverdlovsk, Tümen, Çelyabinsk, Kurqan vilayətləri və Xant-Mansiysk, Yamal-Nenets muxtar dairələri daxildir. 2004-cü ilin oktyabr ayından ÜAK-ın vitse-prezidentidir.
Ş.Şıxlinskinin bioqrafiyasında həmçinin deyilir: “Dəfələrlə Sverdlovsk vilayətinin qubernatorunun Bakıya səfərlərinin hazırlamasında və təşkilində iştirak edib, mərhum prezident Heydər Əliyevin qəbulunda olub. Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev və İlham Əliyevin andiçmə mərasimlərində iştirak edib”.
Ceyhun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şahin Şıxlinskinin restoranını sökürlər...

    Şahin Şıxlinskinin restoranını sökürlər... ...

    4-06-2018, 15:09

  • 
  • Bakıxanov sakinləri qanunsuz tikintiyə etiraz edir

    Bakıxanov sakinləri qanunsuz tikintiyə etiraz edir ...

    16-01-2015, 21:50

  • 
  • Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz tikintisi dayandırıldı

    Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz ...

    20-06-2018, 11:23

  • 
  • İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası

    İcra başçısı bu məmurdan o qədər qorxur ki... ...

    2-12-2020, 11:21

  • 
  • 9 ay əvvəl tikilən “Gənclər evi” uçur

    9 ay əvvəl tikilən “Gənclər evi” uçur ...

    14-01-2014, 11:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu