“Bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Bakı-Tbilisi-Ceyhan və digər layihələrin həyata keçirilməsində bu dəstəyi görmüşük”.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində deyib.
İ.Əliyev bildirib ki, Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib: “Bu gün də bu dəstəyi görürük. Keçən il Byük Britaniya baş naziri ilə müqavilə imzalanıb".
Avropa İttifaqının Cənub Qaz Dəhlizinə dəstəyindən danışan prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı da daim enerji layihələrinə dəstək verib: "2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edir. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtlı-vaxtında qaytarmışıq və qaytaracağıq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?