Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” daha bir erməni hərbçisinin təmas xəttində öldürüldüyünü açıqlayıb.
Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, insident yanvarın 28-də baş verib. Təmas xəttinin Ağdam istiqamətində erməni işğalçı qüvvələrinin döyüş postlarından birində 1994-cü ildə anadan olmuş hərbi qulluqçu Karen Qaqikoviç Qalstyan snayper atəşi ilə başından ölümcül yaralanıb. “DQR müdafiə nazirliyi” insidentin təfərrüatlarının araşdırıldığını bildirir. Azərbaycan Müdafiə Nazirliyi insidentə münasibət bildirməyib, bununla belə nazirlik ötən sutka təmas xəttində atəşkəsin intensiv pozulduğu barədə məlumat yayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?