“Millətimiz artıq 20 il öncənin milləti deyil... Bir daha molla uğrunda can vermək, qan vermək yoxdur,” deyə Mahmudəli Çöhrəqanlı Amerikanın Səsi ilə müsahibədə bəyan edir.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının lideri hesab edir ki, keçən 20 il ərzində Azərbaycan əhalisi və ümumiyyətlə türklərin İran İslam Respublikasına baxışı xeyli fərqlənib.
İran bölgə ölkələrində əldə etdiyi bəzi nailiyyətlərini tərk etməyə məcbur olacaq. Məcbur olacaq ki, içəriyə diqqət yetirsin. Azərbaycan əhalisinin İran-İraq müharibəsində (1980-88) iştirakını dəyərləndirən Mahmudəli Çöhrəqanlı İslam Respublikasının dini propaqandalar vasitəsilə insanları cəbhələrə cəlb etmə cəhdlərinə diqqət çəkir.
Cənab Çöhrəqanlı özü İran-İraq müharibəsində iştirak edib və Azərbaycan vilayətlərindən cəbhə xəttlərinə gedən qüvvələrin böyük fədakarlıqlar göstərdiyini müşahidə etdiyini önə çəkir.
“Bir mərsiyə, bir dini çıxış, bir dini-məzhəbi nitq və ya Aşura-Tasua mərasimi ilə bunları qələyana gətirirdilər ki düşmənə hücum var. Deyirdilər, İslam təhlükədədir və kafir düşmən öndədir,” o söyləyir.
Amma o, İranın türk toplumunun artıq 20 il əvvəlki kimi düşünmədiyini qeyd edir:
“Bizim millətimiz artıq 20 il öncəki millət deyil... Artıq molla rejiminə qan verdi, can verdi yoxdur. Damarlarımızdakı qan azalıb. Bu qana özümüzün ehtiyacımız var. Azərbaycanın buna ehtiyaca var. Türkün buna ehtiyacı var.”
Bir mərsiyə, bir dini çıxış, bir dini-məzhəbi nitq və ya Aşura-Tasua mərasimi ilə bunları qələyana gətirirdilər ki düşmənə hücum var. GAMOH liderinin sözlərinə görə, nüvə sazişi nəticəsində İranın iqtisadi durumu nisbətən yaxşılaşmış və Suriya, İraq və Yəmən kimi ölkələrdəki müttəfiqlərinə yardım etməkdə İslam Respublikasının əli güclənmişdi.
O, hesab edir ki, prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarı bu vəziyyətin dəyişməsinə səbəb olacaqdır.
“Bundan sonrakı proseslər həm daxildə həm də xaricdə İranın əleyhinə işləyəcək. İranı zəifləşdirəcək. İran bölgə ölkələrində əldə etdiyi bəzi nailiyyətlərini tərk etməyə məcbur olacaq. Məcbur olacaq ki, içəriyə diqqət yetirsin. Çünki içəridə də iqtisadi vəziyyət böhrana doğru gedir. Onsuz da iqtisadi böhran var,” deyə Mahmudəli Çöhrəqanlı əlavə edir.
Sorğu
Yeni dizaynımız necədir?