Noyabrın 26-da başlayan parlament seçkilərinin təbliğat və təşviqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejimin rəhbərliyi ilə Ermənistanın baş naziri arasında gizli savaşın detalları üzə çıxıb.
Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərində Mənim Addımım Blokunun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə qondarma Dağlıq Qarabağın lideri Bako Saakyanı istefaya məcbur edəcəyi məlum olub.
Bundan başqa, Helsinki təşəbbüsü - 92 Dağlıq Qarabağ komitəsinin koordinatoru, qondarma rejimin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohancanyanın Ermənistanın news.am saytında Nikol Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və Bako Saakyanın işinə qarışmamasını tələb etməsinin də təfərrüatı üzə çıxıb.
Bəhs olunan məqaləni Feysbuk səhifəsində müzakirəyə çıxaran K.Ohancanyan Paşinyan qalib gələcəyi təqdirdə Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olacağını, Sasna Çrer silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyanın seçkilərdən sonra erməniləri ayağa qaldıracağını və nəticədə qondarma rejimin rəhbəri olacağını bildirib.
Qeyd edək ki, Jirayr Səfilyan Dağlıq Qarabağ müharibəsində “Şuşa” əlahiddə batalyonuna rəhbərlik edib.
J.Səfilyan özü də açıqlamalarının birində parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacağını bildirib./ Axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?