GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Naxçıvanda görülən işlər dotasiya hesabına edilir”

"Naxçıvanda görülən işlər dotasiya hesabına edilir”

Tarix: 25-02-2019, 17:30 Bölmə :Müsahibə Baxış: 589
"Naxçıvanda görülən işlər dotasiya hesabına edilir”


Qüdrət Həsənquliyev: “İstəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, Naxçıvanla bağlı “Azpolitika” saytına verdiyiniz müsahibə artıq iki aydır mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Müzakirələrə hətta deputat həmkarlarınız da qatılıb Naxçıvanı vəsf edirlər. Müzakirələrdən razısınızmı?

- Müzakirələrin gedişində bəzi yerli rəsmilərin və onların öyrətdiyi adamların tərbiyəsizliyi olmasaydı hər şey çox yaxşı olardı. Deputat həmkarlarımın müzakirələrə qatılması və mövqelərini etik çərçivədə ifadə etmələri yaxşı presedent yaradır, cəmiyyətdə siyasi münasibətlərin inkişafına öz töfhəsini verir. Naxçıvanı mən də vəsf edirəm, çalışıram orada elə bir biznes mühiti yaradılsın ki, Naxçıvana həm yerli, həm də xarici özəl şirkətlər investisiya qoylsunlar, yeni iş yerləri açılsın, insanlar yaxşı yaşasın və oranı iş tapmaq üçün tərk etməsinlər. Naxçıvanda rəsmi Bakının ayırdığı pulla yollar çəkilib, səhiyyə obyektləri, məktəblər, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma istehsal və emal müəssisələri yaradılmalıdır ki, iqtisadiyyat inkişaf etsin. Yoxsa biz gözləməməliyik ki, Bakı pul versin və biz də xərcləyək.
Müzakirələrin bu qədər davam etməsi və bəzi vəzifəli şəxslərin davranışı təsdiq edir ki, Naxçıvanda həllini gözləyən problemlər var. Mənə opponentlik etmək istəyənlər mənim söylədiklərimi təkzib edə bilmirlər. Məsələn, mən kəndimiz Əbrəqunusda bağlanmış çayxanalardan, mağazalardan, uçub dağılmış kitabxanadan, klubdan, xəstəxanadan, təqaüdçülər evindən, iki şərab zavodundan, digər inzibati binalardan və s. danışmışam. Deputat seçildiyim Ordubaddakı konserv zavodu, baramaçılıq fabriki, Yaycı kəndindəki şərab zavodu dağılıb və yerlərində heç nə yaradılmayıb. Məni təkzib etməyin ən gözəl və sadə yolu təkzibedici faktların nümayiş etdirilməsidir. Yəni qardaşımın keçmiş müsahibəsini vermək, Əliməmməd Nuriyevdən yeni müsahibə almaq əvəzinə söylədiklərimi təkzib edən faktları çəkib göstərmək olardı. Naxçıvandan kənarda yaşayanları aldatmaq olar, orada yaşayanlar hər şeyi görür. Onlar isə yalnız kənd və internat məktəbin əvəzində bir yeni tikilmiş orta məktəbi, məscidi və mərasim evini çəkib göstərirlər. Hansı ki, yeni tikilmiş həmin obyektləri müsahibəmdə qeyd etmişdim. Qardaşım 2017- ci ildə verdiyi müsahibədə deyir ki,əvvəlki dövrlə müqayisədə sosial iqtisadi inkişaf göz önundədir. Mən də görülən işləri qeyd etməklə yanaşı demişəm ki, bu hər il artan dotasiya hesabınadır. Mərasim evini kəndimizdən olan xeyirxah insanlar tikib. Məktəb və tibb məntəqəsi, kəndin qazlaşdırılması, fasiləsiz işığın verilməsi, kəndin içindən digər kəndlərə gedən yol isə Azərbaycan Prezidentinin ayırdığı və Milli Məclisin qəbul etdiyi büdcə Qanunu ilə ayrılan dotasiya ilə tikilib. Dotasiyadan əlavə Prezident özünün ehtiyat fondundan da Naxçıvana hər il milyonlarla manat vəsait ayırır. Qardaşımın dediyi, mənim də təsdiq etdiyim kimi bu vəsaitlə görülən işlər inkişafdır. Mən müsahibəmdə kiminsə imicini zədələmək barədə düşünməmişəm. Əgər mənim dediklərim həqiqət deyilsə ciddi imicə zərər vurmaz. Əksinə mənim öz imicimə zərər vurar. Mənim dediklərim naxçıvanlıların qəlbində bir ümid yaradıb. Əvvala istəmişəm naxçıvanlılar bilsin ki, Prezident Naxçıvana bütün digər rayonların hamısına ayırdığından üç dəfə çox 300 milyon 360 min manat dotasiya ayırıb. Bu barədə Naxçıvanda danışılmadığı üçün, ora gedən ziyalılar, dövlət adamları da bilməlidir ki, inkişaf kimin hesabınadır və real iqtisadi vəziyyət necədir. Azərbaycanda 34 şəhər və rayon dotasiya almır, hətta bəziləri yerli xərclərini ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla manat vəsait də ödəyir. Naxçıvanda görülən işlər dotasiya hesabına edilir. Naxçıvan iqtisadiyyati yerli büdcəyə bir babat şirkətin ödədiyi qədər cəmi 83 milyon manat vergi ödəyir və bu yerli büdcənin 21.7 %-ni təşkil edir. Bura Naxçıvan Gömrük Komitəsi vasitəsilə toplanan vəsait də daxildir. Onlar diqqəti bu əsas məqamdan yayındırmaq istədikləri üçün məcburam hər dəfə bu rəqəmləri təkrarlayam.
Mən görülən işləri qeyd etməklə yanaşı demişəm ki, Naxçıvanı dotasiyadan qurtarmaq üçün iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Bu niyə bəzi adamları bu qədər qıcıqlandırıb başa düşə bilmirəm. Sanksiyalar altında yaşayan İran Culfasına və bizim Culfaya baxıb müqayisə aparın. Orada çoxmərtəbəli binalardan yeni bir şəhər salınıb. İğdıra baxın, azad iqtisadi zona və sərhədyanı ticarət hesabına görün onlar necə inkişaf edib. Naxçıvan MR- də neçə hündürmərtəbəli bina tikilib, istehsal və emal müəssiələrində nə qədər insan çalışır? Onlar sosial müdafiə fonduna nə qədər vəsait ödəyir? Saxta rəqəmlərlə iş düzəlməyəcək. Naxçıvanda iqtisadi azadlıqlar genişləndirilməli, idxalla əsasən bir adam məşğul olmamalıdır. Adi bir kiçik müəssiə qeydiyyatdan keçirmək üçün Nax.MR-in ali vəzifəli şəxsindən icazə almağa ehtiyac qalmamalıdır. Bakı və Naxçıvan arasındakı gömrük yoxlaması aradan qaldırılmalıdır, çünki bu dövlətçiliyimizi gözdən salır.
Amma bir şeyi əminliklə deyirəm ki, məndən incisələr də müzakirələr bəzi iddialı insanları ayıldacaq, onların insanlara münasibətini dəyişəcək, bəlkə də avantüralardan xilas edəcək və dövlətçiliyimiz bundan çox faydalanacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qüdrət Həsənquliyevin bacısı Gülövşə Həsənquliyeva vəfat edib

    Qüdrət Həsənquliyevin bacısı Gülövşə ...

    22-03-2015, 12:01

  • 
  • Qüdrət Həsənquliyevin partiyası ilə BŞİH arasında problem

    Qüdrət Həsənquliyevin partiyası ilə BŞİH arasında ...

    17-03-2018, 11:22

  • 
  • "Bu layihəni Milli Məclisə mən təqdim etmişəm"

    "Bu layihəni Milli Məclisə mən təqdim ...

    20-05-2013, 22:31

  • 
  • İlqar Məmmədovun namizədliyi qeydə alınmadı

    İlqar Məmmədovun namizədliyi qeydə alınmadı ...

    24-08-2013, 17:21

  • 
  • Qüdrət Həsənquliyevdən prezidentə müraciət

    Qüdrət Həsənquliyevdən prezidentə müraciət ...

    11-04-2013, 10:07


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (121)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu