GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hikmət Hacızadə: Paşinyanın qələbəsi əslində, Azərbaycana xeyirdir

Hikmət Hacızadə: Paşinyanın qələbəsi əslində, Azərbaycana xeyirdir

Tarix: 12-12-2018, 14:00 Bölmə :Müsahibə Baxış: 470
Hikmət Hacızadə: Paşinyanın qələbəsi əslində, Azərbaycana xeyirdir


Nikol Paşinyanın “Mənimim addımım” alyansı seçkilərdə səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxlunu ala bildi. Bəs, bu seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Ermənistanın yeni hakimiyyəti azı 20 ildir davam edən münaqişə ilə bağlı danışıqları yeni müstəviyə çıxara biləcəkmi?

Millət vəkili, politoloq Rasim Musabəyov bu sualları cavablamadan öncə diqqəti bir məqama çəkir. Onun fikrincə, Ermənistanda dəyişiklik yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin bərpasından keçir. Əks halda, onun fikrincə, nə istlahatlar mümkündür, nə də real dəyişiklik. Rasim Musabəyov düşünür ki, bu da Nikol Paşinyanın idarəetmə qabiliyyətindən aslıdır:

“O nümayiş elədi ki, küçə hərəkatını təşkil edib, onu hansısa bir qələbəyə apara bilən təcrübəli, populist liderdir. Amma o necə bir dövlət başçısı, hakimiyyət rəhbəri xüsusiyyətlərinə malikdir, bu sual açıq qalır. Bir qədər sonra onun öncə hakimiyyəti tənqid etməsi insanlarda reaksiya yaratmayacaq. Onlar konkret iş istəyəcəklər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmadan, Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanda müsbət dəyişikliklər mümkün deyil”.

Təzadlı fikirlər

Amma Rasim Musabəyov əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyanın təzadlı fikirləri var. Ona görə də Ermənistanın yeni hakimiyyətinin bu münaqişənin həlli ilə bağlı siyasətinin konkret nədən ibarət olduğunu demək çətindir. Rasim Musabəyov müşahidələrinə əsaslanaraq bildirir ki, Paşinyan gah sülh, gah da müharibə çağırışları verir.

Azərbaycan tərəfdə olduğu kimi Ermənistanda da Paşinyanın Qarabağ münaqişəsinin həllinə yanaşması haqda təzadlı fikirlər dolaşır.

Keçmiş hakim Respublikaçılar Partiyasının nümayəndəsi David Şahnazaryan dekabrında 4-də - seçkilərdən 5 gün öncə keçirilən mətbuat konfransında Paşinyanı İlham Əliyevi tənqid etməkdən yayınmaqda və Ermənistan cəmiyyətini güzəştlərə hazırlamaqda ittiham edib. O bildirib ki, Azərbaycan sentyabrın 27-dən Qarabağda aktiv şəkildə istehkamlar qurmağa başlayıb, yeni hökumət isə bunu qulaqardına vurur.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Qiraqosian AzadlıqRadiosuna öncəki müsahibəsində bildirmişdi ki, Paşinyan münaqişənin həllinin tərəfdarıdır. Lakin Giragosian düşünür ki, yeni hakimiyyətin təcrübəsizliyi bu münaqişənin həllinə müsbət təsir də göstərə bilər, mənfi təsir də.

Politoloq Hikmət Hacızadə bu seçkiləri Ermənistanda demokratiya yolunda ciddi addım sayır. Düşünür ki, Ermənistanda hakimiyyət dəyişikliyinin həm də birbaşa Azərbaycana təsiri olacaq, özəlliklə də Dağlıq Qarabağ münaqişəsinin həllinə. Onun fikrincə, Paşinyanın təzadlı çıxışlarına baxmayaraq, o münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bütün hallarda Paşinyanın qələbəsi Azərbaycanın xeyrinədir:

“Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o hakimiyyətin başındadır və publika üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir. Bu yaxınlarda Donald Trampın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ona görə də onlar güzəştlərə hazırdırlar”.

Hikmət Hacızadə düşünür ki, Ermənistanın əvvəlki hakimiyyəti - Qarabağ klanı sülh danışıqlarında kompromisə getmirdi. Paşinian isə, onun fikrincə, konstruktiv mövqe tuta bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın Qarabağ planı ORTAYA ÇIXDI

    Paşinyanın Qarabağ planı ORTAYA ÇIXDI ...

    25-10-2018, 11:54

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı - GƏLİŞMƏ

    Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı ...

    3-12-2018, 10:56

  • 
  • Nikol Paşinyan: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk”

    Nikol Paşinyan: “Qarabağ münaqişəsinin ...

    4-07-2018, 19:24

  • 
  • ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA

    ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - ...

    6-12-2018, 11:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu