GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin müraciəti

Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin müraciəti

Tarix: 5-08-2016, 00:25 Bölmə :Siyasət Baxış: 595
Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin müraciəti

Biz - bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsin zəruriliyini bəyan edirik.

Azərbaycan əsası 2011-ci ildə qoyulan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub, təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. Həmin Bəyannaməyə imza atan 70-dən artıq ölkə daha açıq və effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahiblənmək, vətəndaş iştirakçılığını genişləndirmək, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəklərini və öhdəliklərini ifadə ediblər.

AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir.

Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərində biri isə hökümət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Azərbaycan hökuməti AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” kimi mühüm sənədləri qəbul edib. 2016-cı ildə daha bir mühüm sənəd - “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub.

Təəssüf ki, belə mühüm sənədlərin hazırlanması və icrası prosesinə ictimai nəzarət funksiyası daşıyan müstəqil sivil toplum quruluşları aktiv və sistematik cəlb edilməyib, əksinə onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Bütün bunlar təbii olaraq, Azərbaycanın AHT-dakı statusunun pisləşməsini şərtləndirib. Nəticədə, 2016-cı ilin mayında AHT-nin Rəhbər Komitəsi Azərbaycanın üzvlük statusunu 1 il müddətinə aktiv üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Bu qərar bilavasitə Azərbaycanda sivil toplum quruluşlarının fəaliyyətinə yaradılmış hüquqi və praktiki məhdudiyyətlərlə əsaslandırılıb. Rəhbər Komitə sivil toplum quruluşlarının fəaliyyəti üçün məkanın qapadılmasının AHT-nin prinsip və dəyərlərini sarsıtdığını vurğulayıb.

Hazırda hökumətin AHT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün 1 ildən də az zamanı var. Təqdirəlayiq haldır ki, hökumət “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda AHT ilə bağlı vətəndaş cəmiyyəti platformasının yaradılmasına və fəaliyyətinə dəstək verəcəyini bəyan edib. Hökumətin bundan sonrakı müddət ərzində əsas səyləri də məhz sivil toplum quruluşlarına yaradılan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına, müstəqil vətəndaş cəmiyyəti ilə dialoqun və məsləhətləşmə mexanizmlərinin qurulmasına yönəldilməlidir. Çünki, müstəqil sivil toplum quruluşları üçün əlverişli fəaliyyət mühiti formalaşdırmadan AHT üzvlüyü ilə bağlı hər hansı tərəqqinin əldə olunması mümkün deyil.

Yuxarida qeyd olunanlarla əlaqədar, bildiririk ki, bu müraciəti imzalamaqda başlıca məqsədimiz AHT üçün zəruri olan Açiq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesini sürətləndirmək, Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında tam hüquqlu üzvlük statusunun bərpasına yardımçı olmaq, AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasını dəstəkləmək və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən konsultativ mexanizmlərin qurulmasına töhfə verməkdir.



Biz bu Müraciəti imzalayan müstəqil vətəndaş cəmiyyəti qurumları, vətəndaş cəmiyyəti aktivləri Açiq Hökumət Tərəfdaşlığı Platformasının formalaşması və fəaliyyəti prosesində iştirak etmək niyyətimizi bəyan etməklə, hökumətin AHTP-nın yaradılması prosesini sürətləndirməyə, bütün maraqlı tərəfləri prosesə cəlb etməyə, prosesi açıq və şəffaf aparmağa çağırırıq.


İmzalar:





1. Asabali Müstafayev -Demokratiya və insan hüquqları resurs mərkəzi

2. Akif Qurbanov -Demokratik Təşəbbüslər İnstitutu

3. Anar Məmmədli -Hüquq Müdafiəçisi

4. Aynur İmranova "Media və Demokratiyanın inkişafına dəstək"İB

5. Azər Mehtiyev -İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

6. Bəşir Süleymanlı -SMDT

7. Ələsgər Məmmədli -Hüquqşünas, hüquq müdafiəçisi

8. Əvəz Zeynallı -"Xural" qəzeti

9. Xalid Ağaliyev -Media Hüququ İnstitutu

10. Xalid Bağırov -Hüquq müdafiəçisi

11. Qalib Toğrul -İqtasadi Araşdırmalar Mərkəzi

12. Qubad İbadoğlu -İqtisadi Araşdırmalar Mərkəzi

13. Mehman Əliyev -Turan İnformasiya Agentliyi

14. Nəsimi Məmmədli -Yayımların Monitorinq Mərkəzi İB

15. Oqtay Gülalıyev -Demokratik İslahatlar Ugrunda İB

16. Rasul Jafarov -Insan Huquqlari Klubu

17. Rövşən Hacıbəyli -Demokratik Jurnalistika Məktəbi

18. Samir Əliyev -Media və İctimai Təşəbbüslər Mərkəzi İB

19. Şəhla İsmayıl- -Rasional İnkişaf Uğrunda Qadınlar Assosiasiyası

20. Samir Kazımlı -hüquq müdafiəçisi

21. Zöhrab İsmayıl -Azad İqtisadiyyata Yardım İctimai Birliyi

22. Ziya Quliyev -Hüquq Təşəbbüsləri Mərkəzi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılmasına təşəbbüs göstərən müstəqil Vətəndaş Cəmiyyəti təmsilçilərinin MÜRACİƏTİ

    Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı ...

    2-08-2016, 16:41

  • 
  • Azərbaycan statuslarını itirə-itirə gedir

    Azərbaycan statuslarını itirə-itirə gedir ...

    6-05-2016, 02:00

  • 
  • Prezidentdən açıq hökumət sərəncamı

    Prezidentdən açıq hökumət sərəncamı ...

    28-04-2016, 14:59

  • 
  • Səfirliklər Azərbaycandakı prezident seçkiləri ilə bağlı birgə bəyanat yaydılar

    Səfirliklər Azərbaycandakı prezident seçkiləri ...

    28-08-2013, 14:13

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu