Indi ise deyirəm; Güclü olmağa məhkum olduğum gündür...
Səhər qalxdığımda saat 05 radələrində yazdığı mesaj...Bir kəlmə xoş söz... O bu sözü hər dəqiqə deməzdi. Hiss etdim, nə isə olmuşdu və ya olacaqdı... Geri zəng vurdum , götürmədi. Saat 10 radələrində geri zəng vurdu. Səsi qəribə idi,amma gülürdü. Bu gülüs nigaran qalmayım deye məndən nə isə gizletdiyi bir gülüş idi. Onu çox yaxsi tanıyırdım... -Necesen,Çemengözlü? - Yaxşıyam, burda toydur,büsatdir, fişənglər atılır,bayram edirik ... Qehqehe ile güldü. -Usaqlari sene ,seni de Allaha tapşırıram. Sən güclüsən, sənə güvənirəm, hər şey tapşırdığım kimi, dəyişən bir şey yoxdur... Paltar serirdim. Hava çiskinli idi , birdən dayandım. Paltarı qoyub ,televizorun qarşısına keçdim. Xəbərlər ve bir alt yazı... Həyatımızın alt-üst olduğunu bildirən bir cümlə... Mi-24 helikopteri vurulub..." Sakit ol, Perisan,o deyil"... Zəng etdim:"Bu nomreye zeng catmir"... Heç bir hərbçi yoldaşı açmadı... Dəqiqələr keçirdi, saatın əqrəbləri elə bil beynimin içində tiqqildayirdi... Özümü bərk tutdum. Evde iki övladımdan başqa heç kim yox idi. Mənə baxırdılar...Temkinli olmaliydim. Qohum bir qadin geldi. Sadece vəziyyət sordu. Baxışlarından bəlli idi. O da bilirdi. Sanki,mene yazığı gəlirdi. Ikimiz de qebullana bilmirdik deye, dilimize almırdıq,amma aglayirdiq.Getdi... Yene telefonuna zeng çatmir. Bu vaxt xalası oğlu zəng etdi mənə: -Perisan, Təbriz isdedir? -Iki gün önce cebheye gedib,ora çox qarışıb. Ağlamağa başladım, çünki xalası oğlu da hərbiçi idi.Bilmeye bilmezdi.Artiq mene belli oldu. Dünyam yıxıldı. -Vurulan qardaşındır? Düzünü de... - Narahat olma, Pərişan, yaralıdır. Mən arxasınca gedirəm. Yalandı... Yalan... Fərqindəydim... Telefonum susmurdu. Həyətin daş pillekanlarinda oturmuşdum.Hava soyuq, çiskinli... Tayfun boynumu qucaqlayıb nə ise danışır,amma səsi uzaqdan gəlirdi,sanki quyunun dibindən... Ele bu zaman maşın səsləri... Darvazanin yanında araliqdan qara reng maşınlar görsəndi... Ayaqyalın qaçdım. Icinden ,formada uzun boylu hərbiçilər düşdülər... Bu səhnə tanış idi. Demişdi mənə. "Qapına gələn, suallarına cavab verə bilməyən, baxışları yerə baxan herbicilere hazır ol. Men herbiciyem,gedib de dönmeye bilərəm." Sadece qışqırdıgim ve arxamdan mene baxan iki övladin baxışı yadımdadır. Qonşular gəldilər... Daha sonra qohumlar... Və beləcə bizim məsum həyatımız mehv oldu. Geriyə enkaz qaldı... Halbuki,bir gün önce axşam gələcəyini söyləmişdi. Sen deme gülüs günü ile bağlı zarafat ile deyirmiş. Iki gün öncə ise sagollasib getmisdi,sonra zeng etmişdi; Paltarlarımı yığ idman çantama, uşaqları yollayıram, gelib götürecekler" dedi. -Yenemi gedirsen?! - Narahat olma,her şey yaxşı olacaq, Pərişan. Soruşan olsa de ki,rayona toya gedib. Tələbələri gəlib çantasını apardılar. Daha sonra eyni tələbələri çiyinlerinde tabutunu getirdiler...Dostu" Veten sağolsun , şəhid oldu" dedi... Beli,Çemengözlü toya gedib,bir gün gelecek. O gün menim son günüm bele olsa... Çemengözlü gelecek...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?