Ara qarışıb, məzhəb də itib. Bu qarmaqarışıqlıqda Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Bakı şəhərində qarışılıqlı mübahisə zəminində bir nəfəri güllələyib. Xoşbəxtlikdən, ölüm- itim olmayıb. Hadisənin üstü dərhal ən yüksək səviyyədə qapadılıb və təbii ki, şikayətin də olmaması, qeydə alınmaması üçün bütün vasitələr işə salınıb. Hadisə, təqribən 10 gün əvvəl olub.
Elmar Vəliyevin oğlu Elmir Vəliyevin Bakıda dəbdəbəli həyat sürdüyü bəllidir. O, Milli Məclisdə işləyir. Bu yaxınlarda onun hansısa xarici ölkəyə diplomatik işə göndəriləcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Görünür ki, Elmir Vəliyevi Cənubi Amerika ölkələrindən birinə diplomatik işə göndərə bilərlər və buna görə də Bakı küçələrində silahla davranış təlimi keçir.azerbaycansaati.tv
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?