GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

Tarix: 10-07-2018, 14:06 Bölmə :Müsahibə Baxış: 896
Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ


Kulis.az “Atamın xatirəsi” layihəsində Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevlə müsahibəni təqdim edir.

- Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?

- Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır.

- Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?

- Sağlığında adamın arxasınca çox danışırlar. Rəhmətə gedəndən sonra görəndə ki, mövqeyindən. düşüncəsindən asılı olmayaraq hamı onu hörmətlə anır, bu, adamı sevindirir. O adamlar hamısı bu il Elçibəyin 80 illik yubileyində qəbrinin üstündəydilər. Ən çox bu sevindirdi məni. Vaxtı ilə Elçibəyin arxasınca danışanlar onu ziyarətə gəlirlər.

- Elçibəyi daha çox necə xatırlayırsınız; ata kimi, yoxsa siyasətçi kimi, milli azadlıq hərəkatının lideri kimi?

- Ata kimi o qədər çox xatirəm yoxdur. Atamla bağlı bir-iki xatirəm var, vəssalam. Ancaq siyasətçi kimi tanıyıram.

- Bir yerdə çox vaxt keçirirdiniz?

- Xeyr. Prezident olduğu dövrdə demək olar ki, üzünü görmürdüm. Onda mənim 5 yaşım vardı. Kələkidən Bakıya qayıdandan sonra bir yerdə daha çox vaxt keçirmişik. Vaxt keçirmişik deyəndə, atamın asudə vaxtı gecə saat 12-dən sonra olurdu. Hardasa 15-20 dəqiqə ünsiyyətdə olurduq. Bu, mənə bəs edirdi. Uşaqların çoxunda ata-oğul münasibətləri var. Mən elə münasibətləri görəndə qısqanıram, təəssüf ki, bizim aramızda elə münasibət olmayıb. Amma atam məni sevməyib də deyə bilmərəm.

- Gəzməyə aparmırdı?
- Xeyr.

- Kələkidə də?

- Xeyir. Yenə vaxt olmurdu. 1993-cü ildən 1997-ci ilə kimi Kələkidə yaşamışıq. Dostları, qonaqları, gələn-gedən çox olurdu deyə bizə vaxt ayıra bilmirdi.

- Təəssüf edirdiniz?

- Uşaq olursan, istər-istəməz sən də ata sevgisi istəyirsən.

- Hər hansı mövzuda sizinlə söhbət eləmirdi?

- Bizdə hamı utancaqdı, bircə mən loru dildə desək, bir az üzlüyəm. Bununla belə aramızda siz deyən söhbətlər olmurdu. Bircə otağına rahat girib-çıxa bilirdim.

- Heç sizi danlayıb?

- Xeyr. Bir dəfə belə bir hadisə olmuşdu, o yadımda qalıb. Hardasa 8-9 yaşım vardı, dələduz uşaq idim. Küçədə tozanaq qaldırmışdım. Bunun üstündə ağsaqqallar atama şikayətlənmişdilər. Atam da məni çağırıb xəbərdarlıq elədi, dedi, ağsaqqallara hörmətsizlik eləmə.


- Türkçülük, millətçilik barədə danışır və ya kitab tövsiyə edirdi?

- Aramızda elə bir şey heç vaxt olmayıb. 10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə atam adımı Şaban qoymuşdu (gülür). Deyirdi, sənin filmlərin başladı, get bax.

- Özü baxmırdı?

- Yox. Mən baxırdım. İndi də Şabanın filmlərinə baxmağı xoşlayıram.

- Bəy Kələkidə olanda sizinlə bir yerdə qalırdı?

- Əvvəl-əvvəl bir yerdə qalırdıq, sonra qonaqlar çox gəlib-getməyə başladı. Bizim gündəlik həyatımızda problemlər yaşanmasın, vaxtında yatıb-dura, dərslərimiz oxuya bilək deyə atam bizi ayrı evə köçürdü.

- Ad günlərində iştirak edirdi?

- Xeyr. Açığı elə çox ad günü də keçirməmişik. Bir dəfə 12 yaşım olanda kənddə ad günü keçirmişik. Onu da əmim oğlanları təşkil etmişdilər. O ad günümdə bugünkü yığıncaqdakından çox adam var idi. Atam Bakıda idi. İştirak etməmişdi (pauza). Ad günümdə atamın iştirak etməyi yadıma gəlmir.


- Yanınızda olmadığına görə atanızı qınayırdınız?

- Təklikdə olanda, öz-özlüyümdə çox qınamışam. Ən azından mən də ata sevgisi görə bilərdim. Neyləyək (pauza)


- Qəlbinizdə nisgil qalıb?

- Elə sözlər var ki, ürəyimdə qalıb, atama deyə bilməmişəm.

- Ürəyinizdən keçib ki, kaş atanız milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy yox, adi, sıradan bir adam olaydı?

- Xeyr. Bu, xəbislik olardı.

- Atanızın prezidentlik dövründən yadınızda nə qalıb?

- Onda heç dostum da yox idi. Mən kəndə gələndən sonra dostun nə olduğunu bilmişəm. O vaxtı biz Zağulbadakı iqamətgahda qalırdıq. Orda tanıdığım uşaqlar İsa Qəmbərin övladları, Pənah Hüseynin oğlu idi; Turqut, İlkin, Vaqif. Uşaqlığım onlarla keçib. Böyüyəndən sonra isə mənim siyasətçi və ya siyasətçilərə bağlı dostlarım olmayıb. Dostlarım ya məhlədən, ya da kənddən olub.


- Nə əcəb atanızdan sonra siyasətə can atmamısınız?

- Elçibəy kimi bir adam olmaq mənə görə imkansızdır. İkincisi də Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki. Onun arxasınca iş görən adam mənim arxamca nələr edər?! Həm də hamı istəyər ki, övladı ondan ata sevgisi görsün.
- Yəni demək istəyirsiniz ki, siyasətçi olsanız ailənizə ayırmağa kifayət qədər vaxtınız olmaz?

- Bəli.

- Ona görə siyasətçi olmaq istəmədiniz?

- Bəli.

- Elçibəyin oğlu kimi sizə münasibət necədir?

- Həmişə insanlardan xoş münasibət görmüşəm.

- Bayaq dediniz, dələduz-ərköyün olmusunuz.

- Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.

- Elə çətin məqam olub ki, Elçibəyin adından istifadə edəsiniz?

- Elə çətin məqamım olmayıb. Amma o adın köməyini hər zaman hiss eləmişəm.

- Atanız vəfat edəndə hardaydınız?

- Kənddə idim, ağacları sulayırdım. Çağırdılar ki, gəl, Bakıya gedirsən. Heç kəs də demədi ki, niyə gedirəm. Bakıdakı evə girənə qədər heç nə bilmədim.

- Bəy vəfat edəndə neçə yaşınız vardı?

- Atam vəfat edəndə 13 yaşım 8 gün əvvəl tamam olmuşdu.

- Nə hiss keçirdiniz?

- 13 yaşında insan nə hiss keçirə bilər? Açığını deyim, 13 yaşımdan 18 yaşıma qədər heç bir hiss keçirməmişəm. Mən atamın yoxluğunu 18 yaşında hiss eləmişəm. Uşaq vaxtımdan mənim atam da anam olub, mənə tərbiyəni də anam verib. Mən ondan tərbiyə almışam. Atamın yanımda olmamasını hiss etdirməyib. 18 yaşdan sonra hər çətinliyə düşəndə istər-istəməz atanın yoxluğunu hiss edirsən.

- Kələkidə, həyətinizdə keçirilən yubileydə fikir verdim, camaata qaynayıb-qarışmırdınız, ortalıqda çox az görünürdünüz.

- Orda yaşca məndən böyük olanlar çox idi


- Tədbirdə çıxış da etmədiniz.

- Özüm istəmədim. Tanınmaq, şöhrət mənlik deyil, tanınmamaq daha yaxşıdır.

- Özlüyünüzdə atanızla danışırsınız?

- Təbii ki.

- Sirr deyilsə, nə barədə danışırsınız?

- Adi şeylər barədə danışıram. Yatmamışdan qabaq günlük olan şeylərdən danışa bilərəm; belə olmasa belə ola bilərdi...



- Sən ölməsən, başqa cür ola bilərdi.



- Bəli, o cür dediyim də olub.





- Məzarını tez-tez ziyarət edirsiniz?

- Vaxt olduqca, daha doğrusu ürəyimdən keçdikcə. Ayda iki-üç dəfə məzarına gedirəm.

- Heç atanızdan nəsə istəyirdiniz sizə alsın; velosiped, oyun kompüteri...

- Kompüter oyunlarına uşaq vaxtından marağım olmayıb. Amma Bakıya gedəndən sonra velosipedə bir az marağım var idi. 1998-ci ildə də velosiped çox baha idi. Atam ad günümdə bir qədər pul vermişdi. O pulla gedib məhlədən ikinci əl velosiped almışdım. Hətta ad günümdə verdiyi pul azlıq elədi, gedib təzədən pul istədim. “Şirvan” vaxtları idi, özü də atamın “şirvan”, “məmməd”, “nizami” deməkdən xoşu gəlmirdi. O velosipedi 17 yaşıma qədər sürdüm.

- Maddi məhrumiyyətləriniz çox olub?

- Vallah, hamı necə yaşayıbsa biz də elə yaşamışıq. Çox şükür bu günlərə gəlib çıxmışıq. Amma həqiqətən o dövrdə necə yaşadığımızı bilmək istəyirsinizsə sizə deyim: 93-94-cü illərdə çəkilmiş bir şəklim var. İnternetdə də yayılıb. Türk jurnalist çəkmişdi. O şəklə baxsanız ayaqqabılarımın vəziyyətindən görərsiniz necə yaşamışıq (gülür).

- Bildiyim qədərilə atanızdan cib telefonu istəmisiniz, o da deyib ki, Türkiyədən qayıdanda alaram. Ancaq Türkiyədən ölüm xəbəri gəlib.

- Yox, o hadisə elə olmayıb. 6-7-də oxuyanda bayaq dediyim kimi dalımca əmioğlum Ədalət gedib-gəlirdi. Bir də gördün ya mən dərsdən tez çıxırdım, ya o gec gəlirdi. Bir gün atam soruşdu ki, niyə gec gəlirsən? Vəziyyəti izah elədim, dedi, mən sənə bir telefon alaram. O da elə həmən il rəhmətə getdi, telefon ala bilmədi. Onun yerinə Rüstəm Behrudi telefon alıb hədiyyə elədi.

- Atanız haqqında söhbətləri dinləməyi sevirsiniz?

- Baxır kim danışır. Onun əhəmiyyəti çoxdur. Elə adamlar var ki, bildiyimiz şeyləri danışır. Bilmədiyimiz şeyləri danışanda xoş gəlir. Altı-yeddi il əvvəl avtobusda gedirəm, bir kişi qayıdıb dedi ki, Elçibəyin oğlu mənim qucağımda böyüyüb. Baxıb gördüm ki, tanımıram. Mən də yolpulumu verib avtobusdan düşdüm. Nə deyərdim?

- Yanınızda Elçibəy haqqında tənqidi danışanda necə reaksiya verirsiniz?

- Tənqidə normal yanaşıram, təhqirə dözmürəm. Atamı təhqir edəndə dava salmışam, yumruqla payını vermişəm. Bəzən atamı tənqid edib deyirlər ki, Elçibəy zəif siyasətçi idi. Zəif siyasətçi Rusiya ordusunu Azərbaycandan necə çıxara bilərdi? O, bunu bacarıbsa deməli böyük siyasətçidir.

- Sevdiyi filmlər, musiqilər hansılar idi?

- Sevdiyi filmlər barədə məlumatım yoxdur. Amma sevdiyi musiqiləri bilirəm. “Səkinə dayıqızı” mahnısını çox sevirdi. Bir də “Ay ana, bu yarım niyə gəlməz oldu” və “Bu qala daşlı qala” mahnılarını sevirdi.

- Siz də o mahnıları sevirsiniz?

- Yox (gülür). “Bu qala daşlı qala”ya arada mən də qulaq asıram.

- Bəyi içki məclisləri ilə çox bağlayırlar.

- Azərbaycanda içməyən adam var? Mən kimsədən eşitməmişəm ki, desin, Elçibəy nə vaxtsa içib keflənib, özünü apara bilməyib.

- Evində canamaz, möhür gördüm. Namaz qılırdı?

- Namaz qılmağını deyə bilməyəcəm. Amma oruc tuturdu. Obaşdan atamla durub yemək yeyirdim, sonra gedib yatırdım (gülür).

- Bayaq dediniz “şirvan”, “məmməd” deməkdən xoşu gəlmirdi. Başqa nələrdən xoşu gəlmirdi?



- Azərbaycanlı ailələrdə “mama-papa” müraciətləri çox işlədilir. Atamın bundan xoşu gəlmirdi. Arada əsəbiləşdirmək istəyəndə “papa” deyərdim, hirslənərdi (gülür). Onun uşaqlardan xoşu gəlirdi, qucağına alıb oynadardı. Ancaq uşaq “mama, papa” deyən kimi o dəqiqə yerə qoyardı (gülür). Bir də deyirdi ki, rus dilini oxumayın, lazım deyil sizə.

- Əməl elədiniz onun sözlərinə, rus dilini bilirsiniz?

- Yox, öyrənməmişəm, heç marağında da olmamışam.

- Atanızla aranızda olan yaş fərqi münasibətlərinizə təsir edirdi?

- Nə bilim? Heç bu barədə fikirləşməmişəm.

- Özünüzü bir oğul kimi bəyə borclu hesab edirsiniz?

- Bəli.

- Bəs vətəndaş kimi?

- Vətəndaş kimi də borclu hesab edirəm.

- Hansı daha çoxdur?

- Oğul kimi daha çoxdur. Atamın borcundan çıxmaq mümkün deyil. Onun üçün çalışıram özümü elə aparım ki, sonra deməsinlər atasının adını batırdı. Bir dəfə Facebook səhifəmdə qəlyanla şəkil qoymuşdum. Tənqid atəşinə tutdular ki, Elçibəyin oğluna baxın, qəlyanla şəkil çəkdirir. Mən də məcbur qalıb özümə gizli profil açdım (gülür).

- Heç gələcəkdə atanız haqqında kitab yazmaq və ya onun adını necəsə başqa cür əbədiləşdirmək kimi bir fikriniz, ideyanız varmı?

- Mənim yaza biləcəyim bir şey yoxdur. Amma yazanlara dəstək ola bilərəm. Qohumlarının bəy haqqında çox xatirələri çoxdur.

- Söhbətimizin əvvəlində dediniz ki, bəyi başa düşməyə hələ 20 il var...

- Tək mənim yox, elə çox adamın bəyi başa düşməyinə 10-20 il gərəkdir. Nəinki cəmiyyətin, yaxın qohumların belə buna ehtiyacı var. Qohumları da Elçibəyin kim olduğunu tam dərk edə bilmir. Buna görə düşünürəm ki, Elçibəyin kimliyini başa düşməyimiz üçün uzun illər keçməlidir. Yalnız ondan sonra biz Elçibəyin böyüklüyünü, şəxsiyyətinin əhəmiyyətini tam anlaya biləcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46

  • 
  • Elçibəyin oğlu deputat olmaq istəyir

    Elçibəyin oğlu deputat olmaq istəyir ...

    31-08-2015, 19:17

  • 
  • Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi

    Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi ...

    15-02-2017, 21:19

  • 
  • Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin yubileyi ilə bağlı təkliflər verildi

    Milli Məclisdə Xocalı abidəsi və Elçibəyin ...

    14-05-2013, 13:08

  • 
  • Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi

    Elçibəyin qardaşı da AXCP-Müsavata qəzəbləndi ...

    24-01-2014, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu