Əli Əliyevin facebook səhifəsində paylaşdığı statusunu oxucular üçün maraq doğuracağını nəzərə alaraq, həmin yazını ''Gündəm Xəbər'' oxucularına təqdim edirik:
"Qarakənd faciəsi ilə bağlı Hacı Əbdülün açıqlamasından sonra aparılan müzakirələrin gedişatı narahatlıq doğurur. Təbii ki, video materialla əlaqədar suallar yarana bilər və yaranmalıdır da. Lakin Tamerlan Qarayevin bir Qarabağlı kimi müdafiə edilməsini anlaya bilmirəm. Qarayev Azərbaycan vətəndaşıdır, onun qanunla qorunan hüquqları mövcuddur. Eyni zamanda onun yanlış addım atmaq ehtimalı da inkar edilə bilməz. Şuşanın qəhrəmanı və hər birimizin fəxri Ramiz Qəmbərov, Eldar və Allahverdi Bağırovlar, Fred Asif hər bir azərbaycanlı üçün qürur mənbəyi deyillərmi? Mənim mənsub olduğum bölgədən səhv etmiş insan çıxdıqda, onun ünvanına deyilənləri mən bölgəmə, elimə-obama həqarətmi saymalıyam? Hərçənd ki, bu nümunədə araşdırma getməli, deyilənlər ya təsdiq, ya inkar edilməlidir. Məsələ ətrafında danışanlar sırasında hörmət etdiyim, siyasi səviyyəsinə sayğı duyduğum şəxslər olduğundan, onları bu hakimiyyətə qarşı çiyindaş saydığımdan məyus oldum. Məgər biz bu iqtidarı regionçuluq, traybolizm, bölgəçilikdə ittiham etmirikmi? O zaman tənqid etdiklərimizdən nə fərqimiz oldu? Bəlkə biz də onların törətdiklərini hakimiyyətə gələrək onlara qaytarmaq, yaşatmaq istəyirik? Nədən millət ola bilmirik? Tayfa, bölgə, region, qrup kimi düşünməmiz nə vaxta qədər davam edəcək?"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?