Nazir olmasam da qiyam haqqında məlumatım olan kimi Daxili İşlər Nazirliyinə gedib Əbülfəz Elçibəylə görüşdüm".
Bu sözləri keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib: "Milli Hökümətin yıxılmasının əsas səbəbkarları Rusiya və İran idi. Bu ölkələrin ikisidə regionda müstəqilliyinə tam nail olmuş Azərbaycan görmək istəmirdi. Elçibəy iqtidarı 4 iyuna qədər Azərbaycandan rus qoşunlarının çıxarılmasına nail olmuşdu. Bu da Rusiyanı çox qıcıqlandırırdı. Kreml Azərbaycanla bir əyaləti kimi danışmaq istəyirdi. Lakin rəhmətlik Elçibəy müstəqil Azərbaycanın dövlət başçısı kimi buna imkan vermirdi. Bütöv Azərbaycan ideyasını da İran çox pis qarşılayırdı. Nazir olmasamda qiyam haqqında məlumatım olan kimi Daxili İşlər Nazirliyinə gedib Əbülfəz Elçibəylə görüşdüm.
İsgəndər Həmidov onu da bildirib ki, Əgər Əbülfəz Elçibəy komanda versəydi, öndə özüm gedəcəkdim: "Əbülfəz Elçibəy mənə sual verdi ki, bu işlərin qarşısını almaq olarmı? Mən də bunun mümkün olduğunu söylədim. Qan tökülüb-tökülməyəcəyini soruşdu. Dedim ki, vəziyyət o həddə çatıb ki, qan töküləcək. Sonradan Elçibəy məni yerimə qaytarmaq istədiyini söylədi və mən hazır olduğumu bildirdim. Bəziləri deyir ki, Elçibəyi tək qoymuşam. Yalandı. Qiyam vaxtı hər zaman hökumətin yanında olmuşam. Yuxarıda bildirdiyim kimi prezidentin göstərişinə əsasən bu qiyamın yatırdılması əmrinə hazır idim. Sadəcə, Əbülfəz bəy dedi ki, bir uşağın göz yaşı min kürsüyə dəyməz. Ona görə qarşıdurmaya getmədi. Əgər Əbülfəz Elçibəy komanda versəydi, öndə özüm gedəcəkdim. Hətta dəqiq yadımdadır o zaman şayiə çıxanda ki, Elçibəy məni yenidən nazir postuna qaytarır uşaqlar gedib Yevlaxda Yun zavodunu götürmüşdülər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?