“Bu gün dünyada ərzaq məhsulları ilə təminat əsas məsələlərdən biridir”.
Bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumun (“AgTech and Green Energy”) açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
“Bu ilin 9 ayında Azərbaycanda kənd təsərrüfatı sahəsinin ümumi daxili məhsulda payı 4,3 dəfə artıb. Baxmayaraq ki, Azərbaycan torpaq, su və iqlim məhdudiyyətləri ilə üz-üzədir. Aqrar sektorun inkişafı üçün innovasiyalar vacibdir. Onların tətbiqi nəticəsində ərzaq məhsullarının maya dəyəri, təxminən, 50% aşağı düşür. Dünyada mobil tətbiqlərdən istifadə etməklə 2020-ci ildə 52 mlrd. dollar gəlir əldə etmək olar”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?