Rüstəm İbrahimbəyovun vahid namizədliyi yekdilliklə, yüz faiz səslə qəbul olunub. Bu barədə musavat.coma "Yeni Müsavat"ın Milli Şuranın bugünkü toplantısında iştirak edən reportyoru Aygün Muradxanlı xəbər verib.
Reportyorumuz bildirib ki, siyasi lider və funksionerlərin Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun 2013 seçkilərində prezidentliyə müxalifət düşərgəsinin vahid namizədi olmasını dəstəkləyən çıxışlarından sonra məsələ səsə qoyulub və tekdilliklə qəbul edilib.
Beləliklə, builki seçkilərdə müxalifət düşərgəsini görkəmli ziyalımız,dünya şöhrətli kino xadimi, yazıçı Rüstəm İbrahimbəyov təmsil edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?