GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehman Əliyev: “Susdurmaq-təzyiqlərin səbəbi budur”

Mehman Əliyev: “Susdurmaq-təzyiqlərin səbəbi budur”

Tarix: 27-12-2018, 10:59 Bölmə :Müsahibə Baxış: 567
Mehman Əliyev: “Susdurmaq-təzyiqlərin səbəbi budur”


Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində 2018-ci ildə media azadlığının durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycanda media azadlığı sahəsində 2018-ci ildə hansı yaddaqalan hadisələr baş verib?

İnformasiya məkanında söyüş, təhqir, böhtan savaşı özünü çox ciddi şəkildə büruzə verib.

​Mehman Əliyev: Mənim üçün iki məsələ yadda qalandır. Birincisi söyüş, təhqir kampaniyası. Bu təkcə media sahəsində deyil, artıq medianın hüdudlarını aşıb. Ümumilikdə informasiya məkanında söyüş, təhqir, böhtan savaşı özünü çox ciddi şəkildə büruzə verib. İndi də bu davam edir. Vaxtı ilə Azərbaycanda müəyyən məhdud formada nümayiş olunan bu amil artıq çərçivələrdən çıxıb.

İkincisi hüquq mühafizə orqanlarının media nümayəndələri və informasiya məkanı iştirakçılarına qarşı təzyiqləri yadda qalandır. Azərbaycanda hüquq mühafizə orqanları bir vasitə kimi jurnalistlərə qarşı aktiv şəkildə istifadə olunmağa başlanıb və bu, özünü daha çox büruzə verir.

Amerikanın Səsi: Azərbaycan media azadlığı indeksinə görə dünya ölkələri arasında 163 yerdə durur? Media azadlığı sahəsində durumda irəliləyişlərin baş verməməsi nə ilə bağlıdır?

Təkcə media ilə deyil, bütövlükdə informasiya məkanı iştirakçıları ilə normal münasibətlər formalaşdırılmalı və dialoq aparılmalıdır.

​Mehman Əliyev: Əslində, bu uzun müddət aparılan ənənəvi siyasətdir. Siz qeyd etdiniz, Azərbaycan 163-cü yerdədir. Biz həmişə ənənəvi olaraq bu yerləri tuturuq. Biz bu sahədə sonuncular sırasındayıq. Bu reallıqdır. Bu da onun göstəricisidir ki, mediaya qarşı illərlə formalaşan siyasət bu il də davam edib. Bu il jurnalistlərə, informasiya məkanı işçilərinə qarşı təzyiqlər özünü çox güclü göstərib. Xatırlatmaq istəyirəm ki, sosial media, onlayn sosial şəbəkələrdəki informasiya məkanında iştirak edən şəxslərə qarşı hüquq mühafizə orqanları demək olar ki, təzyiqləri gücləndirib. Onların prokurorluğa, polisə, xüsusi xidmət orqanlarına dəvət edilməsi, saxlanılması və s. hallar baş verir. Biz görürük ki, jurnalistlərlə Mətbuat Şurası, Prezident Administrasiyasının İctimai-Siyasi Şöbəsi yox, məhz hüquq mühafizə orqanları məşğul olur. Əlbəttə, bu siyasət, təzyiqlər birinci növbədə jurnalistləri susdurmaq, informasiya məkanı işçilərini qorxutmaq, özünəsenzura yaratmaq, informasiya axınlarını, informasiya mübadilələrini, fikir ayrılıqlarını məhdudlaşdırmaq xarakteri daşıyır. İnformasiya azadlığı indeksinə görə Azərbaycan qeyri-azad ölkələr sırasındadır. Heç olmasa qismən azad ölkələr sırasına düşmək üçün siyasət dəyişməlidir. Yəni hüquq mühafizə orqanlarının indi özünü büruzə verən müdaxilə sisteminə son qoyulmalıdır. Həm də media ilə hakimiyyət arasında dialoq başlamalıdır. Təkcə media ilə deyil, bütövlükdə informasiya məkanı iştirakçıları ilə normal münasibətlər formalaşdırılmalı və dialoq aparılmalıdır. Burada başqa yol yoxdur.

Amerikanın Səsi: Ölkə həbsdə olan jurnalistlərin sayına görə Avropa regionunda Türkiyədən sonra liderdir. Hətta Rusiya və Belarusda belə həbsdə jurnalist yoxdur. Azərbaycanda jurnalistlərin həbsinə səbəb olan amillər nədir?

Hakimiyyət istəmir ki, media və ümumiyyətlə informasiya məkanı iştirakçıları hansısa bir nəzarət funksiyasını həyata keçirə bilsin.

​Mehman Əliyev: Jurnalistlərin həbsinə səbəb olan amillər çox sadədir. Yəni onları susdurmaq, informasiya məkanının işçilərini qorxutmaq, özünəsenzura yaratmaqdır. Əlbəttə, hakimiyyət istəmir ki, media və ümumiyyətlə informasiya məkanı iştirakçıları hansısa bir nəzarət funksiyasını həyata keçirə bilsin. Yəni hakimiyyətin hərəkətlərinə nəzarət edə bilsinlər, aparıcı siyasəti izləsinlər, qiymətləndirsinlər, qanunsuzluqları açsınlar. Bunların hamısı hakimiyyəti narahat edir. Bu qapalı bir sistemdir və bu qapalı sistem əlbəttə ki, azad informasiya axınlarının baş verməsində maraqlı deyil. Sadəcə səbəb budur. Susdurmaq.

Amerikanın Səsi: Bəs, mətbuat azadlığı sahəsində durumun beynəlxalq standartlara cavab verməsi üçün hansı addımlar atılmalıdır?

Mehman Əliyev: Burada media və informasiya məkanına azadlıqlar verilməsindən söhbət gedir. Sadəcə azadlıqların verilməsi lazımdır. Əlbəttə ki, normal, sağlam münasibətin formalaşması üçün sağlam siyasətin formalaşması lazımdır. Hakimiyyət başa düşməlidir ki, uzun çəkən bu ənənəvi media münasibətləri, yəni, bir tərəfdən medianı ələ almaq cəhdləri, mənzil vermək, çirkli pullardan maliyyələşdirmək siyasəti, bir tərəfdən isə dəyənək, hüquq mühafizə orqanların təzyiqləri ilə idarə etmək, - bu siyasətdən əl çəkmək lazımdır. Bütün dünyada necə varsa, media və hakimiyyət arasında sağlam, normal münasibətlərin formalaşması, bunu Azərbaycanda təmin etmək lazımdır. Bu baş verərsə, mən hesab edirəm ki, Azərbaycanda nə həbsdə olan jurnalist olacaq, nə söyüş kampaniyası gedəcək. Normal, sağlam münasibətlər formalaşacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm

    Vaşinqtona Azərbaycandakı durum haqda ...

    13-12-2017, 14:35

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • RATİ Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb

    RATİ Mehman Əliyevin azadlığa buraxılmasına ...

    25-08-2017, 19:00

  • 
  • Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad medianın susdurulması cəhdidir

    Xədicə İsmayıl: Turana qarşı təzyiqlər azad ...

    19-08-2017, 14:52

  • 
  • Mehman Əliyev azadlığa buraxılmayıb

    Mehman Əliyev azadlığa buraxılmayıb ...

    7-09-2017, 11:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu