Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi "Respublikaçı Alternativ" (ReAl) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovu 2 il sınaq müddəti olmqla azadlığa buraxıb. Bu barədə vəkil Fuad Ağqyev Amerikanın Səsinə müsahibəsində bildirib.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.
Vəkil Fuad Ağayev bu günki məhkəmədən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şəki Apellyasiya Məhkəməsinin qərarında bir müsbət cəhət var.
"Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qəraının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir, Şəki Ağır Cinayətlər Məhkməsinin onu təqsirli bilməsi hökmü qanuni hesab edilib. Sadəcə olaraq cəzasının çəkilməmiş hissəsi şərti hesab olunub. Onun cəzasının çəkilməmiş hissəsindəın artıq müddət, iki il sınaq müddəti hesab edilib. İstənilən halda bununla razı deyilik. Qısa müddətdə kassasiya şikayəti verəcəyik", Ağayev qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?