Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Qızıl amnistiya verilməlidir.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında deyilir ki, partiyanın başqanı Arif Hacılı aprelin 12-də keçirdiyi mətbuat konfransında bu təkliflə çıxış edib.
Ökədə köklü islahatlara ehtiyac olduğunu bildirən Arif Hacılı siyasi məhbusların azad olunmasını tələb edib.
“Ölkədə 150-yə yaxın siyasi məhbus var. Onlardan başqa on minlərlə məhbus var ki, polisə, prokurora, məhkəməyə rüşvət verməyə imkanı olmadığı üçün həbsdədir. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Qızıl amnistiya verilməli, həmin məhbuslar azad edilməlidir”, Arif Hacılı bildirib.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, məhkəmələrin azad olduğunu bəyan edir.
Bununla yanaşı, hüquq müdafiə təşkilatları 160-dək insanı "siyasi məhbus" kimi tanıyır. Amnesty İnernational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı "vicdan məhbusu" elan edib.
Sorğu
Yeni dizaynımız necədir?