Müğənni Samira Allahverdi sakitliyi ilə seçilməyə üstünlük verir.
gundemxeber.az-ın məlumatına görə, ifaçı bu haqda "MUZ TV"yə açıqlamasında deyib:
"Mübariz insan deyiləm. Vaxt var idi mən mübariz idim, indi isə həyat mənim gözümə başqa cür görünür. Bəlkə də, bu sənətdə belə sərf etmir. Çünki şou-biznes gündəmdə olmağı tələb edir. Başqası bir ayda 2 mahnı yazdırırsa, mən bir ildə iki mahnı yazdırıram. Bu da tənbəllikdən irəli gəlmir, sadəcə çox seçim edirəm".
S.Allahverdi səs yarışmalarına münsif kimi dəvət olunmamasından söz açıb:
"Gündəmdə çox olmadığım üçün ola bilsin kimsə məni yaddan çıxarıb. O da onların işidir. Hansısa layihədə yoxamsa, bu, mənim üçün qlobal bir problem deyil".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?