GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Bu qanunun tələbi olsaydı başa düşərdik”

“Bu qanunun tələbi olsaydı başa düşərdik”

Tarix: 7-03-2018, 11:57 Bölmə :Müsahibə / GündəmXəbər / Manşet Baxış: 491
“Bu qanunun tələbi olsaydı başa düşərdik”


Xanhüseyn Əliyev: “Bizi yandıran odur ki, qanun bir nəfər tərəfindən pozulur”

“Qaya Mətbuat Yayımı” MMC-nin rəhbəri Xanhüseyn Əliyevlə müsahibəni təqdim edirik.

- Xanhüseyn müəllim, siz daima KİV məhsullarına Əlavə Dəyər Vergisinin tətbiq edilməsinin qeyri-qanuni olduğunu elan edirsiniz. Bununla bağlı konkret arqumentləriniz nədən ibarətdir?

- Bəli, biz bu məsələni daima qaldırırıq. Ölkəyə gətirilən KİV məhsullarına Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq edilməsi qeyri-qanunidir. Çünki Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə 2005-ci ilə qədər idxal olunan qəzet kağızları, qəzet və jurnallar ƏDV-dən azad olub.Çünki, bu qanunun tələbi idi. ƏDV-dən azad edilən məhsulların siyahısı ilə bağlı Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı verilən zaman idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması ilə bağlı müddəa da həmin qərara salındı. Halbuki bunun özü qanunsuz idi. Çünki Milli Məclis tərəfindən qəbul olunan qanun icra orqanının qərarından üstün qüvvəyə malikdir və Vergi Məcəlləsi qüvvədə ola-ola Nazirlər Kabinetinin 11 saylı qərarına ehtiyac yox idi. Beləliklə, idxal olunan qəzet kağızları, qəzet və jurnallar 2005-ci ildən sonra həm məcəllənin, həm də bu qərarın tələbinə əsasən ƏDV-dən azad idi. Ancaq 20.10.2015-ci il tarixli Vergi Məcəlləsinin 164.2 maddəsi ləğv edilib və bununla da Nazirlər Kabinetinin 2005-ci il tarixli 11 saylı qərarı qüvvədən düşüb. Bu qərarın ləğvindən sonra isə idxal olunan qəzet kağızları, qəzet və jurnallardan ƏDV tutulmağa başladı. Halbuki qüvvədə olan Vergi Məcəlləsinin 164.1 “idxalın aşağıdakı növlərindən ƏDV tutulmur” deyilir və 164.1.7 maddəsində açıq şəkildə yazılır: “kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

- Siz, bununla bağlı dövlət qurumlarına müraciət etmisinizmi?

-Bildirim ki, bununla bağlı dəfələrlə məhkəmələrə müraciət edib, müxtəlif dövlət qurumlarına sorğu vermişik. Hətta müraciətimə əsasən, ən ali məhkəmə orqanı olan Konstitusiya Məhkəməsinə dəvət edilər və bildirdilər ki, ƏDV tutulması qanunsuzdur. Ancaq məsələ ilə bağlı dövlət qurumlarına ediyimiz müraciətlərə də ziddiyyətli cavablar aldıq. Məsələn, Ədliyyə Nazirliyinin cavabında bildirilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrinə əsasən, KİV məhsullarının alıq-satqısı ƏDV-dən azadır, lakin qəzet-jurnallar ƏDV-yə cəlb olunur. Ədliyyə Nazirliyi bilmir və ya bilmək istəmir ki, 1998-ci ildə eks-prezident Heydər Əliyevin təsdiq ediyi 08 fevral 2000-ci il tarixli Qanuna əsasən, qəzet kağızları, qəzet və jurnallar KİV-in bir hissəsidir.
İqtisadiyyat Nazirliyinin sorğuya cavabı isə absurd idi. Nazir müavini Sevinc Həsənovanın imzası ilə bizə daxil olan məktubda bildirilir ki, Vergi Məcəlləsinin 164.7 maddəsi ilə KİV məhsullarının alıq-satqısı üzrə dövriyyələr ƏDV-dən azadır, amma idxal azad deyil. Halbuki həmin maddədə yazır ki, “idxalın aşağıdakı növləri ƏDV-dən azaddır”.
Maliyyə Nazirliyi isə bizə cavabında qeyd edib ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrinə əsasən KİV məhsullarının alqı-satqısı ƏDV-dən azaddır, lakin büdcə ilə bağli olaraq ƏDV-dən azadolmanı məqsədəuyğun hesab emir.
Mən hesab edirəm ki, dövlət qurumları qanunun tələbinə zidd olaraq “məqsəduyğun hesab etməməklə” vətəndaşları büdcə ilə şantaj eməkdir. Mən araşdırmışam və bilirəm ki, KİV məhsullarından büdcəyə daxil olan ƏDV ildə 220 min manat civarındadır. Halbuki ölkə başçısı hər il KİV-in inkişafı üşün 5 milyon manat pul ayırır, ev tikir, bu məbləğn qarşısında qanunsuz olaraq büdcəyə daxil olan 220 min manat nə puldur ki, bunula KİV-ə zərər verirlər?. Vergilər Nazirliyi də KİV məhsullarından ƏDV tutulmasının qanunsuz olduğu ilə bağlı cavab verib. Cavabda qeyd edilib ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələri ləğv edilmədiyinə görə, KİV məhsullarının idxalı ƏDV-dən azaddır. Lakin Gömrük Komitəsinin cavabında deyilir ki, Vergi Məcəlləsinin 164.1 və 164.7 maddələrində KİV məhsullarının ancaq satqısı ƏDV-dən azadır. Bu izahın müəllifi Gömrük Komitəsinin Maliyyə İdarəsinin rəisi Mirqasım Vahabovdur. Verg Məcəlləsində konkret göstərilir ki, “kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla)” ƏDV-dən azaddır. Həmçinin Ədliyyə, İqtisadiyyat, Maliyyə və Vergilər nazirlikləri də bunu təsdiqləyir.

- Xanhüseyn müəllim, ƏDV-nin qanunsuz tətbiqi KİV məhsullarının satışına hansı təsirlər göstərir?

- Birincisi, qəzet və jurnalların qiyməti 20 faiz bahalaşır. Bu az faiz deyil. İkincisi, əgər ƏDV-nin tətbiqi qanunun tələbi olsaydı, haradasa susmaq olardı. Bu qeyri qanuni tələb edilir. İnsana da təsir edən budur. Biz hüquqi dövlətdə yaşayırıq, ancaq hüquq tələbi öz əksini tapa bilmir. Yəni Vergi Məcəlləsi ilə idxal edilən KİV məhsulları ƏDV-dən azaddır. Bu, həmişə belə olub. Sadəcə 2005-ci ildə səhvən Nazirlər Kabineti yuxarıda qeyd etdiyim qərar çıxardı. Və bura KİV məhsullarını da saldılar. Axı Vergi Məcəlləsi bu məhsulları ƏDV-dən azad edib. Bunu yenidən salmağa ehtiyac yox idi. Qərar normativ aktıdır. O, qanunu üstələyə bilməz. Vergi Məcəlləsi bu məhsulları ƏDV-dən azad edib. İndi Gömrük Komitəsi durub bir şey deyir. Deyir, bu məhsulların alqısı azad deyil, amma satqısı azaddır. Mən deyirəm ki, Mirqasım müəllim, açın Vergi Məcəlləsini və baxın, orada konkret yazır ki, alqı və satqı ƏDV-dən azaddır. Görünən odur ki, Vergi Məcəlləsini oxumaq istəmir.

- Bu prosesin sonunu necə görürüsünüz?

- Sonda bir adam tapılmalıdır ki, Mirqasım müəllimin tərsiliyindən vaz keçirsin. Bircə Gömrük Komitəsinin Baş Maliyyə İdarəsinin rəisi Mirqasım Vahabov tərsiliyini yerə qoymalı, vəzifə səlahiyyətlərini aşmamalıdır. Bununla da məsələ həll edilir. Burada dövlətin hər hansı bir təqsiri yoxdur. Əvvəl qanunda anlaşılmazlıq oldu. Biz hüquqşünaslar buna probel deyirik. İndi belə səhv yaranıbsa, onu düzəltmək lazımdır. Bircə lazımdır ki, Mirqasım Vahabov bu prosesi dayandırsın. Nə məhkəmə lazımdır, nə də başqa şey. Sadəcə qanunun tələbinə əməl olunmalıdır. Vergilər Nazirliyi bizə deyir ki, qanunda dəyişiklik yoxdur və KİV məhsulları ƏDV-dən azaddır. Maliyyə Nazirliyinin cavabında isə sanki məmur həmrəyliyi hiss edilir, bir-birlərini müdafiə edirlər. Cavablarında yazır ki, Vergi Məcəlləsinə əsasən siz idxaldan azadsınız, ancaq indiki iqtisadi vaxtda bu “məqsədə uyğun deyil”. Necə yəni məqsədə uyğun deyil? Ortada qanun var və onun tələblərinə əməl edilməlidir. Əslində bununla sanki büdcə yığımları düşünülür. Lakin bu da absurddur. Mirqasım Vahabov məmurlara, hakimlərə deyir ki, bu büdcə ilə bağlıdır, guya bu olmasa büdcəni doldurmaq çətin olacaq. Bəzilərinə də açıq deyir ki, gəlin mənim yerimə büdcəni doldurun. Axı KİV məhsullarından cəmi dövlətə 220 min manat vəsait daxil olub. Azərbaycan kimi qüdrətli bir dövlət üçün 220 min manat elə də böyük pul deyil. İkincisi, cənab prezident hər il mətbuatın inkişafı, müstəqilliyi və ayaqda durması üçün 5 milyon manat ayırır. Ən başlıcası isə odur ki, qanun bir nəfər tərəfindən pozulur.

- Zərbə kimə dəyir?

- Qəzetlər məcbur olub kağızı 20 faiz baha alırlar. Bizim xaricdən gətirdiyimiz qəzet və jurnallarda bahalaşır. Təsəvvür edin ki, biz əsasən elmi nəşrlər gətiririk. Onlar Azərbaycanda yoxdur. Məsələn, hüquq elmi ilə bağlı elmi nəşrlər gətiririk. Bunlar Azərbaycana lazımdır. Ancaq ƏDV tutulanda qiymətlər də qalxır.
İkincisi, Azərbaycanda yaşlı nəsil var və onlar SSRİ-dən qalma qəzet, jurnallar oxuyurlar. İki dəfə devalvasiya oldu, üçüncü isə ƏDV-dir. Bu mənada vəziyyət ağır və çətindir. Bunlarla barışmaq olar. Allah qoysa bu vəziyyətdən də çıxacağıq. Amma məni hüquqşünas kimi narahat edən odur ki, qanunun tələbi bir nəfər tərəfindən pozulursa, qarşısı alınmalıdır.

- Qəzet və jurnallar bu duruma etiraz etməli, problem gündəmdə axlamalıdırmı?

- Bir neçə qəzet bu haqda yazıb. İndi bizdə seçki ərəfəsidir. Bizdə istəmirik ki, bu söz-söhbət qalxsın, deyilsin ki, bir nəfər idarə müdiri qanunu pozur. Mətbuatı xaricilər də oxuyur. Bizdə istəmirik ki, bu səs-küy doğursun. Hesab edirik ki, bu söz-söhbət sakit formada dayandırmaq lazımdır. Biz bununla bağlı 3 dəfə məhkəmə prosesini udduq. Amma sonradan MirqasımVahabov təzyiqlər etdi. Biz sadəcə düşünürük ki, qanunun tələbinə əməl edilməlidir. Bunun üçün də Mirqasım müəllim tərsiliyini dayandırmalıdır.

- “Gündəm xəbər” qəzeti də Azərbaycan Nəşriyyatından çıxarılıb. Və səbəb kimi də, çap borçu olduğu göstərilib…

- Başa düşürəm. Heç yaxşı hal deyil. Amma geniş məlumatım yoxdur. Çap borcu pis haldır. İndi elə zamandır ki, hamımız əl-ələ verib bu çətin dövrdən çıxmalıyıq. Təkcə bizdə deyil, dünyada bu problem var. Sizin qəzetin çap borcunun olması həm də bizim kimi yayımlara görədir. Vaxtında pul vermədiyimizdən borclar yaranıb. Mən başa düşürəm və təsəvvür edirəm. Bu proses zəncirvaridir. Biri digərinin pulunu gecikdirirsə, o da digərinin pulunu gecikdirir və proses zəncirvari davam edir. İnşallah bu durumdanda çıxarıq. Çünki bundan da ağır günlərimiz olub.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirdən market sahiblərini məyus edəcək AÇIQLAMA

    Nazirdən market sahiblərini məyus edəcək AÇIQLAMA ...

    10-05-2016, 12:09

  • 
  • Nazir müavini iri supermarketləri «vurdu»

    Nazir müavini iri supermarketləri «vurdu» ...

    18-05-2016, 19:16

  • 
  • Sahibkarlar hansı "yük"dən azad edilirlər?

    Sahibkarlar hansı "yük"dən azad ...

    19-01-2016, 15:09

  • 
  • Azərbaycanda "Tax free" tətbiq olundu

    Azərbaycanda "Tax free" tətbiq olundu ...

    17-06-2016, 12:09

  • 
  • 16 minlik avtomobil Azərbaycana 97 minə gəlib çıxır – Gömrükdə ŞOK QİYMƏT

    16 minlik avtomobil Azərbaycana 97 minə gəlib ...

    22-11-2017, 15:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu