Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.
Bu posta o zaman Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olundu. Müdafiə Nazirliyinin ilk zabitləri isə general Bərşadlı, general-mayor Dadaş Rzayev və general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.
Oktyabr ayının 9-da isə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında Milli Ordunun ilk motoatıcı briqadası formalaşdırılıb.
Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı olub. Müdafiə Nazirliyinin əsasnaməsi və digər xidməti sənədləri isə zabitlər bütün dəftərxana ləvazimatlarını özləri almaqla evlərində hazırlayıblar.
Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin yaradılması və komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələr aparılıb. İlk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olub. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edirdi. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edilib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirildi.
Bütün nazirlər
Azərbaycanın 1918-1920-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub. İkinci müstəqillik dönəmində 1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postuna general-leytenant Valeh Bərşadlı, 1991-ci il dekabr-1992-ci ilin yanvar aylarında general-mayor Tacəddin Mehdiyev (rəsmi olaraq 17 fevral[2]), 1992-ci ilin yanvar-fevral aylarında polkovnik Şahin Musayev, fevral-mart aylarında polkovnik (polis) Tahir Əliyev, 1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək Rəhim Qazıyev (mülki şəxs), 1993-cü ilin yanvar-iyun aylarında general-mayor Dadaş Rzayev, 1993-cü ilin iyun-avqust aylarında polkovnik Səfər Əbiyev, 1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev, 1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək general-leytenant Məmmədrəfi Məmmədov, 1995-ci ilin fevralından 22 oktyabr 2013-cü ilədək general-polkovnik Səfər Əbiyev rəhbərlik edib. 22 oktyabr 2013-cü ildən general polkovnik Zakir Həsənov rəhbərlik edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?