Bu vaxta kimi onu cəmi iki dəfə görmüş, çox qısa və lokanik söhbətimiz olmuşdu. Ötən şənbə günü isə, həmin şəxslə görüşümüz, söhbətimiz baş tutdu. Söhbət Azərbaycanın sabiq Daxili İşlər Naziri, general-leytenant, İskəndər Həmidovdan gedir. Amma özümü jurnalist, müxbirdən əvvəl Silahlı Qüvvələr sırasından repressiya olunaraq ehtiyata göndərilən leytenant kimi təqdim etdim. Bu tanıtım söhbətimizi daha da səmimi etdi. Onu da qeyd edim ki, İskəndər bəy, “Gündəm Xəbər” qəzetində yeni yaratdığımız “Seçmələr” rubrikasının ilk müsahibidir.
“Xalqa heç kim qalib gələ bilməz, xalq qalib gələcək”!
-İskəndər bəy, sizə cənab general-leytenant deyə, müraciət etsəm inciməzsiniz?
-(gülür). Xeyr, cənab leytenant buyurun. Onsuzda hər ikimiz hərb adamlarıyıq.
-Cənab general-leytenant, bu yaxınlarda müxalif partiyalara və xalqa səslənib, onları əməkdaşlığa dəvət edərək yeni ictimai, sosial, siyasi, müxalif birlik olan “Azərbaycan Xalq Hərəkat” (AXH)-nı yaratdınız. Bu bir növ yeni “Milli Şura” anlamına gəlmir?
-“Milli Şura” var, fəaliyyətdə göstərir, Allah onların işlərinə fərraş versin. Bir çox azadlıq hərəkatının öncül liderlərini bir araya toplayaraq son 25 ildə Azərbaycanda gedən prossesləri analiz edib gördük ki, hələ Heydər Əliyevin vaxtında görüntüylə olan demokratik institutların hamısı məhv ola-ola gəldi. Hətta mətanətlə vuruşan partiyalar belə indiki iqtidarın təpkiləri qarşısında diz çökdülər. Deməli, qruplardan, partiyalardan, həmkarlar ittifaqlarından daha böyük, proqressiv birliklər yaratmalı olduğumuzu qət edərək AXH-nı yaratdıq.
-Yeni hərəkatı yaradan zaman sizə hər hansı maneələr, təpkilər oldumu?
Təbii ki, oldu! Nə qədər bizə sağdan-soldan zərbələr oldu, qarşıdurmalar yaratmaq istədilər, amma biz əxlaqımıza söykənərək onlara cavab vermədik. Biz ölkədə hökm sürən seçki saxtakarlığına, bölgəbazlığa, yerlibazlığa, qohumbazlığa, tayfabazlığa, monopoliya, oliqarxiya və digər bu kimi qanun pozuntularına qarşıyıq. Mübarizəmizi də sadaladığım qanunsuzluqları “çiçəkləndirən” iqtidara qarşı aparırıq. Mübarizə metodumuzu da demokratiya və konstitusiya çərçivəsində aparır, aparacağıq və inşallah qalib gələcəyik. Zaman ən gözəl hakimdir, gec-tez özünü göstərəcək. Xalqa heç kim qalib gələ bilməz, xalq qalib gələcək!
“Avropanın inteqrasiyasına kanalizasiya turbası ilə giririk”
-Təşkilatınızın adını “AXH”-ı adlandırmanıza kənardan etiraz edənlər oldumu?
-“Professor” vəzifəsində “oturan”, özündən və tarixindən bixəbər olan cahillər uladılar ki, “bizdə artıq xalq hərəkatı olub, sizin yaratdığınız keçmişi yamsılamaq, onun pərdəsi altına girməkdir”. Bu cür danışan “oxumuş”lara xatırladım ki, Azərbaycanda heç vaxt xalq hərəkatı olmayıb, meydan hərəkatı, xalq cəbhəsinin hərəkatları olub.
-Əvəz Zeynallıya müsahibənizdə belə bir ifadəniz var: “Nazir olduğum vaxt, mənə heç vaxt demokratiya, liberalizm maraqlı olmayıb. Əsas məqsədim dövlətçiliyimin təhlükəsizliyini qorumaqdır”. Olmazmı ki, gələcək islahatlarınızı demokratiya ilə yox, milli mənəvi dəyərlərə, milli sosializmə əsaslanaraq həyata keçirəsiniz. Niyə də nasional-sosializmin, Liviya Camahiriyasının, Türkmənistandakı quruluşların Azərbaycan modelini yaratmayaq?
-Bilirsiz, nasional-sosializm ilə faşizmi eyniləşdirmək olmaz. Hitlerin gətirdiyi nasional-sosializm iqtisadi, siyasi, hərbi cəhətdən Almaniyanı dirçəltdi. Artıq 1939-cu ildə Almaniya Avropanın ən güclü dövləti idi. Amma ümumən götürsək, Hitler günahlı-günahsız 50 milyondan çox insanın ölümünə bais oldu. Ona görə biz alman nasional-sosializmini bütünlüklə deyil, bizə lazım olan cəhətlərini götürməliyik. Qaldı ki, demokratiya yoxsa milli dövlətçilik, mən ikincinin tərəfdarıyam. Bu model özünü doğrultmasa hətta milli diktaturanın tərəfdarıyam. Avropanı demokratiyanın beşiyi hesab etmək olar, inkişaf etmiş gözəl dövlətləri də var. Lakin bu o demək deyil ki, Avropa inteqrasiyasında milli-mənəvi dəyərləri unutmalıyıq. Çox təəssüflər olsun ki, biz lüt gəzmək, kişinin kişi, qadının qadın ilə evlənməsi, ailə dəyərlərimizin dağıdılması, vətənə, millətə qarşı çıxmağı demokratiya -deyə, bağırıb inteqrasiya edirik. Qısası Avropanın inteqrasiyasına kanalizasiya turbası ilə giririk. Mən bunları qəbul etmir, etməyəcəm də.
“Onları elə rədd edin ki, gözüm görməsin”
-Yadınızdadırsa “Ən yeni tarix” verlişində Leyla Yunus : “mənə demokratiya müstəqillikdən daha vacibdir” dedi. Onun bu ifadəsinə Etibar Məmmədov: “Millətimin diktatoru başqa millətin demokratından mənə daha yaxındır” - deyə, tutarlı cavab verdi. Belə çıxır siz də bir növ Etibar bəylə həmrəysiniz?
-Sözsüz! Qaldı ki, xanım deyə bilməyəcəyim Leyla Yunusa, onun əri Arif, qaynı Ramiz - bu üçlük antimilli insanlardı. Yəgin bilirsiz ki, Arif ilə Ramiz Yunusun anası ermənidir. Onların məqsədi xalqımızı yad dövlətlərin köləsi etməkdir. Bunun üçün də Avropadan sığınacaq alıb dəridən-qabıqdan çıxırlar.
-Bəs necə olmuşdu ki, Əbülfəz Elçibəy kimi milli-demokrat Prezidentin ətrafında belə antimilli ikiayaqlılar peyda olub?
-Onlar keçid dövründə zəhərli göbələklər kimi peyda olublar. Elçibəyin ətrafında onlar heç vaxt olmayıb. Hətta Hikmət Hacızadə kimi anadangəlmə demokrat olan bir insan onların Moskvada iyrənc fəaliyyətləri barədə Elçibəyə, mənə və Pənah Hüseynə zəng edərək: “Yunuslar burda millətimizin adına xələl gətirirlər, odur ki, onları buralardan uzaqlaşdırılması” barədə ciddi tədbir görməyimizi bildirmişdi. Prezidentdə mənim yanımda Pənah Hüseyni çağıraraq : “onları elə rədd edin ki, gözüm görməsin” - deyə, göstəriş verdi.
-Son 15 ildə dünyada baş verən siyasi olaylara nəzər yetirsək görərik ki, Səddam Hüseyn, Müəmmar Qəddafi kimi xalqının liderlərini “murdar diktator” damğası vuraraq aradan götürdülər, xalqları isə səfalətə, köləliyə düçar edildi. Analoji prosseslər “Ərəb baharı” adı ilə digər ölkələrdə də yaradıldı, Yəmən, Suriyada qırğınlar hələ də davam edir. Sizcə demokratiya xülyasına düşüb yuxarıdakı dövlətlərin taleyi bizdə də təkrarlanmazmı?
-Sadaladığınız liderləri xalqın lideri deməzdim, amma böyük liderlər olub. Onlar, xüsusilə də Səddam Hüseyn hakimiyyəti zamanı siyasi aponentlərinə və müxalifətə qarşı amansız olublar. Ancaq bu o demək deyil ki, onları aradan götürməklə xalq ağ günə çıxdı. Əgər Səddam 24 illik diktatorluğu dövründə 30 min iraqlını qətlə yetirmişdisə, ABŞ demokratiya qurmaq üçün ora qoşun yeridəndən sonra 600 mindən çox insanın ölümünə, bir neçə milyonda insanı əlil qalmasına bais oldu. Eləcə də Liviyada buna oxşar dəyişiklik baş verdi. Biz elə etməliyik ki, güc dövlətləri demokratiya pərdəsi altında bizi döyərək, kölə halına salmasın. Ona görə də mən bayaq dedim ki, ancaq milli-demokratiya qurmalıyıq, Qərb-Avropa modelinə, yaşam tərzinə uyğun demokratiya qurub kimliyimizi, mənəviyatımızı, dövlətçiliyimizi itirməkdənsə milli diktatura qurmaq ən optimal yoldur. Bilirsiniz, Roma Papasından artıq kimsə katolik ola bilməz. Bizdə bəzi “demokrat”lar var ki, Avropa dövlətlərindən də üstün demokratiya qurmaq istəyir. Bu da ancaq yuxuda ola bilər.
-Siz çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, korrupsiya, rüşvət və bu kimi qanun pozuntuları iqtidarda olanlardan başlayır. Bəs vətəndaşların fərdi məsuliyyəti?
-Əvvəla korrupsiya ilə rüşvəti fərqləndirmək lazımdır. Korrupsiyanın tərifində birbaşa yazılır : “Siyasi hakimiyyət cinayət aləmini əvəz edərək, külli miqdarda oğurluq yolu ilə pul mənimsəyib pulu bölməkdir”. Ona görə də korrupsiya birbaşa hakimiyyətlə bağlıdır. Rüşvət məsələsində isə, fərdi məsuliyyət var.
-Sonda milli ruhlu, milli-azadlıq amalında olan insanlara nə demək istərdiniz?
-Onların hamısının qadasını alım. Milli adamları, milliyətçiləri daim vururlar. Amma buna baxmayaraq fikirlərindən, mübarizələrindən çəkinməsinlər, çünki onların yolu şərəfli yoldur. Milli sözü isə dünyanın ən şirin, ən şərəfli sözüdür.
-Səmimi söhbət üçün təşəkkür edirəm cənab general-leytenant
-Xoş oldu, mən də sizə təşəkkür edirəm cənab leytenant.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?