Ə.Həsənov SSRİ dövründə sərhədlərin yaxşı qorunduğunu da qeyd edib: "SSRİ dövründə Azərbaycan sərhədlərini rusiyalı sərhədçilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qorunurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Amma hazırda ölkə sərhədləri daha güclü qorunur".
Baş nazirin müavini Azərbaycanın narkotiklərin dövriyyəsinə qarşı apardığı mübarizəyə dair rəqəmlər də açıqlayıb. Bildirib ki, hüquq-mühafizə orqanları təkcə 2018-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən 1.2 tona yaxın heroin müsadirə ediblər.
Bu müddət ərzində 2655 fakt üzrə 2.266 ton müxtəlif narkotik maddə ələ keçirilib ki, bunun da 1.2 tona yaxını heroindir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?