GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rüstəm İbrahimbəyov: "Bu, mənim seçimim olmayıb"

Rüstəm İbrahimbəyov: "Bu, mənim seçimim olmayıb"

Tarix: 26-07-2013, 13:08 Bölmə :Müsahibə Baxış: 721
Rüstəm İbrahimbəyov: "Bu, mənim seçimim olmayıb"
"Mən siyasi arenaya müxalifəti birləşdirmək planı ilə daxil oldum"


Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Avropa ölkələrinə səfəri zamanı Qərbin bir sıra nüfuzlu media orqanlarına müsahibələr verib. Bu müsahibələrdən bəziləri artıq yayımlanıb. Almaniyanın “Zenit” jurnalının əməkdaşı Mai-Britt Wulfun Rüstəm İbrahimbəyovla söhbətini təqdim edirik:

- Siz uğurlu kino xadimi, Oskar mükafatının sahibisiniz. Azərbaycana qayıdanda həbs təhlükəsini gözə almaqla prezident postu uğrunda mübarizəyə qoşulmağınızın səbəbi nədir?

- Bu, mənim seçimim olmayıb. Biz bu ilin mayında Milli Şura yaratdıq. Mənim namizədliyim Milli Şuranın qərarıdır. Mən özümü bu qərarı qəbul etməyə borclu hesab edirəm. Mənim həbsimlə bağlı təhlükə var, amma mən qorxmuram. Bakıya qayıtmalıyam və qayıdacağam da. Məni məqsədlərimdən çəkindirməyə imkan vermərəm.

- Niyə özünüzü borclu hesab edirsiniz? Axı siz yaradıcı adamsız, siyasətçi deyilsiniz...

- Həqiqətən belədir, mən yazıçıyam. Amma eyni zamanda, həm də Azərbaycan vətəndaşıyam. Azərbaycanda hazırkı vəziyyət mənə susmağa imkan vermir.

- O zaman Sizin namizədliyiniz qəfil qərar olub?

- Hətta mənim iştirakım olmadan operativ qərar verildi. Mən siyasi arenaya müxalifəti birləşdirmək planı ilə daxil oldum. Nəticədə Milli Şura yarandı. Yarananda Milli Şuraya 129 nəfər daxil oldu. Onların arasında müxalifətçilər, insan hüquqları təşkilatlarının təmsilçiləri, nüfuzlu şəxslər var. Lakin heç vaxt düşünmürdüm ki, mən məhz bu qurumun sədri olmalıyam.

- Niyə?

- Əslində, mənim heç vaxt siyasi iddialarım olmayıb. Həmişə yalnız bir tələbim olub: Siz mənə hər şeyi öz adıyla çağırmaq imkanı verməlisiniz. Bu səbəbdən mənə qarşı təzyiqlər başladı və bu təzyiqlər artmaqda davam edir. Heç vaxt, hətta sovet dövründə də partiya mənsubiyyətim olmayıb. Mənim üçün əsas olan azadlığımdır.

- Sizin siyasi planlarınız necədir?

- Prezidentin səlahiyyət müddəti iki illə məhdudlaşır. Bu müddətdə prezident ölkədə azad, ədalətli parlament seçkilərinin, Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsini təmin etməlidir. Dəyişikliklər nəticəsində prezidentin səlahiyyətləri məhdudlaşdırılmalı, parlament daha da gücləndirilməlidir. İki ildən sonra yeni prezident seçkisi keçirilməlidir. Seçkiyə qədər ölkəni Milli Şura idarə edəcək. Biz Azərbaycanı Avropa xalqları ailəsinin tərkib hissəsi kimi görürük.

- İlham Əliyevin 2003-cü ildə 77 faiz, 2008-ci ildə isə 89 faiz səslə qalib gəldiyi qeyd olunur. Hansı səbəbdən hesab edirsiniz ki, qələbə qazanmaq şansı on və ya beş il əvvəllə müqayisədə daha çoxdur?

- 2008-ci ildən bəri Azərbaycanda vəziyyət kəskin pisləşib. Ölkədə insan hüquqları kütləvi şəkildə pozulur, korrupsiya dəhşətli həddə çatıb. 1993-cü ildən bəri Azərbaycanda azad və ədalətli seçki keçirilməyib. Məhkəmələrə hakimlər prezident tərəfindən təyin olunur və sifarişlə işləyir. Milyonlarla adam çörək puluna görə ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.

- Yəni, bütün bunlar Əliyevə münasibətdə ictimai rəyə mənfi təsir göstərib?

- Azərbaycanda ictimai rəy yoxdur. İctimai rəy yoxdursa, deməli, vətəndaş cəmiyyəti də yoxdur. Mən bir neçə dəfə öz fikirlərimi Azərbaycan mətbuatında kəskin şəkildə ifadə eləmişəm. Mən eyni zamanda, Ziyalılar Forumu təsis etdim. İntellektuallar, yaradıcı adamlar olaraq, öz təşəbbüsümüzlə bu qurumda birləşib sosial inkişafla bağlı məsələləri müzakirə edərək, cəmiyyətə impuls vermək istədik. Lakin bu çıxışlarıma görə hakimiyyət məni düşmən elan etdi və mənə qarşı təzyiqlərə başladı.

- Sizə qarşı təzyiqlər hansı formada həyata keçirilir?

- Hakimiyyət Azərbaycan Kinemotoqrafçılar İttifaqını dağıtmağa cəhd göstərdi. Otuz ildir ki, mən bu qurumun sədriyəm və biz 14 il ölkəmizdə ardıcıl kinofestivallar təşkil edirdik. Bizim İttifaq böyük Fevtival Mərkəzi tikmək istəyirdi. Bunun əvəzində İttifaqımız yerləşdiyi ofisdən qovuldu, icarə müqaviləsi dayandırıldı. Kinemotoqrafçılar İttifaqı hazırda mənim Bakıdakı şəxsi evimdə fəaliyyət göstərir.

- Deyilənə görə, Sizin seçki kampaniyanıza Rusiyadakı azərbaycanlı oliqarxlar sponsorluq edir. Hazırda kampaniyanızı kim maliyyələşdirir?

- Ailəm də vaxtaşırı bunu məndən soruşur. Biz öz maliyyə imkanlarımıza arxalanırıq. Ancaq düşünürəm ki, proseslər genişlənəcək və daha çox dəstək ala biləcəyik.

- Sizin məqsədiniz nədir?

- Hakimiyyət uzun illər Azərbaycanda istədiyini eləyib. İndi etiraf etməlidirlər ki, əhali daha əvvəlki kimi yaşamaq istəmir, narazıdır. Bu cür davam etsə, narazılıqlar artacaq və ölkədə xaosa gətirib çıxaracaq. Xaosun nəticəsi isə həmişə arzuolunmaz olur. Biz bu prosesi nizamlamaq istəyirik. Hökumət xalqın fikrinə hörmətlə yanaşmalıdır. Bizim ən əsas məqsədimiz budur.

- Seçkidə qələbə şansınızı necə qiymətləndirirsiz?

- Bizim müxalifətin namizədi güclüdür. Bütün dövlət administrasiyası isə qarşı tərəf üçün səfərbər olunur. Qərbdə lobbi şəbəkəsi yaradıblar.

Yazıçı kimi, karyeram ərzində 50-dən artıq ssenari yazmışam və nə etmək haqda qərar verə bilirəm. Amma bu dəfə ssenarini mən yox, bizim xalqımız yazıb. Mən bu fikirləri xalqıma inam fonunda ifadə edirəm. Xalqımın hansı vəziyyətdə olduğunu bilirəm. Hesab edirəm ki, bu acınacaqlı duruma son qoymalıyıq.

- Əliyev klanına münasibətiniz necədir?

- Hazırkı prezidentin atası Heydər Əliyev ad günümdə mənim barəmdə fikirlər səsləndirmişdi. Demişdi ki, “Rüstəm ömrünü mübarizədə keçirib və həmişə də qalib olub”. Heydər Əliyevlə yaxşı münasibətlərim olub.

- İlham Əliyevlə də?

- İlham Əliyev 2003-cü ildə prezident olanda onunla pozitiv münasibətlərim var idi. O, bir neçə dəfə bizim təşkil etdiyimiz “Şərq-Qərb” kinofestivalında iştirak edib, bizi dəstəkləyib. Bir insan kimi, mənim onunla münasibətlərim pis deyildi. Bir neçə dəfə onunla yemək masası arxasında oturmuşuq.

- Amma...

- 2007-2008-ci illərdə ölkə beş-altı adamın arasında bölüşdürüldü. Onların əsas işi pul yığmaq, xalqdan milyardlarla vəsaiti oğurlamaqdan ibarət oldu. Artıq İlham Əliyevə qarşı hörmətim yoxdur. Onun rəhbərlik etdiyi hökumət xalqın yox, şəxsi maraqlarına xidmət edir. Mən bunu qəbul etmirəm. Eyni zamanda, düşünmürəm ki, istənilən yeni hakimiyyət əvvəlkini həbsxanaya salmalıdır. Onlara münasibətdə pislik arzulamıram. Lakin hökumət seçki vasitəsilə dinc yolla dəyişməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • “Vahid namizəd olmağa razılıq vermişəm”

    “Vahid namizəd olmağa razılıq vermişəm” ...

    28-06-2013, 19:22

  • 
  • "Məni həbs etsələr, işin xeyrinə olacaq" - İbrahimbəyov

    "Məni həbs etsələr, işin xeyrinə ...

    2-07-2013, 15:04

  • 
  • “Mənim vahid namizədliyə iddiam yoxdur”

    “Mənim vahid namizədliyə iddiam yoxdur” ...

    12-07-2013, 23:25

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu