“Ümumiyyətlə sanki müxtəlif media qurumları arasında bir birləşmə olub və bunların ortaq nöqtəsi türk kimliyinə qarşı yazılar dərc etmək və bu sahədə çalışanlara hücum etməkdir,” deyə Məhəmməd Rəhmanifər son vaxtlar İran mediasında “anti-türk” yazılar və proqramların çoxalmasına diqqət çəkir.
İran Azərbaycanından Amerikanın Səsinə danışan yazar və mədəni fəalın söylədiklərinə əsasən, İranın təhlükəsizlik qurumlarının türk fəallara dair siyasətində keçən illərlə müqayisədə müəyyən bir dəyişiklik olmamış amma mərkəzçi mətbuatın hücumları olduqca artıb.
Mən təhlükəsizlik qrurumların siyasətində beş il öncə ya on il öncə ilə qarşılaşdıranda müəyyən bir dəyişilik görmürəm. Amma mediada türklərə qarşı hücumlar çox artıb. “Biz bunu həm islahatçıların qəzetlərində görürük, ‘Şərq’ və ‘Qanun’ kimi qəzetlərdə, həm də muhafizəkarların qəzetlərində. Sanki bir bir birləşmə olub. Ortaq nöqtələri də budur ki, türk kimliyinə, türk tarixinə qarşı yazılar dərc edirlər. Bu sahədə çalışan insanlara hücum edirlər,” deyə Rəhmanifər bildirir.
Türk fəallar son vaxtlar xüsusilə islahatçı qruplara mənsub “Qanun” və “Şərq” qəzetlərində dərc olunan yazılara etiraz edirlər.
Qanun qəzeti 18 aprel sayının ilk səhifə başlığını parlamentdə türk dilində təhsil məsələsini gündəmə gətirən millət vəkillərinə həsr edib. “Etnik Bölünmənin Öyrədilməsi” başlığı altında dərc edilən yazıda Qanun qəzeti türkcənin tədrisini tələb edən millət vəkillərini milli birliyə zidd istiqamətdə hərəkət etməkdə günahlandırıb.
Biz bunu həm islahatçıların qəzetlərində görürük, ‘Şərq’ və ‘Qanun’ kimi qəzetlərdə, həm də muhafizəkarların qəzetlərində. Sanki türklərə qarşı bir bir birləşmə olub. Məhəmməd Rəhmanifərin dediklərinə görə, İran mediasında “anti-türk” yazılar və proqramların məzmunu artıq türkləri lağa qoymaq şəklində deyil, türklərlə üz-üzə durmaq və onların köklərinə hücum etmək şəklindədir.
“Bunu artıq lağa qoymaq şəklində etmirlər. Biz bu mərhələni keçmişik. İndi bir növ üz-üzə durmaq məsələsidir. Yəni əgər təhqir olsa, artıq kimliyimizin təhqir edilməsidir, kök baxımından.”
Yazar əlavə edir ki, “mən şəxsən təhlükəsizlik qrurumların siyasətində misal üçün beş il öncə, on il öncə ilə qarşılaşdıranda müəyyən bir dəyişilik görmürəm. Amma mediada türklərə qarşı hücumlar çox artıb... Azərbaycanda türk kimliyinə sahib çıxanlara damğa vurub, təxrib edib və onları yoraraq meydandan çıxarmaq istəyirlər.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?