Parlament seçkilərindən bizi iki aylıq zaman kəsimi ayırır. Artıq deputat olmaq iddiasında olan şəxslər namizədliyini irəli sürməyə başlayıb.
Seçkilərə hazırki deputatlarla yanaşı, onların yerini tutmaq istəyən şəxslər də qatılıb və bu sırada gənclər xüsusilə üstünlük təşkil edir.
Aktual.az-a daxil olan məlumata görə, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev də seçkilərə qatılacaq.
Bir neçə ay öncə Fövqəladə Hallar Nazirliyində işə düzələn və sentyabr ayında ailə qurmağa hazırlaşan 28 yaşlı Ərturqut gücünü 33 saylı birinci Xətai seçki dairəsində sınayacaq.
Ehtimallara görə, Ərturqut Əliyev üçün rəqabət asan olmayacaq. O, bu dairədə hazırki deputat Hüseynbala Mirələmov və Müsavat başqanı Arif Hacılı ilə rəqabət aparmalı olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?