GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ali Radanın üzvü: "Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər"

Ali Radanın üzvü: "Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər"

Tarix: 29-11-2018, 15:06 Bölmə :Müsahibə Baxış: 478
Ali Radanın üzvü: "Ukraynada Azərbaycan iş adamları özlərini sərbəst hiss edirlər"


Ukraynanın Ali Radasının (parlament) 8-ci çağırış deputatı, "Petro Poroşenko Bloku” partiyasının üzvü Oleq Barnanın "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Ukrayna ilə Azərbaycan parlametləri arasındakı əməkdaşlığı, iki ölkə arasında siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Ölkəmizə Azərbaycandan tərəfdaşlar cəlb etmək üçün lazım olan bütün addımlar atılır, bizneslərini qurmalarına şərait yaradılır. Kənd təsərrüfatına, neft məhsulları və başqa məhsulların satışına Azərbaycandan investisiyalar yatırıldığından xəbərdaram. Məncə, Azərbaycan iş adamları özlərini Ukraynada rahat hiss edir və Ukrayna iş adamlarının da Azərbaycanda rahat iş quracaqlarına inanıram. İqtisadiyyata dair bir millət vəkili kimi, ticarət saldosu, kimin nələr ixrac və ya idxal etməsi, bərabər və ya qeyri-bərabər şəraitin yaradılması mənə maraqlıdır. Ukrayna dost ölkələrinin nümayəndələri üçün ən sərfəli investisiya mühiti yaradır. Yəni hamının yolunu gözləyirik, gəlin bizə, amma xoş niyyətlə gəlin. Sülh və əmin-amanlıq şəraitində firavan yaşayaraq, düşmənləri isə vurmaq lazımdır. Məncə, birbaşa bölgələr səviyyəsində, hətta müəssisələr səviyyəsində əməkdaşlıq əlaqələri qurulsa, daha yaxşı olar. Məsələn, bizim Ternopil vilayətində artıq üçü keçirilən, dördüncüsü gələn ilə nəzərdə tutulan iqtisadi foruma gəlməyinizi xahiş edərdim. Təkcə forum deyil, orada Ukraynada istehsal olunan bütün məhsullar nümayiş edilir. Forumda yerli hakimiyyətlərin nümayəndələri iştirak edir, təkliflər irəli sürür, investorları dəvət edir, öz məhsulları barədə məlumat verirlər. Öz seçki dairəmlə bağlı spirt istehsalı, kənd təsərrüfatı, un, şəkər, makaron kimi ərzaq malları istehsalı sahəsində əməkdaşlığa dəvət edərdim. Həmçinin heyvandarlıq da yüksək səviyyədədir. Bizim bölgədə keyfiyyətli ali və orta ixtisas təhsili var, o cümlədən tibbi təhsili qeyd edə bilərəm. Pedaqoji fəaliyyət, İT sahəsi inkişaf edir. Gəlin bizə. Ölkəmiz hər sahədə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

- Ukraynanın azərbaycanlı vətəndaşları ictimai, siyasi həyatda nə dərəcədə fəaldırlar? Bildiyiniz kimi, Ali Radada hərbi vəziyyətlə bağlı müzakirələr gedəndə azərbaycanlı diaspor çox açıq mövqe ortaya qoyub.

- Hələ Müdrik Yaroslav kimi böyük şəxsiyyətimiz demişdi ki, müdrik insan yaşadığı və yaxud yaşamaq istədiyi ölkənin qayda-qanununa, adət-ənənələrinə hörmət edər. Ukraynamızı özünə ikinci vətən bilən, bizim qanunlara, bizim adətlərə hörmətlə yanaşan, ölkəmizin müstəqilliyini uca tutan bütün milli azlıqlardan, o cümlədən azərbaycanlılardan olan dostlarımız indiki ağır məqamda da Ukraynanı dəstəkləyir, buna görə biz onlara təşəkkür edirik. Ukrayna bizim ümumi evimizdir, onu bir yerdə qorumalıyıq ki, bu evdə rahat yaşayaq.

- Ukrayna parlamentində bəzi milli azlıqların nümayəndələri təmsil olunur, amma azərbaycanlılar yoxdur. Bunun səbəbləri nədir?

- Hazırda parlamentimizdə cəmi bir neçə milli azlıq təmsil olunur. Bizdə majoritar seçki sistemidir, yəni seçicilər birbaşa istədikləri namizədə səs verirlər. Yəni hər kəs, hansı millətdən olursa olsun, Ukrayna vətəndaşıdırsa, parlament seçkilərində də, prezident seçkilərində də namizəd ola bilər. Heç pasportumuzda da milliyyət barədə qeyd yoxdur. Xalq, seçicilər kimə etimad göstərərsə, kim ölkəyə, millətə xidmət edib hörmət və ehtiram qazanıbsa, o namizəd seçiləcək və seçilir.

- Ukraynanın Krım da daxil olmaqla şərq bölgəsinin bir hissəsi işğal altındadır. Azərbaycanda da oxşar vəziyyət yaranıb, 25 il bundan əvvəl Ermənistan ərazimizin bir hissəsini işğal edib. Eyni vəziyyətlə üzləşən Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova ilə bağlı sizcə, hansı addımlar atılmalıdır?

- Rusiyaya qarşı cavab sanksiyalarının, xüsusilə də bu ölkənin başqalarından asılı olduğu modern texnologiyaları da əhatə edən maliyyə sanksiyalarının artırılmasına bel bağlayırıq. Yalnız bununla Rusiyanı iqtisadi böhran həddinə gətirib çökdürmək olar ki, nəticədə onlar xarici ölkələrə qarşı hərbi təzyiq göstərə bilməsin, hətta öz ordularını saxlamağa pulu olmasın. Bu, Qərb və başqa ölkələr tərəfində yeganə mümkün olan yardımdır. Onların hədə və xəbərdarlıqlarına isə Rusiya məhəl qoymayacaq. Həmçinin bir məsələni də xatırladım: Uzaq Şərqdə Çin qarşısında nüfuzunu itirən Rusiya indi də bütün diqqətini Mərkəzi Asiya, Yaxın Şərq, Avropa regionlarına yönəldərək Uzaq Şərqdə itirdiyi nüfuzu orada bərqərar etmək üçün həmin bölgələrin ölkələrinə təzyiq göstərməyə çalışacaq. Yəni biz post-sovet ölkələri siyasətimizdə, iqtisadiyyatımızda, informasiya məkanımızda Rusiyanın təsirilə üzləşəcəyimizi unutmamalıyıq. Bunlar Rusiyanın geosiyasi təsir dairəsindəki bütün ölkələrdə hiss olunur. Bunlara son qoymağın ən səmərəli yolu Rusiyada iqtisadi tənəzzülə nail olmaqdır ki, belə olarsa, rəhbərlikdə ixtilaflar baş verə bilər.

- Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında da Azərbaycan hər dəfə Ukrayna lehinə səs verib. Bəs Ukrayna parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına siyasi qiymət verə bilərmi?

- Mən bütün parlament adından danışa bilmərəm. Bildiyimiz kimi, Ukraynanın Rusiya təczvüzünə uğraması yeganə hadisə deyil, bayaq qeyd etdiyimiz kimi, başqa bəzi post-sovet ölkələrində, hətta Şərqi Avropanın da keçmiş kommunist ölkələrində də oxşar hallar özünü göstərir, orada da Rusiya nüfuzunu bərpa etməyə çalışır. Sözsüz ki, keçmiş Sovet ölkələrindəki münaqişə ocaqları yalnız Rusiyanın səylərilə alovlanır. Ukrayna Sovet İttifaqından ilk çıxanlardan olub və elə əvvəldən başqa “müttəfiq”lərin müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyib. Bundan sonra da biz dövlətlərin beynəlxalq sənədlərdə təsbit olunan sərhədlər daxilində bütövlüyünü müdafiə edəcəyik.

- Ukraynada hazırkı vəziyyət necədir? Azov dənizində bu günlərdə baş verənlər haqqında fikirləriniz necədir?

- Azov dənizində baş verənlərlə bağlı çox gərgin vəziyyət yaranıb. Rusiyanın hərbi gəmiləri Kremldən komanda alaraq Ukrayna katerlərini atəşə tutub. Açıq-aşkar təcavüzkarlıq hərəkətləri ediblər. Əlbəttə, Azov dənizində Rusiya gəmilərinin bizimkilərdən 20 dəfə çox olduğu nəzərə alınsa, qarşıdurmanın mümkünsüzlüyü aydındır. Ukrayna donanmasının orada yalnız katerləri var. Rusiya hətta özü imzaladığı müqavilələrə sadiq olmayacağını bir daha nümayiş etdirdi. Otto Bismarkın dediyi sözləri xatırlayaq: “Rusiya ilə hər hansı sazişlər heç yazıldıqları kağıza belə dəyməz”. Bu gün Ukraynada bütün vətəndaşların, ictimaiyyətin birliyi və həmrəyliyi, iqtisadi və sənaye potensialının səfərbər olunması zəruridir ki, elə məhz bunun üçün də Rusiya ilə sərhədboyu vilayətlərdə hərbi vəziyyət tətbiq olunub.

Onu da deyim ki, Rusiya Ukrayna sərhədinə iki korpus cəlb edib. Əlbəttə, Ukrayna üçün bu qədər hərbi qüvvənin qarşısını almaq çox çətindir. Hərbi vəziyyət tətbiqinin də məqsədi mövcud iqtisadi imkanları hərbi ehtiyaclar üçün səfərbər etmək, habelə ehtiyatdakı təcrübəli hərbi qulluqçuları təhlükəli bölgələrə cəlb etməkdir. Bununla yanaşı, beynəlxalq dəstəyə də bel bağlayırıq. Bildiyiniz kimi, Ukraynanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Poroşenko Ali Radanı buraxdı

    Poroşenko Ali Radanı buraxdı ...

    26-08-2014, 00:42

  • 
  • Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

    Davosda Azərbaycan və Ukrayna prezidentlərinin ...

    18-01-2017, 23:06

  • 
  • Poroşenko Ukrayna ərazisində hərbi vəziyyətin tətbiq olunması barədə qərar qəbul edib

    Poroşenko Ukrayna ərazisində hərbi vəziyyətin ...

    26-11-2018, 09:50

  • 
  • Oleq Babayevin dəfn mərasimində 50 min insan iştirak edib

    Oleq Babayevin dəfn mərasimində 50 min insan ...

    1-08-2014, 00:44

  • 
  • KXCP SƏDRI KRIM TÜRKLƏRININ LIDERI ILƏ NƏ DANIŞIB?

    KXCP SƏDRI KRIM TÜRKLƏRININ LIDERI ILƏ NƏ DANIŞIB? ...

    2-03-2014, 19:21


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu