Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb, şəxsiyyətini təhqir edirsə, Mir Şahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz?
Bu sözləri millət vəkili Fazil Mustafa tanınmış jurnalist Mir Şahin Ağayevin mediada müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirərkən söyləyib. Deputat Mir Şahinin onu təhqir edənlərə cavab verməsinin normal olduğunu deyib:
“Mir Şahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır. Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz. Məlum ifadəsinə gəldikdə isə bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki! Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz, tənqid edin, bu, tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə, deyirsiniz, cavab da verilməsin?”
Qeyd edək ki, telejurnalist M.Ağayev yaxın günlərdə yayıma başlayacaq Real TV ilə bağlı gedən müzakirələr zamanı ona qarşı yönəlmiş ittihamlara olduqca sərt reaksiya verib./axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?