GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”

Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”

Tarix: 2-01-2019, 23:33 Bölmə :Müsahibə Baxış: 766
Mehman Əliyev: “Azərbaycanda iqtidar-xalq birliyi hardadır?”


"Hakimiyyət həm dəyişiklər etmək məcburiyyətindədir, həm də bunu etmək istəmir, ona görə də ziddiyyətli vəziyyət yaranıb", Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir.

BBC News Azərbaycancaya müsahibəsində Mehman Əliyev ictimai-siyasi prosesləri şərh edərək bu il - 2019-cu il üçün gözləntilərini bölüşür.

- Mehman bəy, prezident İlham Əliyev bayram təbrikində 2018-ci ili ölkə üçün uğurlu sayıb və vurğulayıb ki, Azərbaycan bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Siz necə düşünürsüz, 2018-ci il Azərbaycanın tarixində necə qaldı?

- Azərbaycan hələ də 2015-ci ildə yaranmış böhrandan çıxa bilməyib. Böhrandan o vaxt çıxa bilərik ki, hər bir vətəndaşın rifahı yüksəlsin. Bir qarın çörəyə möhtac olan insanlar çoxdur, işsizlik yüksəkdir. Problemlər çoxdur. Hər kəsin evində, süftəsində çörək olarsa, biz o vaxt deyə bilərik ki, iqtisadi inkişafımız var. Bu, sosial vəziyyətdir, amma siyasi tərəfdən də ağır il olub. Azad fikir söyləmək, məhkəmələrdə hüquqlarını müdafiə etmək baxımdan da ciddi problemlərimiz var. Azərbaycanda hüquq sistemi sıfır vəziyyətindədir, ölkə siyasi qərarlarla idarə olunur. Yəni bütünlükdə ölkədə böhrandır və bu, bütün sferaları əhatə edir.

- Ancaq prezident çıxışında vurğulayıb ki, dünyada gərginlikdir, stabillik pozulur, Azərbaycanda isə sabitlikdir və bu da xalq-iqtidar birliyindən qaynaqlanır.

- Dünya deyəndə… dünya böyükdür. Avropada gərginlikmi var? Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstanda bu gərginlik varmı? Müharibə vəziyyətində olan Ukraynada heç gərginlik yoxdur. Ermənistanın özünü götürək, orda hansı qeyri-stabillik var? Azərbaycanda iqtidar-xalq birliyi hardadır? Mən problemləri sadaladım, bu halda necə iqtidar-xalq birliyindən söhbət gedə bilər, ya uğurlu inkişafdan danışa bilərik?

- Mehman bəy, Azərbaycan bu il Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi imzaladı. Bu sənədin işləməsi Azərbaycana hansı perspektivlər açır?

- İş orasındadır ki, proses gedir, çox intensiv əlaqələr var. Ticarət sahəsində böyük irəliləyişlər var. Yazda Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığının 10 il tamam olur. İndi bilmirəm, Azərbaycan bu sazişə nə qədər hazırdı, çünki burda demokratiya komponentləri var. Burda çox böyük problemlərlə üzləşirik.

- Avropa İtiifaqı ilə əlaqələrin intensivləşməsi ictimaiyyəti həm də demokratiya, insan hüquqlarının qorunması, siyasi azadlıqlar baxımdan maraqlandırır.

- İndi iqtidardaxili qarşıdurma var, hakimiyyətdə klanlar qarşılaşması var. Əslində deyərdim ki, ölkədəki gərginlik də hakimiyyətdaxili münasibətlərdən qaynaqlanır. İndi klan sistemini qeyri-klan sistemi ilə əvəzləmək prosesi var və yeni təyinatlara baxanda da bunu görmək olar. Amma buna qarşı da ciddi müqavimət var, çünki klanlar ciddi siyasi-iqtisadi imkanlara sahibdirlər. Fikrimcə, bu savaşı İlham Əliyev aparır və istəmir ki, müxalifət, ictimaiyyət, media bu proseslərə qarışsın və kiminsə tərəfində olsun. Ona görə də cəmiyyətə təzyiqlər güclüdür. Gəncə hadisələrinə baxın. Bu hadisələrin səbəbkarı Azərbaycan mediası, ya müxalifət idi? Bu, xalqla hakimiyyət arasındakı ziddiyyətlərin nəticəsi idi. İlham Əliyev də deyirdi ki, siyasi və iqtisadi islahatlar paralel aparılmalıdır, Avropa da bunu istəyir. Amma biz görürük ki, iqtisadi sahədəki əməkdaşlıqda irəliləyiş, intensiv dialoq var, siyasi sahə ilə bağlı əlaqələrdə geriləmə var. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti siyasi islahatları aparmağa hazır deyil, bunda maraqlı deyil. Amma siyasi yumşalma, dəyişikliklər olacaq, bu qaçılmazıdr, mən bunu gözləyirəm.

- Siz BBC News Azərbaycancaya proqnoz vermişdiniz ki, prezident seçkisindən sonra islahatlar aparılacaq. 22 illik baş nazir dəyişdi, tez-tez tənqid hədəfi olan Bakı şəhər icra hakimiyyətinin başçısı Haclbala Abutalıbov bu vəzifədən çıxarıldı. Yeni Vergi Məcəlləsi qəbul olundu. Bunlara söykənib ölkədə islahatların başladığını demək olarmı?

- Bunlar kosmetik dəyişiklər deyil. Bunlar qəbul edilmiş yol xəritələrindən qaynaqlanır. Düzdür, bəzi ekspertlər deyirlər ki, nəzərdə tutulan islahatlar tam əhatə olunmur. Xeyli sahibkarlar çaşbaş qalıblar ki, vergini necə ödəyəcəklər. İndi izah verməyə başlayıblar, amma bu izahatlar əvvəldən edilməliydi. Görünür, beynəlxalq təkliflər əsasında Vergilər Məcəlləsini tələm-tələsik qəbul ediblər, eləməyə də məcbur idilər, qəbul eləməsəydilər, vəziyyət daha da pisləşəcəkdi. Əlbəttə, indi hakimiyyət istəyir ki, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, ona görə sahibkarları həvəsləndirmək istəyirlər. Amma mən ekspertlərlə danışıram, onlar bu islahatların hansısa iqtisadi inkişafa təkan verəcəyinə şübhə edirlər.

- Bloqçu Mehman Hüseynova qarşı ittiham irəli sürüldü, bundan əvvəl də həbsdən çıxmasına sanılı günlər qalan AXCP-çi Məmməd İbrahim eyni aqibətlə üzləşmişdi. Beynəlxalq təşkilatların "siyasi məhbus" kimi tanıdığış əxslərin həbsxanada ömrünü uzatmaqla yeni tendensiya başlayır? Millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya bildirmişdi ki, ReAL sədri İlqar Məmmədova görə "hakimiyyətin başı çox ağrıdı". Sizcə, hakimiyyət niyə yenidən "başağrısına" rəvac verir? Yəni Mehman Hüseynova görə artıq beynəlxalq reaksiyalar gəlməyə başlayıb…

- Hakimiyyət Qərbdən siyasi islahatlara görə təzyiqlərlə üzləşir, amma o da cəmiyyətə təzyiq göstərməklə nümayiş etdirmək istəyir ki, mənə bu məsələdə təzyiq göstərmək olmaz. Əslində, hakimiyyət həm Avropa İttifaqı ilə işləmək, həm də cəmiyyəti nəzarətdə saxlamaq istəyir. Hakimiyyət həm dəyişiklik etmək məcburiyyətindədir, həm də bunu etmək istəmir. Buna görə ziddiyyətli vəziyyət içindəyik. Mehmanın vəziyyətinə gəlincə… Düşünürəm ki, həm yerli, həm beynəlxalq səviyyədə bu məsələylə bağlı ciddi dirəniş olacaq, bu işin prespektivi yoxdur. Bu məsələ həll olunacaq, çünki dövr də başqa dövrdü artıq. Açığı, mən 2019-cu ildən çox şey gözləyirəm, hətta erkən parlament seçkisi də…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • Mehman Əliyev həbsdə qaldı

    Mehman Əliyev həbsdə qaldı ...

    30-08-2017, 18:16

  • 
  • Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv islahatlar həyata keçiriləcək”

    Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv ...

    7-04-2018, 12:52

  • 
  • Mehman Əliyev azadlığa buraxılmadı

    Mehman Əliyev azadlığa buraxılmadı ...

    6-09-2017, 16:00

  • 
  • Mehman Əliyev ailəsinin arasında - FOTOLAR

    Mehman Əliyev ailəsinin arasında - FOTOLAR ...

    11-09-2017, 17:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu