GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azad media çox geniş ictimai nəzarət platformasıdır

Azad media çox geniş ictimai nəzarət platformasıdır

Tarix: 28-03-2018, 15:33 Bölmə :Müsahibə Baxış: 422
Azad media çox geniş ictimai nəzarət platformasıdır


Nəsimi Məmmədli : “Gündəm Xəbər” qəzetinin “Azərbaycan” Nəşriyyatından çıxarıması heç də yaxşı niyyətdən xəbər vermir”

Müstəqil siyasətçi, “Sivil Toplum” Platformasının siyasi eksperti Nəsimi Məmmədli ilə müsahibəni təqdim edirik.

- Nəsimi bəy, seçkilər elan edilib, partiyalar seçkilərlə bağlı mövqelərini dəqiqləşdirir, amma azad mətbuatla bağlı problemlər durur. “Gündəm Xəbər” qəzeti Azərbaycan Nəşriyyatından çıxarılıb. Bu baxımdan durumu necə qiymətləndirirsiniz?

Ölkədə növbədənkənar prezident seçkilərində partiyaların sərbəst iştirakını əngəlləyən üç əsas amil mövcuddur. Birincisi, qanunvericilik və praktik baxımından əlverişli seçki mühitinin olmaması, ikincisi, maliyyənin yoxluğu, digəri isə növbədənkənar seçkiyə partiyaların hazırlıqsız yaxalanmalarıdır. Təbii ki partiyalar bu istiqamətdə artıq öz qərarlarını elan edir və atacaqları addımlar tədricən bəlli olur. Ancaq azad medianın durumu ilə bağlı problemlərin həlli perspektivi görünmür. Bu istiqamətdə durum olduqca pis qiymətləndirilə bilər. Məhz seçki öncəsi azad media mühitini genişləndirmək əvəzinə, onun daha da qapadılması, habelə “Gündəm Xəbər” qəzetinin Azərbaycan Nəşriyyatından çıxarıması heç də yaxşı niyyətdən xəbər vermir və cəmiyyət tərəfindən qınanmalıdır.

- Hətta azacıq tənqidə üstünlük verən sayt və qəzetlərə qarşı belə addımlar hakimiyyətin media siyasətini idarə edən şəxslərin tənqidə dözümsüzlüyünün təzahürü ola bilərmi?

- Əslində KİV-ə yönəlik basqılar xeyli müddətdir müxtəlif səviyyələrdə davam edirdi. Əgər öncəki illərdə mediaya istiqamətlənən bu basqılarda bir pərakəndilik müşahidə edilirdisə, təəssüf ki artıq sistemli xarakter almaqdadır. Yanaşma onu göstərir ki hökumət üzvləri şəffaflıqdan, hesabatlılıqdan, tənqidlərdən qaçmaq üçün çarəni media üzərinə basqılarda görür. Bu hal dövlətin informasiya təhlükəsizliyini təhdid etməklə yanaşı, məmur özbaşınalığına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəyə əngəl törətmək məqsədi güdür. Hakimiyyətin media siyasətini idarə edən şəxslər bu neqativ halların qarşısını almırsa, ya özləri bunda maraqlıdır, ya da artıq media siyasətini idarə etməyi bacarmırlar.

- Uzun illərdir siyasətdəsiniz. Media ilə bağlı hansı addımların atılmasını vacib hesab edirsiniz, ümumiyyətlə mətbuatla bağlı siyasətin dəyişməsi lazımdırmı?

Şübhəsiz ki, azad media olmayan cəmiyyətdə sosial-siyasi inkişafdan, hüquqlara etibarlı təminatdan, azad bazar iqtisadiyyatından, cəmiyyətin demokratikləşməsindən danışmaq yersizdir. Azad media özü-özlüyündə çox geniş ictimai nəzarət platformasıdır və bu platformadan səmərəli istifadə edilməlidir. KİV-ın maddi təminatı üçün azad reklam bazarı formalaşmalı, dövlət tərəfindən medianın himayəsi minimuma endirilməlidir. Həmçinin, diffomasiya haqqında qanunun qəbulu, jurnalistlərin təqibinə son qoyulması, qəzetlərin sərbəst nəşrinə və yayılmasına imkan yaradılması, sosial mediaya inzibati müdaxilələrə son qoyulması, televiziya yayınlarında dövlət monopoliyasının götürülməsi doğru yanaşma olardı.

- Məmurlar hansı səbəblərdən tənqidə mənfi yanaşır?

Qanunsuz əməllər törədən, hüquq pozmalar edən istənilən şəxs və qurumlar azad medianı özü üçün təhlükə sayır və ona rəqibdir. Öz qanunsuzluqlarının ictimailəşməsindən çəkinən məmurlar, nöqsanlarının açılıb göstərilməsini istəməyən idarəçilər bütün vasitələrlə azad media müstəvisini qapatmağa çalışır və təəssüf ki həm də artıq ona nail olublar.

Nemət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayıla görə növbədənkənar toplantı keçiriləcək

    Xədicə İsmayıla görə növbədənkənar toplantı ...

    6-12-2014, 00:35

  • 
  • Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!

    Azərbaycanda növbədənkənar Prezident seçkiləri ...

    5-02-2018, 11:30

  • 
  • Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin müraciəti

    Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı ...

    5-08-2016, 00:25

  • 
  • Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin MÜRACİƏTİ

    Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı ...

    2-08-2016, 16:41

  • 
  • Ukraynada bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək

    Ukraynada bu gün növbədənkənar prezident ...

    25-05-2014, 13:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu