GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əhməd Obalı: “Azərbaycan dəyişməsə, düşmənlər sevinəcək”

Əhməd Obalı: “Azərbaycan dəyişməsə, düşmənlər sevinəcək”

Tarix: 1-08-2013, 17:31 Bölmə :Müsahibə Baxış: 717
Əhməd Obalı: “Azərbaycan dəyişməsə, düşmənlər sevinəcək”
ABŞ-da yaşayan güneyli mühacir, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sözçüsü Əhməd Obalı “Media forum” saytının suallarını cavablandırıb.

- Bu günlərdə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının Bakıdakı ofisindən çıxarılması xəbəri yayıldı. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri Qulamrza Səbri Təbrizi Milli Elmlər Akademiyasının balansında olan ofisin İranın təkidi ilə onlardan alındığını bildirir. Siz nə deyə bilərsiniz bu barədə?

- Mənim dəqiq faktım yoxdur. Səbri bəylə telefonla danışmışam, mənə də dedi ki, ola bilsin, ofis İranın istəyi ilə bağlanıb. Onun da hər hansı faktı yoxdur. Təxminimiz budur ki, bu, iki məsələdən uzaq ola bilməz. Birincisi, Səbri bəyin dediyi kimi, sifarişlə bağlanıb. O da ehtimal oluna bilər ki, mərkəzdə, bahalı yerdədir deyə bəzilərinin həmin ofisə ehtiyacı var. Səbri bəyi istəməyən bir-iki nəfər də vardı, eşitdiyimizə görə, onların da məsələdə rolu olub.

- Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi də həmin ofisdə fəaliyyət göstərirdi?

- Xeyr. Amma Qulamrza Səbri Təbrizi həm də həmin təşkilatın sədridir.

- Bəs sizin təşkilat harada toplaşırdı, harada fəaliyyət göstərirdi?

- Güney Azərbaycanı Milli Azadlıq Cəbhəsinin Bakıda aktiv mərkəzi yoxdur. Bunu istəmirik də. Çünki Azərbaycan hakimiyyətini pis vəziyyətdə qoymaq olmaz, onun İranla münasibətlərini nəzərə alırıq. Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası yaradılmışdı, o otaqlar da həmin quruma verilmişdi. Görünür, artıq bu şuraya ehtiyac görülmür. Mən güney azərbaycanlıların heç birisinin Bakıda incidilməsini eşitməmişəm. Bizə orada hər hansı bir basqı yoxdur. Ona görə də məsələni ciddiləşdirmək istəmirik. Azərbaycan hökuməti hər hansı güney təşkilatını bağlasa və bu da mətbuata işıqlansa, məsələ güneylə quzey arasında ixtilaf yarada bilər. Ofisin bağlanması kiçik məsələdir və bunun nə GAMAC-ın fəaliyyətinə, nə Azərbaycan hakimiyyətinin GAMAC-a münasibətinə dəxli yoxdur. Ofis Əlaqələndirmə Şurasının olduğuna görə kimlərsə qərara gəlib ki, Heydər Əliyev çoxdan rəhmətə gedib, biz ofisi ələ keçirə bilərik. Ayrı cür şərh edə bilmirəm.

- Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasında təmsil olunursunuzmu?

- Xeyr. Mən Azərbaycan hakimiyyətinin diaspor məsələsinə qarışmasına həmişə müxalif olmuşam. Çünki bu müdaxilə diaspor işinin keyfiyyətini aşağı salır. Diaspor işi diasporun əlində olmalıdır.

- Amerikada yaşayırsınız. Diaspor nümayəndəsi kimi Azərbaycanda seçkiöncəsi durumu necə qiymətləndirirsiniz?

- Arzu edərdim ki, seçkidə rus faktoru güclənməsin, tarix boyu rus faktoru gücləndikcə bizim milli maraqlarımız ayaq altda qalıb. Azərbaycan çox strateji bir torpaqdır, önəmli bölgədədir. Ona görə Qərb, Amerika hər hansı fikir söyləyəndə Bakını incitmək istəmir. Fikirləşirlər ki, Azərbaycanın üstünə çox getsək, rus faktoru güclənə bilər. Amma Qərb ölkələri demokratik prinsiplərin tərəfdarıdır. Azad seçkilər isə bu prinsiplərin təməl daşıdır. Seçki adı ilə daimi bir stulda oturmaq da düzgün deyil. Müxalifətin də hüquqları qorunmalıdır. Bu gün Azərbaycan dəyişməsə, islahatlar aparılmasa, əlbəttə, düşmənlər sevinəcək. Azərbaycanın gələcəyi üçün güclü müxalifət də lazımdır. Müxalifətlə iqtidar arasında ciddi dialoq gedərsə, bu, məmləkətin xeyrinədir. Arzu edirik nə müxalifət, nə iqtidar rus oyununa girməsin.

- Yeri gəlmişkən, Azərbaycan müxalifətinin birləşdiyi Demokratik Qüvvələrin Milli Şurasını Rusiyaya bağlayırlar...

- Mən inanmıram ki, İsa Qəmbər və ya oradakı başqa müxalifətçi gedib rusun oyununa qoşulsun.

- Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətinin birləşdiyi Milli Şuranın prezidentliyə namizədi olmasını necə dəyərləndirirsiniz?

- Rüstəm İbrahimbəyovu qiyabi olaraq, intellektual insan kimi tanıyıram. Sadəcə olaraq Rusiyada yaşayan hər hansı müxalifətçinin fəaliyyəti İranda yaşayan müxalifətçininki kimi narahatlıq doğura bilər. Azərbaycanın müxalifəti Azərbaycanda olmalıdır. Yer vermirlərsə, ən azından Qərb ölkələrinə üz tuta bilər. Mən Rüstəm İbrahimbəyovun Rusiyaya bağlı olduğunu demək istəmirəm. Amma hər halda arzu edərdim özünü daha azad ölkələrdə görsün.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İranın Norveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirildi

    İranın Norveçdəki səfirliyi qarşısında etiraz ...

    16-11-2015, 12:14

  • 
  • Azərbaycanın bütövlüyünə doğru

    Azərbaycanın bütövlüyünə doğru ...

    16-12-2012, 13:34

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Çöhrəqanlı gəldi - amma onu Bakıya buraxmadılar

    Çöhrəqanlı gəldi - amma onu Bakıya buraxmadılar ...

    16-08-2013, 02:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu