GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu"-Şahin Nəcəfov yazır

"Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu"-Şahin Nəcəfov yazır

Tarix: 6-07-2018, 15:44 Bölmə :Müsahibə Baxış: 1 115
"Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu"-Şahin Nəcəfov yazır


"Dövlətin gücü ədalətindədir. Dövlət ədalətli olmalıdır ki, insanlar qəzəbinə, yox dövlətin ədalətinə sığınsınlar."

Rəhmətlik Dədəm deyərdi ki, "Pul, vəzifə yaxşıdır, amma qızdırması olmaya". Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu. Vəzifəli şəxsin hökmü olar, hikkəsi olmaz. Özünü bilən kişiyə pul, vəzifə-şöhrət, hörmət, rəhmət gətirər.

Real TV-nin bildirdiyinə görə Elmar Vəliyev açıqlama verib ki, "heç kim narahat olmasın, salamatçılıqdır". Rəhmətliyin oğlu, hələ də anlamır ki, camaat onun sağ qalmağından narahatdır. Rəhbər işçi üçün də ən böyük faciə budur.

Dünyada ən alçaq sifət və Allah qatında ən böyük günah dövlətin sənə verdiyi gücdən istifadə edib başqalarının həyatını cəhənnəmə çevirməkdir. Etməyin. Analoqu olmayan yol, körpü, bayraq dirəyi tikmək 21-ci əsr vətəndaş cəmiyyəti üçün böyük hadisə deyil. Ona qalsa Misir Fironlarının neçə min il əvvəl tikdirdikləri piramidaların bu gündə analoqu yoxdur. Amma bu gün hər kəs bilir ki bu abidə Quldarlıq dövrünə aiddir və 100 minlərlə qulun faciəsi hesabına inşa edilib.

Dövlətin təməli zorbalıq yox, ədalət olmalıdır. Şeyx Ədabalı Osman Qaziyə nəsihətində deyirdi ki "İnsanı yaşadın ki, dövlət yaşasın"

Ən yaramaz cəmiyyət odur ki, ləyaqətlə, kişi kimi yaşamaq üçün səndən xüsusi qəhrəmanlıq tələb olunsun. Hər kəs qəhrəman olmağa borclu deyil. Amma hər kəsin ləyaqətlə yaşamaq haqqı var. Dövlət də bunun üçündür. Dövlətin ən birinci vəzifəsi odur ki, hər bir vətəndaşa ləyaqətli yaşamaq imkanı yaratsın. Heç bir hadisəyə görə məsuliyyəti olmayıb səlahiyyəti çox çox böyük olan bu qədər səlahiyyət sahibinin at oynatdığı məmləkətdə ləyaqətlə yaşamaq şansı nə qədərdir ki ?

Bu ölkədə bilən varmı ki, ümumiyyətlə bu icra başçılarının vəzifəsi və səlahiyyətinin sərhədi hara qədərdi? Zavodu yox, fabriki yox, kolxozu yox, sovxozu yox. Allah eşqinə 75 rayon- 75 icra başçısı bu millətə lazımdırmı? Hökümət fəxrlə deyir ki, regionların sosial -iqtisadi inkişafına 74 milyarda yaxın vəsait xərclənib. Amma hökümət nə dərddir ki, regionların büdcədə yeri 4 faizdən yuxarı qalxmır. Əhalinin 4 milyona yaxını Bakı, Abşeron, Sumqayıtda cəmləşib. Regionlar günü gündən boşalır. Artıq fərd olaraq yox ey kəndlərin tami Rusiya və digər qonşu ölkələrə köç edir. İş adamları regionlarda heç bir iş görmək istəmir. Bunun bircə səbəbi var. Rayon icra başçıları regionun inkişafına imkan vermir. Rayon icra başçılarını idarə etdikləri rayona mənəvi olaraq heçnə bağlamır. İşlədikləri rayonun nə ağsaqqalını sayırlar, nə o rayonun yetişdirdiyi ziyalısına hörmət edirlər.

Bir neçə gün bundan əvvəl Yardımlının icra başcısı Azərbaycanın böyük ziyalısı, xalq şairi Sabir Rüstəmxanlını öz təhsil aldığı məktəbdə görüşünə imkan vermədiyi, nə boyda hörmətsizlik çıxardığını yəqin ki Prezident aparatında da hər kəs bildi. Nəticəsi nə oldu? Halbuki Yardımlı rayon icra başçısı Sabir Rüstəmxanlını rayonun girəcəyində qarşılamağı özünə şərəf bilməliydi. Belə olan halda siz fikirləşin ki, sadə insanlar və ya əyalət səviyyəli ziyalılar bu qəsbkar icra başçıları üçün kim olurlar? Hüdudsuz səlahiyyətdən, analoqsuz yaltaqların mədhiyələrindən və limitsiz korrupsiyadan bu kiçik padşahlar inanın ki artıq insan mənşəli olduğunu unudublar. Bunlara desən ki, vallah sizi də bir ana doğub bir kişi əkib, sizinlə biz bir adamıq, eyni millətik, ikimizdə insanıq, bəlkə də bunu özlərinə təhqir kimi qəbul edərlər. Bunlara elə gəlir ki, bunlar UNO planetidirlər, səmavi mənşəlidirlər, göydən zənbildə düşüblər .

Rəhmətlik Dədəm deyərdi ki, o şəxsdən ehtiyyatlı ol ki, "nə utanacaq sifəti var, nə də qorxacaq yeri "qırxbaşlı əjdaha kimi yolunu kəsən bu harın məmurlarla bədbəxt millət necə baş edə bilər? Bir məmurda ki . nə həya var, nə ədəb var, nə tərbiyə. Nə Dövlətdən qorxur, nə də Allahdan. Zatən ayağının altına daş qoyan dövlətdir, Allah da başına daş salmır. Yazıq millət, bədbəxt millət .

Rayon icra hakimiyyətlərinin rayondakı səlahiyyəti bəlkə də İlham Əliyevin ölkədəki səlahiyyətindən çoxdur ki, az deyil . Bir faciə yüz nəsihəti əvəz edər deyiblər atalarımız. Gəlin ümid edək ki, Prezidentin hər müşavirədə səsləndirdiyi "sonuncu xəbərdarlıqlarından " dərs alamayan bir çox yolunu azmış vəzifə sahibləri Gəncə hadisəsindən hər halda bir nəticə çıxaracaqlar.

Allah Elmar Vəliyevə can sağlıgı versin. Versin ki, xəstəxanada boş vaxtları olanda düşünsün ki, Gəncədə neçə adamın evini yixib, neçə insanların mülkünü viran edib, hikkəsi səbəbinə neçə adamın ürəyi dayanıb, neçə insanın yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub? Neçə insanı təhqir edib, qürurunu sındırıb. Və sonda düşünün kimiydin? Kim oldun? Nə olacaqsan ?

Bu hadisəyə görə nə sevinməyə ehtiyac var, nə də fitnə cıxarmağa ehtiyac. Dövlətimiz, cəmiyyətimiz və məmurlarımız bu hadisəni bir xəbərdarlıq zəngi kimi qəbul etməlidir. Səlahiyyətin də bir sərhədi olduğu kimi məzlumluğun və səbrin də bir sərhədi var. Dövlətin gücü ədalətindədir. Dövlət ədalətli olmalıdır ki, insanlar qəzəbinə yox dövlətin ədalətinə sığınsınlar .
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Vəliyevi güllələyənin adı məlum oldu

    Elmar Vəliyevi güllələyənin adı məlum oldu ...

    4-07-2018, 12:00

  • 
  • Elmar Vəliyev İsrailə aparıldı

    Elmar Vəliyev İsrailə aparıldı ...

    7-07-2018, 22:44

  • 
  • Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər - mühafizəçisi öldü, özü yaralandı (YENİLƏNİB 2)

    Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər ...

    4-07-2018, 12:04

  • 
  • ELMAR VƏLİYEVİN OĞLU VƏTƏNDAŞI GÜLLƏLƏDİ-TƏFSİLAT

    ELMAR VƏLİYEVİN OĞLU VƏTƏNDAŞI GÜLLƏLƏDİ-TƏFSİLAT ...

    17-08-2016, 22:30

  • 
  • Elmar Vəliyevin oğlu haqda ilginc faktlar

    Elmar Vəliyevin oğlu haqda ilginc faktlar ...

    2-05-2014, 09:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu