Hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun göstərişilə nazirliyin regional idarələrində iclaslar keçirilir. İclasların keçirilməsində məqsəd son günlər pambıq tarlalarında baş verən zəhərlənmələrlə bağlıdır.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov modern.az-a bildirib ki, iclaslar nazir İnam Kərimovun göstərişilə keçirilir:
"Nazirlikdən kənd təsərrüfatı idarələrinə yerlərdə görüşlərin keçirilməsi, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin daha da gücləndirilməsi tapşırıqları verilib. Mütəmadi olaraq bu sahələrdə görüşlər, tədbirlərin təşkili istiqamətində işlər sürətləndirilir. Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".
A.Hüseynovun sözlərinə görə, son günlər dalbadal baş vermiş zəhərlənmələrin əsas səbəbləri araşdırılır, hadisələrlə bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, bir neçə gün fasilə ilə Saatlı, Tərtər, İmişli və Yevlaxdakı pambıq tarlalarında kütləvi zəhərlənmə qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?