GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycandakı erməni əsir: "Evə qayıtmağıma kömək edin"

Azərbaycandakı erməni əsir: "Evə qayıtmağıma kömək edin"

Tarix: 29-11-2018, 15:43 Bölmə :Müsahibə Baxış: 473
Azərbaycandakı erməni əsir: "Evə qayıtmağıma kömək edin"


Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edənNikol Paşinyana müraciət göndərib.

Gundemxeber.az Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı noyabrın 28-də Arsen Baqdasaryan Azərbaycan mətbuat orqanlarının suallarını cavablandırıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?

- Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı.
Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: “Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik.
Lakin təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün “düşmən”, “rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.

- Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?

- Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə - indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün “Qarabağ eşşəkləriyik”. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.

- Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?

- İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman “Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gözləyirdim.
İndi Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim.
Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların - Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?

- Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?

- Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.

- Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

- Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.

- Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?

- Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib.
Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.
Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Komissiyası: “Hərbi əsirləri dəyişməyə hazırıq”

    Dövlət Komissiyası: “Hərbi əsirləri dəyişməyə ...

    7-11-2018, 12:48

  • 
  • Qoşunların təmas xəttində erməni hərbçisi ölüb

    Qoşunların təmas xəttində erməni hərbçisi ölüb ...

    27-08-2017, 21:27

  • 
  • Azərbaycan snayperi erməni hərbçisini başından vurdu

    Azərbaycan snayperi erməni hərbçisini başından ...

    29-01-2014, 11:27

  • 
  • Erməni hərbçi öldürüldü

    Erməni hərbçi öldürüldü ...

    3-09-2015, 17:52

  • 
  • Azərbaycanda saxlanılan erməni əsir ailəsinə məktub yazıb

    Azərbaycanda saxlanılan erməni əsir ailəsinə ...

    13-08-2014, 17:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu