Keçmiş xarici işlər naziri Qriqol Vaşadze oktyabrın 28-də Gürcüstanda prezident seçkilərinə qatılacaq.
“Edison Research” sorğu şirkəti Vaşadzenin seçkilərdə qələbə qazanmaq şansının yüksək olduğunu bildirir.
Məlumata əsasən, Vaşadze sentyabr ayında keçirilən əvvəlki sorğuyla müqayisədə reytinqi artan namizədlər arasındadır.
“Edison Research”-in qənaətinə görə, seçkilər bu gün keçirilsə, keçmiş prezident Mixail Saakaşvilinin vaxtilə başçılıq etdiyi Birləşmiş Millətlər Hərəkatı Partiyasının namizədi Qriqol Vaşadze 31% səslə qalib gələ bilər.
Sorğu mərkəzi gürcülərin yenidən Saakaşviliyə etimad etdiklərini qeyd edir.
O, hakim Gürcü Arzusu Partiyasının namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvilini böyük fərqlə qabaqlayır. Vaşadze reytinqdə Avropa-Gürcüstan Hərəkatının namizədi, keçmiş spiker David Bakaradzeni də üstələyir.
Seçicilərin yalnız 7 faizi Sosialis Partiyasının namizədi Şalva Natelaşviliyə etimad göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?