gundemxeber.az-a daxil olan məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Krım Tatarlarının əfsanəvi lideri, Ukrayna Ali Radasının üzvü, millət vəkli Mustafa Cəmilov (Krımoğlu) ilə telefon əlaqəsi saxlayıb. Mustafa bəylə Ukraynada baş verən hadisələri müzakirə edən M.Mirəlioğlu ukraynalıların, o cümlədən Krım Tatarlarının demokratiya uğrunda, Avropaya inteqrasiya istiqamətindəki mübarizələrini dəstəklədiyini və bu mübarizədə Ukrayna xalqının mütləq qalib gələcəklərinə inandığını deyib. Bununla bərabər, Krımda baş verən hadisələrdən narahatlığını bildirərək Ukraynanın ərazi bütövlüyünün təhlükə altında olduğunu qeyd edən M.Mirəlioğlu, 20-ci əsrdə onlara qarşı aparılan soyqırım siyasətinə qarşı mücadilə ilə mövcudluqların isbatlamağı bacaran Krım Tatarlarının bu gündə Ukrayna xalqı ilə birlikdə bu təhlükəni aşacaqlarını, Ukraynanın ərazi bütövlüyünü qoruyacaqlarını, demokratik dünyanın tərkib hissəsinə çevriləcəklərinin qarşısını heç bir qüvvənin ala bilməyəcəyini söyləyib. M.Mirəloğlu bu şərəfli mübarizədə demokratik dünyanın və türk dünyasının Ukrayna xalqı, o cümlədən Krım Tatarları ilə bir yerdə olacağına inamını bir daha vurğulayaraq, bu şərəfli işdə onlara uğurlar arzulayıb
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?