GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » 10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi niyə özünü döğrultmadı?

10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi niyə özünü döğrultmadı?

Tarix: 5-02-2019, 12:49 Bölmə :Müsahibə Baxış: 702
10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi niyə özünü döğrultmadı?


GundemXeber.Az xəbər verir ki, tanınmış ekspert Osman Gündüz özünün FB səhifəsində bu məsələyə dair maraqlı paylaşım edib:

-«Real-TV»-də Prezident yanında KİVDF-nin icraçı direktoru Vüqar Səfərovla müsahibəni diqqətlə izlədim. Aparıcı Ləman xanım qısa zaman kəsiyində Vüqar müəllimin dilindən o cavabı aldı ki, 10 il ərzində KİV-lərə göstərilən dövlət dəstəyi özünü döğrultmayıb. Etiraf olundu ki, çap mediasının dayanıqlı inkişafı təmin olunmayıb.
Yalnız köməkçi parametrlər üzrə (ciddi uçot işəri, əmək intizamı və s. ) müəyyən nəticələr əldə olunub. Qabaqcadan da məlumuydu, bilinirdi ki, proseslər doğru getmir. 2008-ci ildə KİV-ə dövlət dəstəyi ilə bağlı qəbul edilən konsepsiyanın uğursuz nəticələnməsinin səbəbləri nədir? Nə üçün ötən müddət ərzində xərclənən 41 milyon manat vəsaitlə medianın dayanıqlığına nail olunmayıb? Uğur qazanmaq olmazdımı? Media sektorunda rəqəmsallaşma, transformasiya, rəqabətli və dayanıqlı inkişaf mühiti nə üçün formalaşmadı?
Bu sualların cavabı üçün gərək KİV siyasətinə cavabdeh qurumlar maraqlı tərəflərin iştirakı ilə müzakirələr təşkil etsin.
Təəssüf ki KİVDF-nin dövlət dəstəyi ilə bağlı yenidən irəli sürdüyü, yenilənmiş prinsipləri də köhnəsindən mahiyyətcə heç nə ilə fərqlənmir.
Qəzetlərin dövlət büdcəsindən maliyyələşməsi məsələsinə dəfələrlə münasibət bildrimişik. O cümlədən də, KİVDF -nin bu sahədəki mövcud siyasətinə. Artıq dünəndən etibarən bu siyasətin dəyişəcəyi elan edilib. Hansı ki, bunu əvvəldən də bir sıra ekspertlərlə birgə deyirdik. Yenə də heç bir müzakirə aparılmadan, ölkənin informasiya sahəsində milli maraqları nəzərə alınmadan yeni maliyyələşmə siyasəti irəli sürülür. Hansı ki, fikrimcə yenə də yanaşma qüsurludur.
Düşünürəm ki, bütün bu ləngimələr, qüsurlu yanaşmalar və səhvlər sahə ilə əlaqəli konseptual bir sənədin olmaması ilə bağlıdır. Ölkənin strateji maraqları baxımından, informasiya sahəsində milli maraqlarımız baxımından konsepsiya hazırlanmalıdır. Bütün digər qərarlar isə bu strategiyaya uyğunlaşdırılmalıdır. Dövlət büdcəsindən maliyyələşmə ilə bağlı köhnə və yeni yanaşmalarla bağlı hazırda bəzi dostlarımızın istinad etdikləri sənəd 2008-ci ildə qəbul edilib. Üstündən 10 il keçib. 10 ildə dünyanın və Azərbaycanın informasiya infrastrukturu kökündən dəyişib. İctimai rəyə təsir baxımından, informasiya mənbəyi və informasiya yayımı baxımından, kütləyə təsir baxımından tam yeni bir informasiya mühiti formalaşıb. Həmin sənəddə istinad olunan «Kütləvi» termini artıq tamamilə ayrı bir media sahəsinə aiddir. İnformasiya və media sahəsində yeni çağırışlar hər gün qapını döyür.
Elə son dövrlərdə Prezident tərəfindən innovasiyalarla və rəqəmsallaşma ilə bağlı qəbul edilən sənədlər də bu çağırışlara yönəlib.
Amma media siyasətini müəyyən edənlər hələ də 2008-ci ilin konsepsiyasına müraciət edirlər. Bu baxımdan, düşünürəm ki, bu yanaşmanın özü qüsurludur. Və bütün digər səhvlər və yanlış addımlar da buradan qaynaqlanır.
Bir neçə gün öncə TV-lərin dövlət büdcəsindən maliyyələşməsində də bu cür yanaşmanın şahidi olduq. Ümid edirəm ölkədə KİV siyasətini müəyyən edənlər dünyanın müasir şağırışlarına uyğun olan, informasiya sahəsində milli maraqlarımıza uyğun bir yanaşma ortaya çıxartmaq üçün qısa bir zamanda ciddi işlərə başlayacaqlar.
***
…Yeri gəlmişkən, son günlərdə sosial media resurslarında sui –istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur.
Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır. Açıq - aşkar görünür ki, kimlərsə Azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur.
Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibətlər bildrisinlər.
Güman ki, xaricdə də elə qruplar var ki, onlara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi, ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun. Ötən gün də deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar. Sosial medianı kökündən "baltalayan" ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.
Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər.
Xatırlatmaq istərdik ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya və internetə daha çox ehtiyacı var.
Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq.
Bu baxımdan fərqində olmalıyıq ki, bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir.
Odur ki, fikrimcə ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qaşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyk.
Ümid edirəm, ali hakimiyyət də bunun fərqindədir ki, mənasız və zərərli kontentlər Azərbaycandilli sosial media məkanına həmişə kənardan sızdırılır.
Əminəm ki, hökumət də sosial medianın ölkəmiz üçün əhəmiyyətini dərk edir və onun inkişafını əngəlləyən addımları məqbul hesab etməyəcək.
Sirr deyil ki, qlobal resursların rəhbərlərində milli hökumətlərlə əməkdaşlıqda ikili standartlar var. Bu isə bizim kimi balaca ölkələrə sosial medianın tənzimlənməsində problemlər yaradır. AİF olaraq biz bunu anlayırıq.
Lakin globallaşan dünyada, müasir çağırışlar fonunda və bu çağırışlara uyğun hədəflərə çatmaq baxımından AİF olaraq hesab edirik ki, bizim özümüzün bu tip resurslara ehtiyacımız daha çoxdur. Bu baxımdan hökumətin sosial medianın tənzimlənməsinə ehtiyatla və səbrlə yanaşması, beynəlxalq təcrübəni əsas götürməsi, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə hərəkət etməsi daha doğru olardı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərli özünü biabır etdi

    Vüqar Səfərli özünü biabır etdi ...

    4-05-2013, 00:52

  • 
  • 22 milyon 396 min 316 manata tikilən jurnalistlərin evi

    22 milyon 396 min 316 manata tikilən ...

    1-02-2014, 23:35

  • 
  • "İlkin olaraq mənzillərin veriləcəyi 255 KİV əməkdaşının adı müəyyənləşib"- Vüqar Səfərli

    "İlkin olaraq mənzillərin veriləcəyi 255 KİV ...

    13-07-2017, 21:36

  • 
  • Jurnalistlər avqustun sonuna qədər yeni mənzillərinə köçəcəklər- AÇIQLAMA

    Jurnalistlər avqustun sonuna qədər yeni ...

    13-08-2013, 12:25

  • 
  • Jurnalistlərə şad xəbər

    Jurnalistlərə şad xəbər ...

    21-07-2014, 21:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu