Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər tərəfindən Nərimanov rayonunda yerləşən Montin bağında saxlanılan sabiq daxili işlər naziri İsgəndər Həmidov artıq sərbəs buraxılıb. Bu barədə məlumatı hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev verib. E.Tağıyev bildirib ki, saat 18.20-də İ.Həmidov ona zəng edib və artıq sərbəst buraxıldığını bildirib. Sabiq nazir saxlandığı yerə, yəni Montin bağına aparıldığını bildirib və tərəfdarları xəbəri olan kimi həmin məkana yola düşüblər. E.Tağıyev xəbər verib ki, İsgəndər Həmidov sərbəst buraxıldıqdan sonra Müsavat Partiyasının qərargahına gedib və orada İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə görüşüb. O, saxlanılmasının və sonra baş verən hadisələrin təfərrüatını danışıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?