"Seçkilərin demokratik və şəffaf keçirilməsi sahəsində Azərbaycan Prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb".
Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: "Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələri daha inkişaf etmiş bir ölkədə yaşayırlar"./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?