Dünən Ukraynanın güc strukturlarının nümayəndələri federallaşma tərəfdarlarının elan etdikləri Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovu tutublar. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qreşenko deyib ki, Kakidzyanov Manquş qəsəbəsi yaxınlığında “Azov” xüsusi təyinatlı milis dəstəsindinin olduğu avtobusa hücum edərkən yaxalanıb. Xüsusi təyinatlı “Azov” batalyonu Mariopl şəhərindən Berdyanska tərəf hərəkət edərkən, onlara hücum edən federallaşma tərəfdarlarının dəstəsi ilə aralarında 1 saata qədər döyüş gedib. Ukrayna DİN-in səlahiyyətlisi deyib ki, rəqibləri xüsusi təyinatlılara pulemyot və “Kalaşnikov” avtomatlarından dayanmadan atəş açıblar. Ukrayna tərəfin avtobus sürücüsü yaralanıb. Ukrayna xüsusi təyinatlılarına hücum edən iki nəfər əsir götürülüb, əsir götürülənlərdən biri “Donetsk Xalq Respublikası”nın müdafiə naziri Kakidzyanovdur. “Azov” xüsusi təyinatlı milis dəstəsinin döyüşçüləri isə, nazirlik tərəfindən mükafata təqdim ediliblər. Ukraynanın Padikal Partiyasının lideri, prezidentliyə namizəd Oleq Lyaşko deyib ki, tanınmamış "Donetsk Xalq Respublikası"ının “müdafiə nazirini” yalnız Viktor Yanukoviçə dəyişə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?