GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və...”

Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və...”

Tarix: 19-02-2018, 12:59 Bölmə :Müsahibə Baxış: 297
Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və...”


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Ağa Zeynalov hazırda Ukraynadadır. O, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Kiyevin “Suluquni” restoranında həbsinin və döyülməsinin təsadüfən şahidi olub. Daha sonra hava limanına gedərək deportasiya prosesini də izləyib, bu zaman təhlükəsizlik xidmətinin əməkdaşları onun telefonunu da sındırıblar. Ağa Zeynalov Kiyevdən sonra Odessada, Moldovanın paytaxtı Kişinyovda və Qaqauziyada olub. Ağa Zeynalov müşahidələrini “Yeni Müsavat”la bölüşüb:


Şahid: “Saakaşvilini saçlarından tutub yerə uzatdılar və...”


- Ağa bəy, Kiyevdə Mixail Saakaşvilini deportasiyası zamanı nələri müşahidə etdiniz?

- Fevral ayının 12-i Kiyevdə, dostlarımla “Suluquni” restoranında oturmuşduq və birdən zala silahlı əsgərlər daxil oldular. Biz restoranın ikinci mərtəbəsində oturmuşduq, Sən demə həmin vaxt Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də bura imiş. Gözümün qarşısında onu saçlarından tutub yerə uzandırdılar və axtarış keçirtdilər. Bu zaman mən telefonu götürərək bütün bu olanları kameraya çəkirdim ki, təhlükəsizlik xidmətinin silahlı əməkdaşı mənə yaxınlaşaraq silahının qundağı ilə telefonumu vurub sındırdı. Bu vaxt xüsusi xidmət orqanlarının əməkdaşlarına əmr verildi ki, Saakaşvilini götürüb restoranı tərk etsinlər. Gözümüzün önündə Saakaşvilinin üzünə 2 yumruq zərbəsi endirən xüsusi təyinatlı onun saçlarından tutub digər əsgərlər ilə birlikdə zaldan çıxararaq, Volkswagen markalı mirko avtobusa salaraq yerə uzandırıb götürdülər.

- Kiyevdə indi ümumi vəziyyət necədir? Saakaşvilinin haqsız yerə deportasiya edildiyini düşünənlər çoxdumu?

- Dostlarımla birgə restorandan çıxaraq hadisələrin sonrakı gedişatını izləməyə qərar verdik. Biz düşündük ki, Saakaşvilini deportasiya etmək istəyirlər. Ona görə Kiyevin hava limanına gedib hadisələri yerindəcə izləməyə qərar verdik. Hava limanında gərginliyin şahidi olduq. İnsanlara yanlış informasiya verilmişdi ki, guya Saakaşvili mikroavtobusun içindədir, onun tərəfdarları təhlükəsizlik xidmətinin əməkdaşları ilə qarşıdurmaya girdilər, təhlükəsizlik orqanına məxsus mikroavtobusu aşırtdılar. Ancaq maşının içində heç kəs yox idi. Bu zaman informasiya gəldi ki Saakaşvili artıq təyyarəyə mindirilib və təyyarə havadadır. Bu zaman qəzəblənən Saakaşvilinin tərəfdarları küçələrə dağılaraq, öncə Prezident Administrasiyasının önündə, sonra isə prezident Pyotr Poroşenkonun evinin önündə kütləvi şəkildə mitinqlərə başladılar. Hazırda Kiyevdə vəziyyət gərgin olaraq qalır. Saakaşvilinin deportasiyası Ukrayna hakimiyyətinin problemlərini azaltmayacaq. Bu günlərdə Ukraynada prezidentə qarşı impiçment marşı keçiriləcək. Saakaşvilinin tərəfdarları ilə yanaşı digər müxalifətçilər də aktivləşərək insanları çölə çıxmağa səsləyəcəklər.

- Odessada da olmusunuz. Mixail Saakaşvili orada qubernator olduğu illərdə islahatlara başlamışdı. Amma işi yarımçıq qaldı. Hazırda Odessada iqtisadi vəziyyət necədir? Çünki bu şəhər həm də hər zaman kriminogen vəziyyəti ilə məşhur olub...

- Bəli, Odessada da oldum. Doğrudur, ora kriminogen durumu ilə seçilən bir şəhərdir. Təbii, Saakaşvili Odessaya mer təyin olunduqdan sonra dərhal iş başına keçdi və şəhərdə kriminal və korrupsiya ilə mübarizəyə başladı və demək olar ki uğurlu mübarizə apardı, ancaq bunu görən qüvvələr, - hansı ki, Odessanın bu kriminal durumundan pul qazanırdı, - gördülər ki gəlirləri xeyli düşüb. Təbii olaraq bu qüvvələr Saakaşvilinin bu postu tərk etməsi üçün əllərindən gələni etdilər və uğur qazandılar. Hazırda Odessada durum əvvəlkindən də bərbaddır. Kriminal baş alıb gedir.

- Moldovada prezidentlə baş nazir arasında qovğa davam edirmi? Moldova sakinləri Rusiyaya, yoxsa Avropaya yaxın olmaq istəyirlər?

- Moldovada olarkən yerli siyasətçilərlə görüşüb fikir mübadiləsi aparmaq imkanım oldu. Ölkədəki durumu müşahidə etdim. Moldova prezidenti İqor Dodon demək olar ki, ölkədə heç nəyi həll etmir, rus yönümlü siyasətinə görə ölkədə sevilmir. Baş nazir qərbpərəstdir və demək olar ki, o da heç nəyi həll etmir, ölkənin bir sahibi var – iş adamı Ploxatnyuk. Bu insan ölkənin sahibidir və istədiyi hər şeyi edir. Təbii olaraq Moldova Avropaya daha yaxındır və cəmiyyətin əksər hissəsi İqor Dodonu rus meylli siyasətini qəbul etmir. Ploxatnyuk isə Qərbə meyllidir və o prezidentin Rusiyaya yaxınlaşmaq siyasətində başlıca maneədir.

- Qaqauziyada separatizmi qızışdırmaq istəyən qüvvələr var. Sən bu bölgədə də oldun. Nələri müşahidə etdin?

- Bəli, vəziyyətdən istifadə edərək Qaqauziyanın Kamrat və Çadrlunga şəhərlərində də oldum və bu regionda insanlar ilə söhbət etdim. Burada rus və türk maraqları var və təbii olaraq ərazidə yaşayan qaqauzlar özlərini türklərə və Türkiyəyə daha yaxın hiss edirlər. Bildiyiniz kimi Moldovada rusdilli kanalların qadağan olunması ilə Qaqauziya razılaşmayıb. Gəldiyim nəticə budur ki, bu məsələdə Rusiyanın əli var. Bu problem Moldova ərazisində yeni bir separatçı bölgənin yaradılmasına gətirib çıxara bilərdi. Ancaq eşitdiyimə görə, Türkiyənin Moldovadakı səfiri bu bölgəyə dəfələrlə səfər edərək Qaqauziya rəhbəri ilə görüşüb və bu vəziyyəti yatızdıra bilib. Onun şahidi oldum ki, Qaqauziya insanı Türkiyəyə yaxındır və Türkiyənin də bu bölgədə maraqları az deyil. Bu, əslində Moldovanın xeyrinədir. Onu da qeyd edim ki, Saakaşvilinin hava limanından deportasiyası zamanı Türkiyənin Ukraynadakı səfiri də hava limanında idi. Bu fakt da mənə maraqlı gəldi. Sanki səfir hadisələri yerində izləmək üçün hava limanına gəlmişdi. Bunu isə Türkiyənin Saakaşvilinin taleyinə biganə olmadığı kimi də izah etmək olar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO

    Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər ...

    13-02-2018, 11:57

  • 
  • Mixail Saakaşvili Polşadadır - Yenilənib

    Mixail Saakaşvili Polşadadır - Yenilənib ...

    12-02-2018, 22:13

  • 
  • Saakaşvilinin tərəfdarları onu Kiyevdə qarşılamağa hazırlaşır

    Saakaşvilinin tərəfdarları onu Kiyevdə ...

    25-08-2017, 12:10

  • 
  • Trampın inaqurasiyasında Saakaşvilini biabır etdilər –Foto

    Trampın inaqurasiyasında Saakaşvilini biabır ...

    23-01-2017, 11:03

  • 
  • Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ”

    Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ” ...

    25-09-2017, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu