GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Tiflisdə nələr olur? – Saakaşvili hər şeyi AÇIQLADI

Tiflisdə nələr olur? – Saakaşvili hər şeyi AÇIQLADI

Tarix: 31-10-2018, 16:25 Bölmə :Müsahibə Baxış: 1 300
Tiflisdə nələr olur? – Saakaşvili hər şeyi AÇIQLADI


Bazar günü Gürcüstanda prezident seçkisinin ilk turu baş tutdu. Seçkidə hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili müxalifətin namizədi Qriqol Vaşadzeni cəmi 0,9% səslə üstələməyi bacardı. Nəticədə seçki ikinci tura qaldı.

Birinci turdan dərhal sonra Vaşadzenin yanında yer almayan müxalifət partiyaları belə ona dəstək verəcəklərini açıqladılar. Lakin bu seçkidə ən maraqlı məqam azərbaycanlılarla bağlıdır. Azərbaycanlıların olduğu bütün bölgələrdə Vaşadze qalib gəldi.

GundemXeber.Az baş verənlərlə bağlı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Axar.az-a eksklüziv müsahibəsini oxucularına təqdim edir:

- Cənab Saakaşvili, Gürcüstandakı prezident seçkisinin ilk mərhələsini necə dəyərləndirərdiniz? Bu seçki həqiqətən demokratik idimi?

- Seçki ictimaiyyət tərəfindən demokratik idi. Hakimiyyət onların səslərini saxtalaşdıra bilmədi. Müxalifət fenomenal qələbə qazandı. Ona görə ki, müxalif namizədlərin hamısı birlikdə 60%-dən çox səs topladı. Bu, o partiyalardır ki, ikinci turda birləşiblər və hökuməti yekun məğlubiyyətə düçar edəcəklər. Buna görə də bu seçki gürcü xalqının cəsarətini, demokratik mentalitetin inkişafını, Gürcüstanda hər hansı hakimiyyət tərəfindən ictimai fikrin manipulyasiya edilə bilmədiyini ifadə edir. Buna görə də mən öz xalqımla qürur duyuram.

- Bu qələbəni Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə dönüşünün ilkin mərhələsi saymaq olarmı?

- Vahid Milli Hərəkat Partiyası klassik formada hakimiyyətə qayıtmayacaq. Ona görə ki, “Güc Birlikdədir” 11 partiyadan ibarət olan koalisiyadır və üstəlik, biz Avropa Gürcüstanı Partiyası, eləcə də Respublikaçılar Partiyası ilə koordinasiya şurası yaratmışıq. Yəni bu əvvəllər bir-birinə qarşı müxalif olan, bir-birini sevməyən fərqli qüvvələri birləşdirən genişmiqyaslı koalisiyadır. Bu seçki göstərdi ki, ayrı-ayrılıqda yox, yalnız vahid qüvvə ilə ən güclünü belə məğlub edib situasiyanı daha yaxşıya doğru dəyişmək olar.

- Bidzina İvanişvili seçki bitdikdən dərhal sonra sizi və sizin partiyanızı kütləvi iğtişaşlar hazırlamaqda ittiham etdi. Hakimiyyətin sizə və sizin partiyanıza qarşı hansısa provokasiyalar hazırlaması mümkündürmü?

- İvanişvili və onun hakimiyyəti hazırda milçək toxunuşu kimidir. Onlar dişləyir, amma onların tamamilə nə qüvvələri, nə də imkanları var. Gürcüstanda hansısa iğtişaşlar üçün heç bir resurs yoxdur. Onlar Axalkalakidə, etnik ermənilərin yaşadığı regionlarda eksçeslər etməyə cəhd etdilər, amma bu onların iğtişaşları törətməyi bacardıqları yeganə yer oldu. Məncə, bu, təcrid olunmuş insidentdir və burada da onlar heç nəyə nail olmayacaqlar. Onlar çalışdılar ki, azərbaycanlıların yaşadıqları regionlarda nəsə etsinlər, amma burada heç bir şey bacarmadılar. Pis odur ki, onlar bizim etnik azərbaycanlı aktivistlərimizə hücum etdilər. Məsələn, Kaspi şəhərində. Ona görə ki, onlar azərbaycanlıların hakim partiyaya səs verməməsini özləri üçün böyük təhqir hesab edirdilər. Mən onlarla danışmışam. İnsanlar qorxmurlar, onlar öz prinsiplərində və fikirlərində cəsarətlə dayanmağa davam edirlər.

- Dekabrın 2-də prezident seçkisinin ikinci turu baş tutacaq. Qriqol Vaşadze növbəti dəfə qalib gələ bilərmi?

- Qriqol Vaşadze qalib gələcək. Mənim təxminimə əsasən, haradasa, 73% səs toplayacaq...

- Yəni siz hökumətin prezident kreslosunu belə rahatlıqla əldən verəcəyini düşünürsünüz?

- Onların başqa variantları yoxdur. Əgər prezident seçkisindən sonra onlar müqavimət göstərsələr, hər şeyi itirəcəklər. Biz Gürcüstanın bütün böyük şəhərlərində böyük üstünlüklə qələbə qazanmışıq. Belə nəticəni hətta mən də gözləmirdim. Müxalifət bir sıra böyük şəhərlərdə 2,5-in 1 nisbətində qələbə qazanıb.

İkincisi, tarixdə ilk dəfədir ki, etnik azərbaycanlıların olduğu regionlarda əhali hökumətə yox, müxalifətə səs verdi. Bu, bir tərəfdən hökumətin tam uğursuzluğunun nəticəsidir, digər tərəfdən isə bizim azərbaycanlı vətəndaşlarımızın cəsarətidir. Bunun özü də vacib siqnaldır. Əgər azərbaycanlılar belə mütəşəkkil formada hökumətə qarşı səs veriblərsə, demək ki, Gürcüstanda vətəndaş cəmiyyəti formalaşıb və insanlar Gürcüstan cəmiyyətinin bir parçası olmaq istəyirlər. Bu, hər kəsə - həm etnik gürcülərə, həm də etnik azərbaycanlılara aiddir. Məncə, fərqli bölgələrin, rayonların və millətlərin belə konsolidasiyasını hökumət, nə tətbiq etməsindən asılı olmayaraq, ikinci turda üstələmək gücündə deyil.

- Budəfəki seçkidə azərbaycanlılar arasında aktivlik yüksək həddə olub və onların böyük əksəriyyəti sizin partiyanızı dəstəkləyiblər. Hətta eks-deputat, sizin qızğın tərəfdarınız Ramin Bayramov Qardabanidə böyük təzyiqlərə məruz qalmağına rəğmən azərbaycanlılar arasında sizin partiyanızın mövqelərini möhkəmlədə bildi. Azərbaycanlıların aktivliyini necə dəyərləndirərdiniz?

- Mən bizim azərbaycanlılara hədsiz dərəcədə minnətdaram. Mən Skayp vasitəsilə demək olar ki, azərbaycanlıların yaşadığı bütün şəhərlər və kəndlərlə əlaqə qurmuşam. Düşünürəm ki, Ramin böyük cəsarət göstərib. Eyni cəsarəti Samirə İsmayılova və digər bizim yerli liderlərimiz nümayiş etdiriblər. Ən vacib olanı odur ki, azərbaycanlılar arasında çoxlu sayda yaxşı gənclər var. Bu o insanlardır ki, artıq yaxşı təhsil alıblar və artıq öz ölkələrinin tamhüquqlu sahibi olmaq istəyirlər. Onlar istəmirlər ki, onlar üçün ənənəvi formada ayrılmış rol çərçivəsində haqlara sahib olsunlar. Əgər Gürcüstan üçün savaşır, onun üçün qanlarını tökürlərsə, onun quruluşunda iştirak edirlərsə, onlar Gürcüstanın idarəetməsinin bir hissəsi olmaq istəyirlər. Bu, çox normaldır. Onlar Gürcüstan cəmiyyətinin təbii hissəsidir. Onların səsləri eşidilməlidir. Bu seçkidə isə onların səsi eşidildi. Bu, çox vacib idi. Mən bunu həm də özümün şəxsi nailiyyətim sayıram. Belə ki, biz cəmiyyəti elə bir formada konsolidasiya edə bildik ki, hətta konflikt salaraq cəmiyyəti parçalamaq istəyən Gürcü Arzusu belə etnik gürcülərlə etnik azərbaycanlılar arasında birliyi parçalaya bilmədi. Azərbaycanlıların Gürcüstanda böyük gələcəyi var. Digər tərəfdən təbii ki, bu gələcək həm də bizim Azərbaycan Respublikası ilə münasibətlərimizin gələcəyindən asılıdır. Son illərdə bütün ağır maneələrə rəğmən, Azərbaycanın rəhbərliyi özünü çox möhtəşəm, çox müdrik apardı. Onlar Gürcü Arzusundan olan zərəri minimallaşdırmağı bacardılar, ona görə ki, Gürcü Arzusu lap əvvəldən Azərbaycanla münasibətləri pozmaq məqsədiylə hakimiyyətə gəlmişdi və yalnız Azərbaycan rəhbərliyinin sayıqlığı, müdrikliyi sayəsində gürcü hökuməti buna nail ola bilmədi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saakaşvili hakimiyyətə qayıda bilər – Gürcüstanda son durum

    Saakaşvili hakimiyyətə qayıda bilər – Gürcüstanda ...

    10-10-2018, 14:42

  • 
  • 'Gürcüstan demokratiyasının Azərbaycana da müsbət təsiri olacaq'

    'Gürcüstan demokratiyasının Azərbaycana da müsbət ...

    30-10-2018, 13:52

  • 
  • Gürcüstan MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

    Gürcüstan MSK prezident seçkilərinin ilkin ...

    29-10-2018, 06:57

  • 
  • İkinci tur ola bilərmi?

    İkinci tur ola bilərmi? ...

    8-10-2013, 11:24

  • 
  • Gürcüstanda seçki hazırlıqları davam edir

    Gürcüstanda seçki hazırlıqları davam edir ...

    24-10-2018, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu