GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Oğlum da aldanıb” – Ramin Hacılının anası danışdı

“Oğlum da aldanıb” – Ramin Hacılının anası danışdı

Tarix: 31-07-2018, 11:34 Bölmə :Müsahibə Baxış: 1 007
“Oğlum da aldanıb” – Ramin Hacılının anası danışdı

Ramin Hacılıya əlavə ittihamlar həbs olunandan sonra verilib. Həbs olunduğu ay ərzində ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 və 178-2-2-ci maddələri ilə ittiham irəli sürülüb.

gundemxeber.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Ramin Hacılının anası Hürü Hacıyeva deyib.

Onun sözlərinə görə, əvvəllər Ramin Hacılıdan bir məfər şikayət edib: “Rafael Məmmədov adlı bir adam pulu alıb ölkədən qaçıb. İndi həmin vəsaiti Ramindən istəyirlər. Şikayətçi özü bilir bunu. Amma anlamaq istəmir. Yenə də Ramin öhdəlik götürüb və həmin məbləği ona hissə-hissə qaytarırdı. Ödəməni təsdiqləyən sənəd də var. Niyə cinayət işi açıblar? Ədalətli məhkəmə olsa, işlə ciddi araşdırma aparılsa, onun əsassız həbs olunduğunu görərlər”.

Hürü Hacıyeva bildirib ki, istintaq müddətində oğlunun ev dustaqlığına buraxılmasını istəyir: “İstintaq müddətində Ramin heç olmasa ev dustaqlığına buraxılsın ki, işlərini görə bilsin. Problemlərini həll etməyə çalışsın. Onu istintaq müddətində həbsdə saxlamaqla işini ağırlaşdırmaq istəyirlər. Nəyə lazımdı bu? Çıxsın, işlərini həll eləsin. Mən ümid edirəm ki, hakimlər ədalətli davranar.

Məsul şəxslər imkan verməsinlər ki, oğlumun taleyi heç nədən puç olsun. Mənim oğlum bacarıqlı oğlandı. Çöldə olsa, yarımçıq işlərini görər. Ramin düşmən münasibətə layiq deyil. Xahiş edirəm humanist yanaşsınlar. Həyatdır, hamının başına iş gələ bilər. Mənim oğlum da aldanıb. Ona da o qədər adamın borcu var. Amma Ramin heç kimə pislik etməyib.

Mən anayam, bu baş verənlərə dözə bilmirəm. Burada biz də zərər çəkmişik. Onu buraxsınlar, ədalətli istintaq aparsınlar. Cani deyil, quldur deyil”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ramin Hacılının barəsində olan həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə artırılıb.

İstintaq orqanı tərəfindən Ramin Hacılının barəsində əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittihamlar irəli sürülüb.

Ramin Hacılı həbs olunan zaman isə ona əvvəlcə Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham edilib.

İttihama görə, iyunun 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhddinin pozulmasının qarşısı alınıb.

Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, Fəxrəddin Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

Fəxrəddin Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

Ramin Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramin Hacılının həbs müddəti uzadıldı

    Ramin Hacılının həbs müddəti uzadıldı ...

    30-07-2018, 16:47

  • 
  • Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko müsadirə oluna bilər

    Kəbirə Məmmədovanın iddiasına əsasən, Ramin Deko ...

    27-11-2013, 17:40

  • 
  • Ramin Hacılı iki ayını Bakı İstintaq Təcridxanasında keçirəcək

    Ramin Hacılı iki ayını Bakı İstintaq ...

    21-06-2018, 20:50

  • 
  • Ramin Hacılı sərhəddə saxlanılıb

    Ramin Hacılı sərhəddə saxlanılıb ...

    6-06-2018, 13:05

  • 
  • ​Məhkəmə Ramin Hacılıya HÖKM OXUDU

    ​Məhkəmə Ramin Hacılıya HÖKM OXUDU ...

    12-10-2017, 16:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu