İran Azərbaycanının Zəncan şəhərində fəaliyyət göstərən türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabaği “rejimə qarşı təbliğat aparmaq”, “ictimai rəyi çaşdırmaq” və “yalan məlumat yaymaq” ittihamları ilə günahlandırılır.
Feminist fəal məhkəmə dosyesi ilə bağlı son məlumatı öz Instagram səhifəsində açıqlayıb.
Qarabaği keçən iyul ayının 17-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra ertəsi gün sərbəst buraxılıb.
Səfiyə Qarabaği bir qrup qadın fəalla "türk dilində mədrəsə", "gender bərabərliyi" və "siyasi məhbuslara azadlıq tələb edir. 80 milyon tümənlik (təxminən 25 min dollar) zəmanət qarşılığında müvəqqəti azadlıqda olan fəalın məhkəmə prosesi davam edəcək.
Səfiyə Qarabaği qadın hüquqları, qadına qarşı zorakılıq, İran qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, erkən yaşda evləndirilən qız uşaqları, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə fəaliyyətləri göstərməkdədir.
Sorğu
Yeni dizaynımız necədir?