Qondarma "Donetsk xalq respublikası"nın separatçı lideri Aleksandr Zaxarçenko avqustun 31-də Donetsk şəhərində baş vermiş partlayış nəticəsində öldürülüb.
Seperatçı liderin ölüməsini qəbuledilməz əməl adlandıran REAl Partiyasının sədri İlqar Məmmədov bildirib ki, Adama qarşı Kiyev'in qanuni iddiaları vardısa, Kiyev onu tutub yarqılamağı bacarmalı idi:
"Siyasətçi həyatının dəyərinə bəzi insanların vecsizliyini Ukrayna-Rusiya münasibətlərindəki olay nümunəsində qınayan əvvəlki statusumu rusca yazdım. Sonra öz dilimizə çevirib şərhlərə qoydum, amma çox adam görmədi. Odur ki, tərcüməni ayrı status kimi də yerləşdirirəm: "Donetsk'dəki ayrılıqçıların liderinin öldürülməsi – bunun arxasında istər Moskva, istərsə də Kiyev dursun – qətiyyən qəbuledilməz əməldir. Adama qarşı Kiyev'in qanuni iddiaları vardısa, Kiyev onu tutub yarqılamağı bacarmalı idi. Yox əgər adama qarşı bu cür iddialı Kreml idisə, onu ayrılıqçıların ərazisində aparıcı siyasi görəvdən çıxarmaq üçün Moskvanın bir çox başqa imkanları da vardı. Öldürülən Zaxarçenko haqqında bildiklərim çox deyil. Ədalətli sandığı səbəbdən əli silahlı savaşdığını bilirəm. Sonra, ona inanan insanların göz dikdiyi ərazinin siyasi yönətiminə keçdi. Onun işinin doğru ya da adil olduğunu da demirəm. Fəqət siyasətçilər arasında müəyyən bir peşə dayanışması olmalıdır. İctimayi təsəvvürdə siyasətçiləri, onlarla eyni fikirdə olmadığınızda “güllələniləcək it”lərə çevirmək ən pis yoldur, əgər xalqlar, siniflər və ya qruplar sülh içində yaşayış üçün ortaq bir dil tapmaq istəyirlərsə".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?