GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."

"Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."

Tarix: 4-12-2018, 10:46 Bölmə :Müsahibə Baxış: 721
"Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."


Elşən Əlisoy

“Separatçı erməni rejimi Azərbaycanın 26 ildir ki, işğal altında qalan Kəlbəcər rayonunun “Drmbon” adlanmış Heyvalı kəndində yeni daş emalı zavodu açıb”.


Saytlara baxarkən rastıma çıxan bu xəbər bir anlıq məni uzaqlara apardı. Bəbəkin kəsilən qolları, Nəsiminin soyulan dərisi, Cavad xanın qalanın divarı üzərində qalan qanlı vücudu gəldi gözümün qarşısına. Bir zaman gələcək, son nəfəsimizdə övladlarımıza : "Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan" - deyəcəyimizi düşündüm. Gözümdən axan yaş ayıltdı məni. Kimsə gəlib məni belə görməsin deyə, sildim gözümün yaşını. Ancaq həyatımıza yazılan bu məzlum qara yazını silməyi bacaracağıqmı...?

Rasim Balayevi çox qınadığımız günlərdə onun belə bir sözü oldu: "Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam". Bəlkə də biz də heç Babəkin, Nəsiminin, Cavad xanın nəsli deyilik, sadəcə zaman-zaman bu adlardan istifadə etmək üçün rol oynamışıq.

Biz Bakıda olan "Şuşa" restoranında qol götürüb oynayanda, içki badəsini əlimizə alıb Qarabağa şer deyəndə ermənilər Cıdır düzündə "Qarabağın azadlığı"nı qeyd edirlər. Biz Laçın adını açdığımız kafelərə fahişəxanaya çevirəndə, ermənilər Laçında məktəblər tikib, evlər salırlar. Biz Kəlbəcəri içki məclisində oxuduğumuz mənasız şerlərlə yada salanda, ermənilər Kəlbəcərdə bizə baş daşı düzəldirlər. Hara gedir axırımız?

Bir dəfə belə bir düşüncəsizlik etdim. "Youtub" kanalında Kəlbəcərli əsirlərin görüntüsü olan videonu, "bəlkə evdə kimisə tanıyarlar" deyə anama göstərdim. Bayatı deyən yaşlı ananın halına dözə bilmədi anam. Ürəyi getdi,bəlkə də ölümdən qayıtdı. Kəlbəcərdəki anamın halına dözə bilmədi qəriblikdəki anam. Mənsə o videoya sona qədər baxmışdım. Qınadım özümü, xəcalət çəkdim videoya baxa bildiyim üçün.

Düşünürəm, bir ana söyüşünə görə adam öldürüb 15 il türmədə yatmağı bacaran Azərbaycan kişisi "Ana" dediyi vətəni üçün öldürməyi, ölməyi niyə bacarmır. Kəlbəcərdə erməni gədəsinin ayağına sarılıb xilas uman ana bəyəm bizim üçün yaddır...? Axı nədən biz taleymizə, namusumuza biganə qalan belə bir aşağılığa çevrildik? Başa düşmürük bəyəm, Kəlbəcərdə bayatı deyən çarəsiz ananın bayatısı vətənin bizə qarğışıdır?

"Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan..."


Günü –gündən uzaqlaşır bizdən Kəlbəcər!

Həsrət qaldığımız bulaqlarımızda kef edən, Tərtər çayının sərin sularında çimib şəkillər yayaraq poz verən ermənilər hər gün aşağılayır bizi. Biz isə işğal altında olan məsciddə deputatımızın etdiyi “dua”nın şəkillərini paylaşırıq. Allah o duanı qəbul etməz! Vətənini, elini-obasını, qızını-gəlinini, yaşlı anasını və Allahın evini düşmənə verib qaçanların duası Allahın nəyinə gərəkdir? Allahın nəzərindən uzaq olanların duası Allah yanında keçməz!

Bəlkə də öyrəşmişik, məzarlarımıza bir ovuc vətən torpağı tökməyə. Vətəni yadlara verib bir qarış torpaqdan təsəlli almaq bizi pis öyrədib.

Nəysə, deyiləsi, yazılası, bəlkə də fəryad edilməsi o qədər işlərimiz var ki, hansında vətəndaş ola bilirik ki...

"Oğul düşmən çəpəridir" deyib, oğluna “neqodnı" hərbi bileti alıb vətənə yararsız hala gətirənlərin məmləkəti bu olmalıdır də" - deyə düşünürəm.

Bir şeyi bilirəm ki, düşmən ayağına qapanan ananın ahı tutacaq bizi. Bəlkə də tutub da ...!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ola bilsin kimsə məni yaddan çıxarıb

    Ola bilsin kimsə məni yaddan çıxarıb ...

    19-11-2015, 19:11

  • 
  • Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır

    Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır ...

    3-04-2016, 00:08

  • 
  • "Mən o qadının atası deyiləm" - Tanınmış aktyor

    "Mən o qadının atası deyiləm" - ...

    5-08-2015, 01:00

  • 
  • Bakıda oğul anasını bıçaqladı

    Bakıda oğul anasını bıçaqladı ...

    5-02-2016, 15:43

  • 
  • "4 saat qayıqda, yarım saat suyun içində gözlədim" - Qazmaçı

    "4 saat qayıqda, yarım saat suyun içində ...

    6-12-2015, 17:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu