Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu bəzi güc strukturları tərəfindən 2013-cü ilin son 9 ayı ərzində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər haqda açıqlama yayıb.
Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər zamanı 28 cionayət faktı üzrə 139 kiloqram, 130.911 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
Dövlət Kömrük Komitəsi isə 109 belə fakt aşkarlayıb. Həmin faktlar üzrə 109 kiloqram 713.204 qram narkotik vasitə dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin keçirdiyi tədbirlər zamanı 12 fakt üzrə 59 kiloqram 497 qram narkotik vasitə dövriyyədən kənarlaşdırılıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 54 fakt üzrə 174.219 qram narkotik vasitəni dövriyyədən çıxarmağa müəssər olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə, məhkum olunmuş şəxslərin sayı isə 4985 nəfər, bu cinayətlərə görə təqsirləndirilən şəxslərin sayı 1077, narkomaniyadan məcburi müalicə təyin redilmiş məhkumların sayı isə 2540 nəfər olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?